Azərbaycanda vergi və hüquq xidmətləri: tərkibi, biznes üçün əhəmiyyəti

Azərbaycanda dövlət və özəl qurumlar tərəfindən göstərilən vergi və hüquq xidmətləri.
Ümumi

Vergi və hüquq xidmətləri biznesin inkişafında mühüm rol oynayır. Respublikamızda müxtəlif dövlət və özəl qurumlar həm fiziki, həm də hüquqi şəxslər üçün bu sahədə xidmətlər təqdim edir. Bu məqalədə Azərbaycanda vergi və hüquq xidmətlərinin əsas aspektləri şərh olunur.

Dövlət tərəfindən göstərilən vergi xidmətləri

Azərbaycanda vergi siyasətini və nəzarətini həyata keçirən əsas dövlət qurumu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətidir. Bu qurumun göstərdiyi vergi xidmətləri aşağıdakı əsas istiqamətləri əhatə edir:

  • uçot və qeydiyyat – fiziki və hüquqi şəxslərin vergi ödəyicisi kimi qeydiyyata alınması üzrə xidmətlər, qanunvericiliklə müəyyən edilmiş hallarda, həm də sahibkarlığın dövlət qeydiyyatı hesab olunur;
  • hesabatların qəbulu – müəssisələrin aylıq, rüblük və illik vergi bəyannamələrinin hazırlanmasına dəstək, onların rahat təqdim edilməsi üçün şəraitin yaradılması, qəbulu və uyğunluğa nəzarət;
  • konsaltinq – vergi və hüquq xidmətləri, müəssisə və sahibkarların öz fəaliyyətini vergi qanunvericiliyinə uyğun qurması üçün hüquqi dəstək;
  • nəzarət – vergi yoxlamaları, o cümlədən kameral və səyyar vergi yoxlamasının aparılması.

Azərbaycanın vergi sistemi gəlir vergisi, əlavə dəyər vergisi (ƏDV), mənfəət vergisi, aksiz vergisi, torpaq vergisi və digər vergi növlərindən ibarətdir. Son illərdə rəqəmsal transformasiya elektron vergi xidmətləri inkişaf etdirilərək vergi ödəyicilərinə daha rahat və çevik xidmətlər təklif olunur.

Biznes üçün hüquq xidmətləri

Fiziki və hüquqi şəxslərə həm dövlət, həm də özəl sektor tərəfindən göstərilən hüquqi xidmətlərə aşağıdakılar daxildir:

  • müqavilələrin hazırlanması və hüquqi ekspertiza;
  • mübahisələrin həlli və məhkəmə nümayəndəliyi;
  • şirkətlərin qeydiyyatı və ləğvi;
  • əmək hüququ ilə bağlı məsələlər;
  • inzibati və mülki hüquq məsləhətləri;
  • fərdi sahibkarlar və biznes qurumları üçün hüquqi dəstək.

Dövlət və özəl qurumların sahibkarlara göstərdiyi vergi və hüquq xidmətlərinin əhatəsi genişdir. Bu xidmətlərin bir qrupu “vergi hüququ” anlayışı altında təklif edilir. Vergi hüququ dövlətin vergi siyasətini, vergi ödəyicilərinin hüquq və vəzifələrini, vergi növlərini və vergi orqanlarının fəaliyyətini tənzimləyən hüquq sahəsidir. Azərbaycanda vergi hüququ AR Vergi Məcəlləsi əsasında formalaşır və tətbiq edilir.

Vergi və hüquq xidmətləri göstərən qurumlar

Yuxarıda qeyd etdiyimiz kimi ölkədə vergi siyasətini həyata keçirən ən böyük qurum Dövlət Vergi Xidməti və onun yerli struktur vahidləridir. Eyni zamanda Dövlət Gömrük Komitəsi də xarici ticarətlə bağlı rüsumların idarə olunmasına cavabdehdir.

Vergi və hüquq xidmətləri göstərən qurumların sırasında mühasibat və vergi məsləhət xidmətləri göstərən özəl şirkətlərin, habelə müstəqil auditorlar və vergi məsləhətçilərinin özünəməxsus yeri var. Hüquq xidmətləri vəkil büroları, hüquq firmaları və fərdi vəkillər tərəfindən göstərilir. Bu qurumlar bizneslərə və fiziki şəxslərə hüquqi və vergi məsələlərində peşəkar dəstək göstərirlər. Onlar bu xidmətləri həm ayrıca, həm də kombinə olunmuş şəkildə təqdim edir.

Ümumiyyətlə, Azərbaycanda vergi və hüquq xidmətləri bu qurumlar tərəfindən tənzimlənir və həyata keçirilir:

  • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi – hüquq sahəsində dövlət siyasətini müəyyən edir və nəzarət həyata keçirir;
  • İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti vergi siyasətinin həyata keçirir, vergi və digər daxilolmaların vaxtında və tam yığılmasın təmin edir, bu sahədə dövlət nəzarətini həyata keçirir;
  • Azərbaycan Respublikasının Vəkillər Kollegiyası – vəkillərin peşə fəaliyyətini tənzimləyən əsas qurumdur.
  • Dövlət Notariat Xidməti – rəsmi sənədlərin təsdiqi və hüquqi təsdiqlənmiş müqavilələrin bağlanması ilə məşğuldur.
  • Özəl vergi və hüquq xidmətləri üzrə ixtisaslaşmış firmalar, konsaltinq şirkətləri;
  • fərdi fəaliyyət göstərən vəkillər, vergi məsləhətçiləri.
Məsləhətçi və Mühasibat Firmaları Assosiasiyası “PrimeGlobal”-ın üzvü olan Accounting.Az konsaltinq şirkət hüquqi və fiziki şəxslərə həm vergi xidmətləri, həm də hüquq xidmətləri göstərir.

Özəl qurumların, vergi məsləhətçilərinin təklif etdiyi vergi və hüquq xidmətlərinə bunları nümunə göstərmək olar:

Vergi və hüquq xidmətlərinin biznes üçün əhəmiyyəti

Belə xidmətlər sahibkarlıq subyektlərinin:

  • qanun çərçivəsində fəaliyyət göstərməsi, habelə;
  • biznes risklərini minimuma endirməsi üçün vacibdir.

Azərbaycanda bu xidmətlər geniş spektrdə təqdim olunur və göstərilən xidmətlərin keyfiyyəti ölkənin iqtisadi inkişafına birbaşa təsir edir. Hüquqi və fiziki şəxslər qanunvericiliyə uyğun fəaliyyət göstərmək üçün bu xidmətlərdən yararlanmalı və müvafiq qurumlarla əməkdaşlıq etməlidirlər. Azərbaycanda hüquqi tənzimləmələr və vergi qanunvericiliyi daim yeniləndiyindən,  mütəmadi hüquqi və vergi xidmətlərindən istifadəsi tövsiyə olunur.

whatsapp