Azərbaycan Respublikası son illərdə siyasi sabitliyi, iqtisadi artımı və strateji coğrafi mövqeyi ilə əcnəbi vətəndaşlar üçün cəlbedici yaşamaq və fəaliyyət göstərmək məkanı kimi önə çıxır. Respublikamızda yaşamaq istəyən xarici vətəndaşların ilk hüquqi addımı daimi yaxud müvəqqəti yaşamaq icazəsinin alınmasıdır. Proses zamanı problem yaşanmamısı üçün sənədlərin qanunvericiliyin tələblərinə uyğun, düzgün tərtib olunması mühümdür. Bu baxımdan Accounting.Az MMC-nin “Miqrasiya sənədlərinin hazırlanması” üzrə peşəkar xidmətləri xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan qanunvericiliyinə əsasən, xarici vətəndaşların ölkə ərazisində yaşamaq hüququ müvəqqəti və daimi yaşayış icazələri ilə tənzimlənir.
Əcnəbilərə müvəqqəti yaşamaq icazəsi, bir qayda olaraq, 1 il müddətinə verilir və əsaslandırılmış hallarda hər dəfə 2 ildən çox olmayan müddətə uzadıla bilər. Ölkə iqtisadiyyatına azı 500.000 manat məbləğində investisiya qoyan əcnəbilərə və ya vətəndaşlığı olmayan şəxslərə belə icazə 3 ildən artıq olmayan müddətə verilir və əsaslandırılmış hallarda hər dəfə 3 ildən çox olmayan müddətə uzadıla bilər.
Daimi yaşayış icazəsi uzunmüddətli yaşayış niyyətində olan şəxslərə verilir və ilk mərhələdə 5 illik müddətə etibarlı olur. Müddətin bitməsinə azı 3 ay qalmış əcnəbinin və vətəndaşlığı olmayan şəxsin müraciətinə əsasən icazə yenidən 5 il müddətinə uzadıla bilər.
Bu icazələr, əcnəbilərə Azərbaycanda yaşamaqla yanaşı, bank hesabı açmaq, daşınmaz əmlak almaq, təhsil və tibbi xidmətlərdən istifadə etmək kimi hüquqlar da verir.
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə əsasən, aşağıdakı şəxslər daimi yaxud müvəqqəti yaşamaq icazəsinin alınması üçün müraciət edə bilər:
İcazənin alınması üçün Dövlət Miqrasiya Xidmətinə (DMX) müraciət edilir. Müraciət elektron qaydada və ya birbaşa qəbul məntəqələrinə təqdim edilə bilər. Bunun üçün bir sıra sənədlər tələb olunur, məsələn:
Bunlar sənədlərin tam siyahısı deyil. Sənədləri tam siyahısı Miqrasiya Məcəlləsində, DMX-nın saytında əks olunub.
Azərbaycanda yaşamaq və iş qurmaq istəyirsiniz?
Hüquqi dəstək və miqrasiaya sənədlərinin hazırlanması üçün biz varıq!
İlk addımı Accounting.Az ilə başlayın!
Xidmətlərə baxın
Azərbaycan hökuməti xarici investorları və iş adamlarını ölkəyə cəlb etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirir. Miqrasiya Məcəlləsinin 45-ci maddəsi (müvəqqəti yaşamaq icazəsinin alınması) və 52-ci maddəsi (daimi yaşamaq icazəsinin alınması) ilə müəyyən edilən belə iş adamlarının sırasına aiddir:
Bu zaman aşağıdakı əsas meyarlar nəzərə alınır:
Bu kateqoriyaya aid şəxslərin sənədlərinin düzgün hazırlanması və fəaliyyətin hüquqi əsaslarla rəsmiləşdirilməsi tərəfimizdən həyata keçirilə bilər.
Sürətli, etibarlı və peşəkar hüquqi xidmət– sizin üçün!
Zəng edin, ilkin hüquqi qiymətləndirməni Accounting.Az-dan pulsuz əldə edin!
Bizimlə əlaqə
Əcnəbilər Azərbaycanın mülkiyyət bazarına daxil olaraq yaşayış icazəsi alma hüququ qazana bilərlər. Bunun üçün:
Mülkiyyət hüququ yaşayan şəxsə və ya onun ailə üzvlərinə əsas yaradır.
Müasir miqrasiya siyasətində investisiya əsaslı miqrasiya modeli aktuallaşır. Bu yanaşma üzrə Azərbaycanda da müəyyən hüquqi əsaslar formalaşmışdır. Aşağıdakı hallarda depozitin və investisiyanın məbləğindən asılı olaraq daimi yaxud müvəqqəti yaşamaq icazəsinin alınması üçün müraciət etmək mümkündür:
Bu səbəbdən hüquqi və texniki dəstəyin alınması prosesi sürətləndirir və riskləri azaldır.
Miqrasiya üzrə konsultasiya və hüquqi xidmətlər bir ünvanda.
Accounting.Az MMC, daşınmaz əmlak sənədlərinin yoxlanması, bank depoziti və investisiya ilə bağlı məsləhətlərin verilməsi, uyğun qaydada təqdimat formalarının hazırlanmasında hüquqi dəstək verir!
Xidmətlərə baxın
Accounting.Az MMC, daimi yaxud müvəqqəti yaşamaq icazəsinin alınması üzrə əcnəbilərə aşağıdakı peşəkar xidmətləri təqdim edir:
Şirkətin təcrübəli hüquqşünas komandası hər bir müraciəti fərdi yanaşma ilə icra edir.
Azərbaycanda yaşamaq istəyən əcnəbilər üçün daimi yaxud müvəqqəti yaşamaq icazəsinin alınması yalnız hüquqi əsaslara deyil, həm də sənədlərin düzgün və vaxtında təqdim edilməsinə bağlıdır. Biznes fəaliyyəti, əmlak alışı və investisiya kimi alternativ əsaslarla yaşamaq hüququ qazanmaq mümkündür. Bu prosesdə Accounting.Az MMC-nin miqrasiya sənədlərinin hazırlanması üzrə peşəkar xidmətləri müştərilərə hüquqi təhlükəsizlik, vaxt qazanmaq və risklərin azaldılması baxımından ideal seçim təqdim edir.