Kənar audit xidmətləri menecerlərdə, investorlarda, mühasibat məlumatlarının digər istifadəçilərində maliyyə hesabatlarının şirkətin maliyyə fəaliyyətini dəqiq əks etməsi barədə əminlik yaradır. Auditor xidməti həm məcburi, həm də könüllü auditin zəruri olduğu hallarda uğurla istifadə edilə bilər.
Bu gün biznes mühitdə rəqabət böyükdür, biznes fəaliyyəti tənzimləyici normativ sənədlərə daha çox həssasdır. Yeni biznes qurmaq istəyənlər üçün fəaliyyətin ilkin mərhələsində maliyyə idarəçiliyi nisbətən sadədir. Amma fəaliyyət şaxələndikcə proseslər mürəkkəbləşir, bu da maliyyə əməliyyatlarında şəffaflığı tələb edir. Məhz bu zaman audit xidmətlərindən istifadə zərurəti meydana çıxır. Bir çox müəssisələrdə belə yoxlamaları həyata keçirmək üçün daxili struktur vahidləri olur, amma bir sıra hallarda kənar auditor xidmətindən istifadə daha effektlidir, məsələn:
Daim dəyişməyə meylli qaydalar, vergitutmada yeniliklər, habelə saxtakarlıq sxemləri fonunda kənar audit xidmətləri daha çox əhəmiyyətli olur.
Kənar mütəxəssisləri cəlb etməklə aparılan audit maliyyə hesabatlarının, uçot qeydlərinin və müəssisə daxili nəzarətin müstəqil qiymətləndirilməsi prosesdir. Belə qiymətləndirmə maliyyə idarəçiliyinin düzgün və səmərəli aparılmasın təmin edən prosesləri nəzərdən keçirməyə, çatışmayan sahələri müəyyən etməyə və onları aradan qaldırmağa imkan verir.
Üçüncü tərəfin təqdim etdiyi audit xidmətləri bir qayda olaraq aşağıdakıları əhatə edir:
Beləliklə, auditor xidməti təkcə maliyyə yazılışlarının dəqiqliyini yoxlamır, o həm də biznesin düzgün yolda olduğunu müəyyən etmək üçün bir vasitədir.
Maliyyə işlərinin yoxlanmasına kənar mütəxəssislərin cəlb edilməsi müəssisələrdə normativ aktlara sadəcə uyğunluğun auditindən kənara çıxan daha artıq əlavə üstünlüklər verir. Bunlar hansılardır?
Kənar audit xidmətlərindən istifadə etməklə biznesiniz üçün uçot məlumatlarının tamlığına, dəqiqliyinə, mühasibat uçotu və müvafiq sahəvi standartlara uyğunluğuna təminat verən qərəzsiz audit rəyi almış olursunuz. Sərbəst, müstəqil kənar auditor xidməti tərəfindən aparılan qiymətləndirmə maliyyə şəffaflığını təmin edərək şirkət daxilində, həm də investorlar (eləcə də kreditorlar) qarşısında etimad yaradır.
Yoxlamaya kənar auditin cəlb edilməsi şirkətlərə imkan verir ki:
Kənar auditor xidmətindən istifadə şirkət daxili nəzarət sisteminin səmərəliliyin də qiymətləndirməyə imkan verir. Kənar mütəxəssislər nəzarətdə olan boşluqları müəyyən edəcək, təkmilləşdirilməyə ehtiyacı olan sahələri göstərəcək. Unutmayaq ki, güclü daxili nəzarət şirkətdaxili uyğunluğu qoruyur, səhv yaxud saxtakarlıq riskini minimuma endirir.
Audit xidmətlərindən istifadə nəticəsində toplanmış məlumatlar menecerin və biznes sahiblərinin qərarların qəbulunda daha inamlı davranmasına kömək edir. Riskləri və mövcud maliyyə durumunu anlayaraq onlar daha yaxşı strateji qərarlar qəbul edə bilər.
Kənar auditorun seçilməsi
Auditin keyfiyyətini yüksək olması üçün auditor xidməti təklif edən şəxsin (hüquqi yaxud fiziki) seçimi önəmlidir. Bu zaman aşağıdakıları nəzərə almaq lazımdır:
Həmçinin, nəzərə almaq lazımdır ki, kənar audit xidmətləri üçün seçilmiş auditor yoxlamanın səviyyəsinə və keyfiyyətinə təsir göstərə bilər. Odu ki, bazarda tanınmış peşəkar firmanın seçimi önəmlidir.
Təbii ki, audit xidmətlərindən istifadə XXI əsrdə də öz klassik təyinatını (uçot yazılışlarının və maliyyə hesabatlarının hüquqi normativ tələblərə uyğunluğunun təmin edilməsi) saxlayır. Eyni zamanda kənar audit xidməti həm də şirkətin uğuru üçün müsbət təsir də göstərir. Belə yoxlamalar maraqlı tərəflərdə maliyyə əminliyini təmin edir, mühasibat uçotunun aparılmasın təkmilləşdirməyə imkan yaradır, şirkətdxili nəzarəti gücləndirir. Bütün bunlar isə bu günki rəqabət mühitində səmərəli fəaliyyətə kömək edən amillərdəndir.
Bizim, Accounting.Az şirkəti olaraq düşüncəmiz belədir ki, audit yalnız yoxlama və nöqsanları aşkar etmək demək deyil. Məqsədlər düzgün müəyyən edilərsə kənar auditor xidməti biznesin daha da inkişaf etməsinə, imicin yüksəlməsinə, uzunmüddətli sabitliyə kömək edə bilər. Accounting.Az konsaltinq şirkəti olaraq biz təkcə audit xidmətləri deyil, sizin biznes üçün mühasibat, vergi, kadr uçotu üzrə tam xidmətlər paketi təqdim edirik. Bizim sizə necə kömək edə biləcəyimizi öyrənmək üçün müraciət edin. Aşağıda zəng etmək üçün mümkün imkanlar verilib. Sizin üçün rahat əlaqə vasitəsini seçmək üçün buraya da keçid ala bilərsiniz.