Kadr hazırlığı müəssisə əməkdaşları tərəfindən yeni biliklərin, bacarıq və iş üsullarının davamlı mənimsəməsi prosesidir. İnsanın təhsil müəssisəsində əldə etdiyi biliklər, çox vaxt təcrübə çatışmazlığı səbəbindən keyfiyyətli iş görməyə imkan vermir. Mövzunun dərindən öyrənilməsi, habelə praktik təcrübə tələb edilən mühasibat, vergi uçotu, maliyyə hesabatlılığı kimi sahələrdə bu özünü daha qabarıq göstərir. Müəssisə maliyyə dayanıqlığı haqqında düşünürsə, mühasiblərin yetişdirilməsi, maliyyə işçilərinin hazırlanmasına, onların peşəkar inkişafının idarə edilməsinə sərmayə qoymağa hazır olmalıdır.
Mühasibat işçilərinin peşəkar inkişafı, gənc kadrların hazırlanması zəhmət tələb edən, amma səmərəli işdir. Çünki, işçi öz vəzifələrini nə qədər tez başa düşsə, vəzifəyə nə qədər tez uyğunlaşsa, şirkətə bir o qədər tez fayda verməyə başlayacaq.
Mentorluq əməkdaşların inkişafına, iş prosesində yaranmış hər hansı problemin həllinə kömək etməklə, onların işinin səmərəliyinin artırılması üsullundan biridir. Bu üsul həmçinin əməkdaşların potensialını üzə çıxartmaq, həmin potensialdan şirkətin xeyrinə istifadə edilməsi üçün də faydalıdır.
Mentor müəyyən sahə, məsələn, mühasibat uçotu, vergilər, kadr kargüzarlığı üzrə ekspertdir, öz təcrübəsini bölüşən, himayəsində olan gənc mütəxəssisə karyera inkişafında kömək edən, iş prosesində yaranan problemlərin həllində dəstək olan peşəkardır.
Bəzən, hətta güclü, iradəli insanın da köməyə ehtiyacı olur: bu məsləhət, sizin imkanlara kənardan baxış da ola bilər, sizi hədəfə doğru irəlilədəcək kiçik bir təkan da. Ətrafınızda kömək edə biləcək, güvəndiyiniz biri varsa, bu əladır. Əgər ətrafda belə bir insan yoxdursa? Onda kimə üz tutmalı?
“Accounting.az” konsaltinq şirkətinin peşəkarları sizə kömək edər. Şirkətin mühasibat, vergi, kadr uçotu üzrə peşəkar ekspertləri korporativ yaxud fərdi müraciətlər üzrə mentorluq xidməti təklif edir.
Sorğunuzu WhatsApp-a nömrəmizə yazın, yaxud ödənişsiz “Geriyə zəng” sifariş edin. Ən qısa zamanda sizinlə əlaqə saxlayıb, xidmətlə bağlı sualları cavablandırarıq.
Xidmətimizin aşağıdakı növləri vardır:
Təbii ki, sizi xidmətin formatı daha çox maraqlandırır, belə ki, o, iş qrafiki, peşəkar bacarıqların mövcud səviyyəsi ilə uzlaşmaldır.
Biz mentorluq fəaliyyətini aşağıdakı formatlarda həyata keçiririk:
Əlavə suallara cavab almaq istəsəniz nömrələrimizə zəng etməyi tövsiyə edirik. Bizim peşəkarlar sizi həvəslə cavablandırar!
Məqsədin düzgün müəyyən edilməsi istənilən prosesin effektivliyinin əsasını təşkil edir. Mentorluqda məqsəd nədir, şirkətlər, əməkdaşlar, mütəxəssislər bundan nə qazanır?
Şirkətin mentorun xidmətindən qazancı hansılardır?
Əməkdaşlara, fərdlərə mentorluq nə vəd edir?
Bizim ekspertlər mühasiblərin yetişdirilməsi üçün peşəkar inkişaf proqramı hazırlayır, həmçinin:
Mentorluq fəaliyyətimiz qısa yaxud uzunmüddətlı ola bilər, qrup yaxud fərdi şəkildə təşkil olunur.
Xidmətin qiyməti fərqlidir, bir çox amillərdən asılıdır.
Saytımızın ”Əlaqə” səhifəsindən öz istəklərinizi bizə yazın. Şəxsən də müraciət edə bilərsiniz, Bakıda yerləşən ofisimizə gəlmək rahatdır.