Accounting.Az ilə tender sənədlərinin hazırlanması

Tender dəstəyi xidməti nədir?

Azərbaycan Respublikası qanunvericiliyinə əsasən dövlət vəsaiti, həmçinin büdcədənkənar fondların vəsaitləri hesabına iş, xidmət və malların alınması satınalma adlanır. Tender – dövlət satınalmalarında iştirak etmək üçün keçirilən müsabiqədir. Tender sənədlərinin hazırlanması – iddiaçı şirkətin təkliflərinin elektron formatda yaxud kağız daşıyıcıda formalaşması və vaxtında təqdim edilməsidir. Müsabiqə prosesində ən səmərəli təkliflər paketi seçilir.

Kommersiya qurumları da müxtəlif məqsədlər üçün tender müsabiqəsi elan edirlər. Tender prosesi sadə və anlaşılan görünə bilər. Ancaq müəyyən nüansları nəzərə almasanız, müxtəlif xarakterli risklərə məruz qala bilərsiniz. Tenderdə qalib mövqeyə sahib olmaq üçün keyfiyyətli tender sənədləri hazırlanması vacibdir. 

Hər bir tenderdə potensial icraçıya iş yerinə yetirilməsinə, xidmətlər göstərilməsinə yaxud malların tədarükünə sifarişçilərin irəli sürdüyü xüsusi şərtlər var. Müxtəlif növ tələblərin olması istənilən satınalma müasbiqəsinin ayrılmaz hissəsidir, buna görə tenderdə iştirak sənədlərinin hazırlanmasına ciddi yanaşmaq lazımdır.

Natamam sənədlər paketi, habelə onların səhv doldurulması müsabiqədən kənarlaşmaya və mümkün mənfəətin itirilməsinə səbəb ola bilər. Tender sənədlərinin hazırlanması təcrübə, peşəkarlıq tələb edir.

“Accounting.Az” konsaltinq şirkəti sizə tam tender dəstəyi, o cümlədən tender sənədlərinin hazırlanması xidmətinin autsorsinqini təklif edir.

Bizim autsorsinq əsaslı xidmətlərimizin geniş çeşidi ilə daha ətraflı  nömrələrimizə zəng edib tanış ola bilərsiniz

+994123100929
+994125983798  

Biz necə işləyirik?

Dövlət vəsaitləri hesabına alınan satınalmalar “Dövlət satınalmaları haqqında” qanunla tənzimlənir. Prosesin şəffaflığının təmin edilməsi məqsədi ilə elektron portal hazırlanıb istifadəyə verilib. Bundan başqa kommersiya qurumları iş, xidmət və malların alınması üzrə tender elanlarını öz elektron resurslarında yaxud digər informasiya vasitələrində yerləşdirirlər.  

“Accounting.Az” konsaltinq şirkəti sizin sifariş əsasında satınalmaların seçimini, həmçinin müsabiqədə iştirak üçün tender sənədlərinin hazırlanması xidmətini həyata keçirə bilər.

Xidmət aşağıdakı ardıcıllıqla həyata keçirilir:

  1. Bizə ilkin müraciət;
  2. Uyğun müsabiqələrin seçilməsi yaxud sizin göndərdiyiniz tender keçidlərinin araşdırılması. 
  3. Tenderdə iştirak sənədlərinin hazırlanması;
  4. Sənədlərin müsabiqəyə təqdimatı;
  5. Tender müsabiqəsində dəstək;
  6. Satınalma müqavilələrin bağlanması.

İlkin müraciət üçün telefon nömrələri yuxarıda verilib. Əgər hansısa səbəbdən zəng alınmasa WhatsApp-a  yazın yaxud  pulsuz “Geriyə zəng” sifariş edin.

+994502258205

Bizimlə əməkdaşlıq etsəniz, siz tam hazırlanmış tender sənədləri əldə edəcək, onların düzgün doldurulmasına əmin olacaqsınız. 

“Accounting.Az”-ın tender sənədlərinin hazırlanması xidmətlərinə nələr daxildir?

  • satınalma ilə bağlı istənilən məsələlər üzrə peşəkar məsləhət;
  • tender sənədlərinin təhlili – buraya müsabiqə şərtlərinin, iştirakçılara, tender ərizəsinə tələblərin öyrənilməsi daxildir;
  • tender ərizəsinin, kotirovka sorğusunun, digər uyğun sənədlərin hazırlanması.

Tender sənədlərinin hazırlanması üçün “Accounting.Az” konsaltinq şirkətinin mütəxəssislərinə ilk növbədə müsabiqə elanının yerləşdiyi ünvan lazımdır. Tender sənədlərinin şərtlərini ətraflı öyrəndikdən sonra iştirakçıya ərizəni doldurmaqda istifadə olunacaq bəzi sənədlər də lazım ola bilər.

Bizim işimizin nəticəsi – müştərinin tələblərinə, habelə qanunun tələblərinə cavab verən tam hazırlanmış tender sənədlər paketidir.

Xidmətin qiyməti fərdidir, bizimlə mühasibat uçotunun aparılması üçün müqavilə bağlamış müştərilərə tender sənədləri ödənişsiz hazırlanır.  

Bizim üstünlüklərimiz

Şirkətimiz Azərbaycanın bütün bölgələri ilə işləyir. Biz peşəkar, keyfiyyətli dəstəyə ehtiyacı olan hüquqi, fiziki şəxslər, o cümlədən fərdi sahibkarlar üçün tender sənədlərinin hazırlanması üzrə xidmətlər göstəririk. Bizim üstünlüklərimiz bunlardır:

  • müxtəlif tenderlərdə, bütün növ satınalma müsabiqələrində qazanılmış böyük təcrübə;
  • mütəxəssis və menecerlərimizin peşəkarlığı;
  • qanunvericilik aktlarına, normativ sənədlərə, satınalma qaydalarına, tender və kotirovkalar üçün təlimatlara tam uyğun, əsaslı və hərtərəfli məlumatlar paketi;
  • tender sənədlərinin hazırlanması prosesində istənilən məlumatın sizə operativ təqdim edilməsi;
  • seçilmiş tender üzrə ətraflı məsləhət;
  • uğura olan inamımız. biz həmişə müştərilərimizə istədiyi nəticəni veririk. 

Saytımızın Əlaqəsəhifəsinə keçid alın, sizə uyğun əlaqə vasitəsini seçin, xidmətimizi sifariş edib, üstünlüklərimizə özünüz əmin olun.

whatsapp