Mühasib peşəsinin rəqəmsal transformasiyası

Mühasib peşəsi accounting.az
Yeniliklər

Mühasibat necə dəyişir? 

Mühasib peşəsi sürətli dəyişikliklər mərhələsindədir. Əslində buna təəccüblənmək lazım deyil. Uçotun tarixi inkişaf prosesində bu peşə müxtəlif transformasiyalara məruz qalıb – hesabdarın mühasibə çevrilməsini xatırlamaq kifayətdir. Təbii ki, bugünkü rəqəmsal inkişaf mühasibatlıqdan, mühasibat xidmətləri təklif edən şirkətlərin fəaliyyətindən yan keçə bilməzdi. Təsadüfi deyil ki, mühasibat uçotu üzrə tanınmış beynəlxalq mərkəzlər (məsələn, CPA – Certified Public Accountant) 2021-ci ildə sertifikat imtahanlarında biznes proseslər, avtomatlaşdırma, verilənlərin analitikası, “rəqəmlər və məlumatlara əsaslanan təfəkkürün vacibliyinə” daha çox diqqət ayıracaqlarını qeyd edirdilər. Buna yerli mühasibat kursları da nəzərə almalıdır.

Dəyişikliklər əsasən texnologiyaların sürətli inkişaf tempi ilə bağlıdır. Məsələn, avtomatlaşdırma, bulud əsaslı mühasibat proqramları, süni intellektin tətbiqinə doğru irəliləyiş və sair. Mühasibat uçotunun İnkişafına pandemiya da təsir etdi. 

İnformasiya texnologiyalarının sürətli inkişafı, habelə iqtisadiyyatın rəqəmsallaşması ənənəvi işçi qüvvəsinin, o cümlədən mühasibin işinin xarakterini dəyişir. Bəs 2022-ci ildə mühasib obrazının transformasiyasına hansı amillər daha çox təsir edəcək?

Mühasibat xidmətlərinə autsorsinqin təsiri

Mühasibin iş tərzi ilə bağlı ənənəvi baxışlar artıq dağılır və bu daha da sürətlənəcək. Bu gün bir çox peşə sahibləri artıq fiziki ofisə bağlı deyillər. Müəssisələr bundan uğurla istifadə edir. Mühasibatlıq sənayesi də istisna deyil , belə iş şəraitinə nisbətən asan uyğunlaşa bilən sahələrdən biridir. 2021-ci ildə mühasibat işçiləri pandemiya səbəbindən məsafədən iş rejiminə üstünlük verdi, onlayn mühasibat kursları təklif edən təlim mərkəzlərinin sayı artdı. Ofisdən kənarda mühasibat uçotunun aparılmasına bulud texnologiyalara əsaslanan onlayn mühasibat proqramları da imkan yaratdı.  2022-ci ildə mühasibat sektorunda bu tendensiyanın davam edəcəyi ehtimalı böyükdür. Çünki, məsafədən işləmək çeviklik, əlavə xərclərin azalması kimi üstünlüklərə malikdir. 


Buludda mühasibat uçotunun aparılmasın sifariş et


Əslində, autsorsinq əsaslı xidmətlər göstərən şirkətlərə belə iş rejimi pandemiyadan qabaq da tanış idi. Bakıda mühasibat xidmətləri göstərən “Accounting.Az” konsaltinq şirkəti xidmətlərinin əksəriyyətini autsorsinq prinsiplərinə uyğun təşkil edir. Autsorsinq mühasibatlıq xərclərini təxminən 30% – ə qədər azaltmağa imkan verir. Buna ofis xərcləri, ştatlı əməkdaşlar üzrə ödəmələr, həmçinin mühasibin səhvləri üzündən şirkətin məruz qaldığı cərimələr, artıq ödənişlər kimi pul itkilərinin qarşısının alınması sayəsində nail olunur. 

Mühasibatlıq və yeni texnologiyalar 

Uzaqdan işin uğurlu olması üçün İnternet ünsiyyət vasitələri, bulud əsaslı mühasibat proqramı, məlumatların təhlükəsiz onlayn saxlanması, məlumat mübadiləsi kimi düzgün texnoloji həllərin olması vacibdir. Bunlar müasir mühasibatlığı formalşdıran əsas təsir amillərindəndir.  Aşağıdakı texnoloji yeniliklər də mühasib peşəsinin transformasiyasına birbaşa təsir edir:

  • mühasibat uçotunun avtomatlaşıdırlması;
  • proseslərin robotik  avtomatlaşdırılması (RPA) ;
  • ağıllı avtomatlaşdırma, yaxud süni intellektin (artificial ıntelligence – AI) tətbiqi.

Bun gün mühasibatlıq müxtəlif İnternet ünsiyyət vasitələrindən istifadə edir.  Sosial şəbəkələr, veb çatlar, elektron poçt –mühasiblər üçün adi ünsiyyət vasitəsinə çevrilib. Elektron imza, elektron sənəddən istifadə haqqında qanunvericilik aktlarının qəbulu mühasibatlıqda sənədlərini elektron formaya çevrilməsi hüquq baza yaratdı. Biz indi bunu hər yerdə görürük. 

Elektron sənədin hüquqi əhəmiyyətinin təmin edən həll edən elektron imzanın meydana gəlməsi mavi möhürün “sehrini” sürətlə zəiflədir.

Nəzarət edici orqanlara maliyyə hesabatların onlayn təqdim edilməsi üçün nəzərdə tutulan sistemlər iş yerini tərk etmədən sənəd dövriyyəsini təşkil etməyə imkan verir. Onlayn – kargüzarlıq mühasibat, vergi uçotunda yaranan problemlərin operativ həlli üçün ən vasitədir.  

Bu gün mühasibat uçotunun avtomatlaşıdırlması, biznes proseslərin robotik avtomatlaşdırılması (RPA), süni intellekt (AI) kimi texnologiyaların mühasibat uçotuna tətbiqi sürətlənir. İnternet ünsiyyət vasitələri, mühasibatlıqda yeni texnologiyalar mühasibatın müasir obrazını dəyişir. Bütün bunlar mühasib peşəsinin yenilənməsini, rəqmsal transformasiyasını zəruri edir.   

Hazırda Azərbaycanda mühasibat kursları təklif edən şirkətlər tədris planlarında bunları nəzərə almalı, konsaltinq şirkətləri təklif etdikləri mühasibat xidmətləri paketinin avtomatlaşdırma, verilənlərin analitikası əsasında təşkilinə diqqəti artırmalıdır. 

Accounting.Az-ın təklif etdiyi kurslar yeni texnologiyaların tətbiqinə əsaslanıb. Dövrün tələblərinə cavab vermək üçün bizim kurslara müraciət edin.

Ünvanımız:  Cəfər Cabbarlı 44, Caspian Plaza 2.

Əlaqə vasitələri: E-mail: info@accounting.az,

Telefon:

+994123100929
+994125983798

WhatsApp:

+99450 225 82 05

whatsapp