Kadr uçotunu düzgün necə aparmalı?
Kadr uçotunu düzgün aparmaq üçün daim dəyişən əmək qanunvericiliyini bilmək, kadr kargüzarlığının prinsiplərini başa düşmək, işə qəbul, əmək müqaviləsinə xitam verilməsi qaydalarının incəliklərindən baş çıxartmaq, avtomatlaşdırılmış kadr informasiya sistemlərində işləməyi bacarmaq lazımdır.
Bundan başqa, kadr kargüzarlığında səhvlər cərimələrə, məhkəmə çəkişmələrinə səbəb ola bilər. Buna görə də, işəgötürən kadr sənədlərinin tərtib etməsinə diqqətli yanaşmalı, düzgün qərarlar qəbul etməlidir.
“Accounting.Az” konsatltinq şirkətinin uzun illərdir Bakıda autsorsinq bazarında müştərilərinə təqdim etdiyi kadr xidmətləri təkcə kadr uçotunun düzgünlüyünə deyil, həm də mümkün problemlərin qarşısını almağa imkan verir. Bizim peşəkarlar əmək qanunvericiliyindəki bütün dəyişiklikləri daim izləyir və əmək münasibətləri ilə bağlı sizə müxtəlif məsləhətlər verməyə həmişə hazırdırlar.
Kadr uçotu üzrə əməliyyatları autsorsinqə verməklə bunlara qənaət etmək olar:
Autsorsinq çərçivəsində kadr xidmətlərinin göstərilməsi zamanı, sənədlərin saxlanmasına müştəri məsuliyyət daşıyır, yəni mütəxəssislərimiz kadr sənədlərini (əmək müqavilələri, əmrlər, lokal normativ aktlar və sair), şəxsi işləri və s. tərtib edir, sonra isə onları daimi saxlamaq üçün sifarişçiyə təhvil verir. Sənədlərin saxlanması, sonrakı emalı üçün “Accounting.Az” konsaltinq şirkətinin əməkdaşları ilə məsləhətləşə bilərsiniz (daimi müştərilər üçün – pulsuz).
Təqdim etdiyimiz xidmətlər haqqında məlumat almaq üçün nömrələrinə zəng edin. Bizim əməkdaşlar həmişə sizin biznesin yanındadır!
Kadr xidmətlərimizin tərkibinə nələr daxildir?
Əgər, siz, fəaliyyətə yeni başlamışsınızsa, yaxud ilk işçini işə götürən fərdi sahibkarsınızsa – peşəkarlara müraciət edib dərhal düzgün kadr uçotu qurmaq daha yaxşıdır.
Unutmayın ki, kadr uçotu qanunla ciddi tənzimlənir, mühasibat uçotu kimi onun da aparılması məcburidir. Əks təqdirdə tənzimləyici orqanların cərimə və sanksiyalarına hazır olun.
Əgər şirkətiniz artıq fəaliyyətdədirsə, amma kadr uçotunun aydın sistemi yoxdursa, pozuntular mümkündürsə – bu halda əvvəlcə kadr sənədlərinin auditi aparılacaq, kadr sənədlərinin vəziyyəti, etibarlılığı qiymətləndiriləcək, səhvlər müəyyən ediləcək. Növbəti addım bütün çatışmazlıqların qüvvədə olan standartlara uyğun aradan qaldırılması, kadr uçotunun müəyyən edilmiş qaydalar çərçivəsində təşkili olacaq.
Biz, fəaliyyətindən, işçi heyətindən asılı olmayaraq həm şirkətlər, həm də fərdi sahibkarlar üçün kadr uçotunun qurulması xidmətləri göstəririk.
“Accounting.Az” konsaltinq şirkətinin autsorsinq əsaslı kadrların uçotunun qurulması xidməti sizi tam ştatlı mütəxəssis saxlamaq, ona aylıq əməkhaqqı vermək ehtiyacından azad edəcəkdir. Həm də, işçilərin əmək məsələləri ilə bağlı iddialarının həllinə sərf olunan vaxtınız və xərcləriniz əhəmiyyətli dərəcədə azalacaq.
Xidmətin tərkibinə nələr daxildir?
Autsorsinq çərçivəsində kadr uçotunun aparılması xidmətinin nəticələri:
Kadr uçotunun autsorsinqə verilməsi işə qəbul, əmək müqaviləsi üzrə əməliyyatların elektron qeydiyyatı, kadr sənədlərinin işlənməsi, işdən çıxarılması, yerdəyişməsi və s. kimi kadr uçotu üzrə işlərə vaxt itirməkdən sizi azad edəcək, resursları əsas fəaliyyət istiqamətinə yönəltməyə şərait yaradacaq. Biz bu işləri öhdəmizə götürməyə hazırıq. Sizdən yalnız müvafiq məlumatları təqdim etmək tələb olunur.
“Geriyə zəng” sizfariş edin, yaxud WhatsApp-dan bizə yazın, görüş təyin edək. Kadr uçotunuzu bizə etibar edin, vaxtınızı və pulunuzu əsas fəaliyyətinizə yönəldin.
Əmək Məcəlləsi, vergi və tutulmalara dair qanunvericiliyə uyğun işçilərə əməkhaqqının hesablanması mühasibat uçotunun heç də asan sahəsi deyil. İşçi heyəti ilə hesablaşmaların aparılması icraçılardan yüksək peşəkarlıq, təcrübə tələb edir.
İşçi heyəti ilə hesablaşmaların, o cümlədən əməkhaqqının hesablanması işlərinin autsorsinqə, yəni bu sahədə ixtisaslaşmış kənar konsaltinq şirkətinə verilməsi, problemi müəssisədaxili mühasibat xidmətini genişləndirmədən həll etməyin geniş yayılmış, effektiv bir yoldur.
Əməkhaqqı hesablanması autsorsinqindən həm kiçik müəssisələr, həm də böyük şirkətlər eyni dərəcədə səmərəli istifadə edilə bilər.
10 ildən artıqdır ki, “Accounting.Az” konsaltinq şirkəti Bakıda işçi heyəti üzrə hesablaşmaların, o cümlədən əməkhaqqı hesablaması xidmətinin autsorsinqini təklif edir. Xidmət kompleks mühasibat uçotu xidmətləri şəklində yaxud ayrıca xidmət növü kimi kadr xidmətlərinin tərkibində aparılır.
Azərbaycan qanunvericiliyi əməyin mühafizəsi sahəsində müəssisələrə, onların rəhbərlərinə yüksək tələblər müəyyən edir. Təhlükəsiz əmək hüququ Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 35), işəgötürənlərin təhlükəsiz iş şəraitini təmin etmək öhdəlikləri Əmək Məcəlləsində (maddə 215) təsbit edilib.
Bu sahədə pozuntular şirkətin fəaliyyətinin dayandırılmasına, vəzifəli şəxslərin cəzalandırılmasına qədər inzibati və cinayət məsuliyyətinə səbəb olur.
“Accounting.Az” konsaltinq şirkəti sizə əməyin mühafizəsi xidmətinin autsorsinqini təklif edir. Xidmətin tərkibinə aşağıdakılar aiddir:
Kadr uçotu xidmətlərinin qiymətini sizə uyğun olan istənilən üsulla bizimlə əlaqə saxlayaraq hesablaya bilərsiniz.