Hüquq xidmətləri | Accounting.Az

hüquq xidmətləri,
Ümumi

Sahibkarlığın qeydiyyatı və ləğvi

Azərbaycan qanunvericiliyinə əsasən istənilən iqtisadi fəaliyyət hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti həyata keçirən fiziki şəxs (fərdi sahibkar) yaxud hüquqi şəxs kimi qeydiyyatdan keçməlidir. Hüquqi və fiziki şəxslərin qeydiyyatı müəyyən bacarıq, bilik tələb edən prosesdir. Buna görə də, qiymətli vaxtınızı Azərbaycan qanunvericiliyini, qeydiyyat prosesinin bütün incəliklərini öyrənməyə sərf etmədən, habelə pul və əsəblərinizi qoruyaraq öz sahələrinin peşəkar mütəxəssislərinə müraciət etmək daha yaxşı olar.

“Accounting.az” konsaltinq şirkətinin mütəxəssisləri fəaliyyətinizin təşkilati-hüquqi forması  haqqında qərar qəbul etməyə sizə kömək edəcək, bütün məqamları müqayisə edərək, onların hər birinin müsbət və mənfi cəhətlərini ətraflı izah edəcəklər.

Hansı xidmətləri təklif edirik?

  • fərdi sahibkarlığın qeydiyyatı, VÖEN alınması (Vergi Məcəlləsi, 33.4-cü maddəyə uyğun gələn fiziki şəxslər);
  • fiziki şəxsin vergi uçotunun ləğvi;
  • ailə kəndli təsərrüfatı başçılarının qeydiyyatı;
  • torpaq mülkiyyətçilərinin qeydiyyatı;
  • xüsusi vergi rejiminin tətbiqi haqqında məlumatların təqdim edilməsi (Vergi Məcəlləsinin 99.3 maddəsi);
  • fiziki şəxsin yenidən qeydə alınması;
  • kommersiya təşkilatının dövlət qeydiyyatı üzrə sənədlər paketinin hazırlanması, qeydiyyatı;
  • yerli investisiyalı MMC-nin e-qeydiyyatı;
  • xarici filiallar, nümayəndəliklərin qeydiyyatı;
  • hüquqi şəxslər üzrə xüsusi vergi rejiminin tətbiqi barədə məlumatların təqdimi;
  • qeydiyyat şəhadətnaməsinin alınması;
  • təsis sənədlərində düzəlişlərin aparılması, onların qeydiyyatı;
  • yenidən təşkil olunmuş hüquqi şəxs barədə məlumatların hazırlanması;
  • filialını, bölmələrin vergi uçotuna alınması;
  • vergi ödəyicisinin olduğu yer üzrə qeydiyyatı, fəaliyyətin dayandırılması, vergi uçotdan çıxma, dövlət qeydiyyatının ləğvi;
  • şəhadətnamə-dublikatın alınması, bankda hesab açılması;
  • vergi ödəyicisinin ƏDV məqsədləri üçün qeydiyyatı, qeydiyyatın ləğvi;
  • nəzarət-kassa aparatının qeydiyyatı, qeydiyyatdan çıxarılması;
  • qeydiyyat üzrə digər xidmətlər.

Xidmət üzrə qiymətlər sizin sifarişiniz əsasında, qarşılıqlı razılaşma əsasında müəyyən edilir. Mühasibat xidmətinin aparılması xidməti bizə etibar edilərsə, qeydiyyat xərclərini geri qaytarırıq.

Sənədləşmə işlərini öz üzərinizə götürməklə edə biləcəyiniz mümkün səhvlərdən sığortalanmaq üçün bizə zəng edin +994123100929
+994125983798  

Biz miqrasiya sənədlərinin tez və səhvsiz hazırlayırıq 

Miqrasiya sənədlərinin müstəqil hazırlanması zamanı bir sıra məsələlər ortaya çıxır ki, onların yanlış həlli gözlənilməyən nəticələrə səbəb ola bilər. Sizə isə qalan itirilmiş vaxt, səy, pul olacaq.

 Biz sizə:

  • müvafiq miqrasiya sənədlərinin tərkibini müəyyən etməyə kömək edəcək;
  • sizin əvəzinizə ərizələri düzgün, operativ dolduracaq, bütün lazımi sənədləri toplayacaq;
  • harada, nə vaxt sənədləri şəxsən təqdim və qəbul etməli ovduğunuzu bildirəcəyik.

Eyni zamanda inzibati reqlamentlərə uyğun olaraq zəruri proseduraları icrası zamanı sizi müşayiət edəcəyik. 

Çox vaxt əcnəbi əməkdaşı işə götürmək istəyən işəgötürən əcnəbi vətəndaşların rəsmi qeydiyyatı, onlarla əməkdaşlıqla bağlı əmək hüququ məsələləri ilə üzləşir. Bəs həqiqətənmi şirkətə əcnəbiləri işə qəbul edən zaman hüquqşünaslardan ibarət heyət tutmaq lazımdır? Əlbəttə, yox! Əgər siz xaricdən gələn işçilərə miqrasiya sənədlərinin hazırlanması işlərini Accounting.az” konsaltinq şirkətinə həvalə etsəniz, bizim peşəkar mühasiblərdən əcnəbilərin işə qəbulunun bütün aspektləri üzrə birdəfəlik pulsuz məsləhət alacaqsınız!

Əqli mülkiyyət hüququnun sənədləşməsi üzrə xidmətimiz nələri əhatə edir?

  1. Müştərinin digərlərinin intellektual mülkiyyət hüququnu pozmaması üçün  auditin aparılması
  2. Əqli mülkiyyət üzrə müqavilələrin hazırlanması, təhlili
  3. Mübahisələrin həlli.

Mütəxəssislərimiz müştərilərin hüquqlarının müdafiəsinə yönəlmiş fəaliyyətdə uyğun bilik və təcrübəyə malikdirlər. Biz patent, sertifikat kimi sənədlərin alınmasına, əmtəə nişanlarının qeydiyyatına kömək edir, lisenziya, françayzinq, əqli mülkiyyət hüquqlarının ötürülməsi müqavilələri üzrə məsləhətlər verir, müqavilələri analiz və tərtib edirik. 

Ətraflı məlumat üçün WhatsApp-a yaza yaxud  pulsuz “Geriyə zəng” xidmətini sifariş edə bilərsiniz! +994502258205 

Patent, əmtəə nişanlarının sənədləşməsi xidməti

Autsorsinq xidmətləri bazarında müştərilərin marağını uğurla müdafiə edən “Accounting.az” konsaltinq şirkəti sizə aşağıdakı xidmətləri təklif edir:

    • əmtəə nişanlarının alınması;
    • müəllif hüquqları, patent, habelə əmtəə nişanlarını qorumaq üçün uyğun sənədlərin hazırlanması;
    • əmtəə nişanlarının qeydiyyatı, əmtəə nişanlarına iddia sənədlərinin verilməsi;
  • əmtəə nişan nişanı axtarışı, əmtəə nişanlarının əldə edilməsi üzrə razılaşmalar;
    • patentin qeydiyyat sənədləri, ərizələrin, müqavilələrin hazırlanması, şikayətlərin verilməsi;
  • lisenziya, habelə hüquqların ötürülməsi məqsədi ilə müqavilələrin hazırlanması.

Qeydiyyat, sənədləşmə proseslərində fərqlər olduğuna görə, bizim peşəkar mütəxəssislərlə əlaqə saxlamaq daha yaxşıdır.

Bütün xidmətlər əməkdaşlıq müqaviləsi əsasında həyata keçirilir. Məxfilik, məlumatların açıqlanmaması tərəfimizdən qanunlara uyğun təmin edilir. 

Patent, əmtəə nişanlarının sənədləşməsi xidmətinin qiymətini, habelə icra müddətini müəyyən etmək üçün Əlaqəsəhifəmizə keçid alın, problemi bizə yazın.

İntellektual mülkiyyətin qorunması, insan yaradıcılığına hörmət hər birimizin şərəf işidir!

whatsapp