Qloballaşan iqtisadi münasibətlər şəraitində müəssisələrin maliyyə hesabatlarının etibarlılığı və şəffaflığı iqtisadi subyektlərin, dövlət orqanlarının və cəmiyyətin maraq dairəsində olan əsas məsələlərdəndir. Bu şəffaflığı təmin edən əsas alətlərdən biri auditor yoxlaması və onun nəticəsində təqdim edilən audit rəyi hesab olunur. Audit prosesi və nəticəsi olaraq verilən rəy, yalnız müəssisə daxilində deyil, həm də onun xarici maraqlı tərəfləri üçün strateji əhəmiyyət daşıyır. Bu məqalədə auditor yoxlamasının məqsədi, təsdiqedici prosedurlar və audit rəylərinin növləri haqqında ətraflı məlumat verilir.
Azərbaycan Respublikasında auditor fəaliyyəti aşağıdakı normativ aktlarla tənzimlənir:
Auditor yoxlaması – müəssisənin maliyyə hesabatlarının beynəlxalq və ya yerli mühasibat uçotu standartlarına uyğunluğunu müəyyən etmək məqsədilə həyata keçirilən müstəqil araşdırmadır. Auditorun vəzifəsi, maliyyə hesabatlarında əhəmiyyətli səhvlərin və ya uyğunsuzluqların olub-olmadığını müəyyən etmək və bu barədə audit rəyi hazırlamaqdır. Yoxlamanın əsas məqsədləri bunlardır:
Audit fəaliyyəti sistemli və mərhələli şəkildə aparılır və aşağıdakı mərhələləri əhatə edir:
Audit yoxlaması və təsdiq edilməsi prosesində istifadə olunan əsas metodlar aşağıdakılardır:
Bu prosedurlar nəticəsində auditor tərəfindən təqdim olunan maliyyə hesabatlarının müvafiq standartlara və qanunvericiliyə uyğunluğu müəyyən edilir.
Şirkətdə mühasibat uçotun düzgün aparılmasına əmin olmaq istəyirsiniz? Bizimi mühasibat auditi xidməti sizə kömək edər!
Bu sənəd auditorun (yaxud auditor şirkətinin) imzası və möhürü ilə təsdiq olunur, əhəmiyyəti olan rəsmi sənəddir. Onun vahid forması və hazırlanmasına qoyulan tələblər Auditorlar Palatası tərfindən müəyyən edilir.
Audit rəyinin aşağıdakı növləri var:
Bu rəylər tərəfdaşlar və maraqlı tərəflər üçün qərarvermədə əsas rol oynayır.
Auditor yoxlaması nəticəsində hazırlanmış rəy aşağıdakı məqsədlər üçün istifadə olunur:
IPO (Initial Public Offering) –şirkətin səhmlərinin tənzimlənən bazara ilkin kütləvi yerləşdirilməsidir. Şirkətin ilk dəfə öz səhmlərini geniş kütləyə təklif edib birjada yerləşdirməsi – yəni listinq alması prosesi belə adlandırılır. |
Auditor yoxlamasının məcburi aparıldığı hallar “Auditor xidməti haqqında” AR Qanununun 2-ci maddəsində təsbit olunub. Həmin maddəyə görə:
Maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektlərin əhatəsi Mülki Məcəllənin 91, 99, 100.3, 107.6-cı maddələrində şərh olunub.
Məcburi audit yoxlamasına cəlb edilən təsərrüfat subyektlərinin siyahısı “Daxili audit haqqında” AR Qanunun tətbiqi ilə bağlı Nazirlər Kabinetinin qərarına uyğun müəyyən edilib. Nümunə üçün aşağıdakıları göstərə bilərik:
Habelə AR Vergilər Nazirliyi ildə bir dəfə mart ayının 31-dək maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını qanunla müəyyən edilmiş hallarda auditor rəyi ilə birlikdə dərc etməli olan kommersiya təşkilatlarının siyahısını hazırlamalı və “Kommersiya təşkilatlarının illik maliyyə hesabatlarının və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarının təqdim edilməsi və dərc edilməsi” Qaydalarıın 5.2 bəndinə uyğun qaydada təqdim etməlidir.
Təsərrüfat subyektləri auditor seçməkdə sərbəstdirlər. Mülkiyyətçilər auditor yoxlaması üçün lazım olan bütün sənədləri, registrləri və hesabatları dəqiq və düzgün təqdim etməyə borcludurlar.
Accounting.Az konsaltinq şirkəti Azərbaycanda audit xidmətləri bazarında uzunmüddətli təcrübəyə malikdir. Şirkət Məsləhətçi və Mühasibat Firmaları Assosiasiyası “PrimeGlobal”-ın üzvüdür. “PrimeGlobal” mühasibat, biznes, vergi məsləhətçiliyi sahəsində fəaliyyət göstərən 112 ölkədən 300-dən çox firmanı özündə birləşdirir. Bakıda sərfəli və keyfiyyətli xidmət axtarırsınız? Bizim audit xidmətlər sizin üçündür! |
Audit rəyi yalnız texniki sənəd deyil. O, eyni zamanda:
Auditor yoxlaması və təsdiqlənməsi müəssisənin maliyyə etibarlılığı üçün vacib mərhələdir. Doğru və şəffaf audit rəyi yalnız hüquqi tələbləri yerinə yetirməyə deyil, həm də bazarda rəqabət üstünlüyü qazanmağa xidmət edir.