Azərbaycanda MMC-lərin təsis sənədlərində dəyişikliklər onlayn həyata keçiriləcək

Məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin elektron qaydada qeydiyyata alınması
Yeniliklər

MMC-lərin təsis sənədlərində dəyişikliklərin onlayn qeydiyyatı mümkündürmü?

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Bəli” deyir, bu “Onlayn kargüzarlıq” sistemi vasitəsi ilə vergi ödəyicilərinə göndərilən “Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı sahəsindəki yeniliklər barədə bildiriş”-də təsbit olunub.

DVX-nin məlumat xarakterli bildirişində qeyd olunur ki, “Məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin elektron qaydada qeydiyyata alınması imkanı yaradılmışdır.”

Buna qədər Azərbaycanda yalnız elektron formada MMC qeydiyyatı həyata keçirilirdi. Biznes mühitin daha da yaxşılaşdırılması məqsədi ilə DVX-nin gördüyü işlər nəticəsində artıq təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyin elektron qaydada qeydiyyata alınması mümkün olacaq. Bunun üçün, yerli və xarici investisiyalı məhdud məsuliyyətli cəmiyyətlər qeydiyyat məlumatlarında dəyişikliklərin onlayn qeydiyyatı üçün elektron ərizə təqdim edə bilər.

Bildirişdə “MMC qeydiyyat məlumatlarında hansı dəyişiklikləri onlayn edə bilər?” sualına cavab verilib.

MMC-lərin təsis sənədlərində edilən onlayn dəyişikliklər bunlardır:

  • adı;
  • hüquqi ünvanı;
  • Müşahidə Şurasının tərkibi;
  • qanuni təmsilçisi;
  • təsisçiləri;
  • nizamnamə kapitalı;
  • nizamnaməsinə dəyişiklik.

Siz müəssisə qurmaq istəyirsiniz? “Azərbaycanda şirkət qeydiyyatı” xidmətindən istifadə edin.

DVX-nin bildirişində MMC-lərin təsis sənədlərində dəyişiklikləri onlayn qeydiyyat proseduru da şərh olunub.

Şirkətin qeydiyyat sənədlərində məlumat dəyişikliyinin onlayn qeydiyyatı alqoritmi aşağıdakı kimidir:

  1. MMC qeydiyyat məlumatlarında dəyişiklikləri qeyd etməklə “İnternet Vergi İdarəsi” informasiya sistemində elektron ərizə formasını doldurur.
  2. Ərizəyə MMC-nin təsis sənədlərində dəyişikliyi təsdiq edən sənədlərin elektron surəti əlavə olunur.
  3. Hazırlanmış elektron ərizə və sənədlər gücləndirilmiş elektron imzası ilə( təsisçilər və rəhbərin) təsdiqlənir.
  4. Şirkət tərəfindən təqdim edilmiş məlumatlar əsasında MMC-nin nizmanaməsinə dəyişiklik, habelə müvafiq qərar “İnternet Vergi İdarəsi” informasiya sistemində avtomatik generasiya olunur.
  5. Yeni nizamnamə, hüquqi şəxslərin dövlət reyestrdən çıxarış, habelə qeydiyyat haqqında şəhadətnamə hüquqi şəxsin elektron kabinetinə göndərilir.

Azərbaycanda MMC-lərin təsis sənədlərində dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyin onlayn  qeydiyyatı 3 (üç) iş günü müddətində həyata keçirilir.

Qeyri-dəqiq, yanlış məlumat verməkdən çəkinin!

“Nəzərinizə çatdırırıq ki, təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması zamanı yanlış məlumatların verilməsinə görə fiziki şəxslər 700 manat məbləğində, hüquqi şəxslər 4000 manat məbləğində cərimə edilir.” – bunu mövcud qanunvericilik aktlarına əsaslanaraq DVX vergi ödəyicilərinin nəzərinə çatdırıb.  Bildirilir ki, Azərbaycanda MMC-lərin təsis sənədlərində dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində qeydə alınmış faktların sonrakı dəyişikliyin onlayn  qeydiyyatı “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunun 9-1-ci maddəsi və İnzibati Xətalar Məcəlləsinin 403-cü maddəsi ilə tənzimlənir.

 

whatsapp