Müəssisələrin ləğvi və fəaliyyətlərinin müvəqqəti dondurulması: Hüquqi və praktiki aspektlər

Azərbaycanda şirkətlərin ləğvi. müəssisələrin ləğvi. Şirkətlərin dondurulması
Ümumi

Müəssisəni bağlamaq və ya fəaliyyətini dondurmaq istəyirsinizsə, bu məqaləni oxuyun

Hər bir biznesin həyat dövrü var: başlanğıcı, inkişafı və bəzən də fasiləsi və ya sonu. Bəzən bazar dəyişir, bəzən planlarımız uyğun gəlmir və müəssisələrin ləğvi və ya şirkətlərin dondurulması qaçılmaz olur. Əgər siz də bu mərhələyə gəlib çıxmısınızsa, bilməlisiniz ki, bu prosesi qanuni və düzgün aparmaq üçün doğru addımlar vacibdir.

Müəssisələrin yaxud şirkətlərin ləğvi, hüquqi şəxsin fəaliyyətini daimi olaraq dayandıraraq hüquqi statusunu itirməsidir. Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, bu proses könüllü və ya məcburi əsaslarla həyata keçirilə bilər.

Digər bir seçim –  fəaliyyətin müvəqqəti dayandırılması,  hüquqi şəxs kimi qeydiyyatda qalmaqla vergi hesabatlarının məhdudlaşdırılması və əməliyyat fəaliyyətinin dayandırılması prosesidir. Bu üsul maliyyə axınlarını sabitləşdirmək və riskli dövrlərdə “pauza” düyməsini basmaq istəyən şirkətlər üçün əlverişlidir. Belə olduqda hüquqi şəxs olaraq varlığınız qalır, lakin vergi və əməliyyat yükünüz azalır. Yeni ideyalara hazırlaşmaq, borcları tənzimləmək və ya bazar dəyişikliklərinə uyğunlaşmaq üçün vaxt qazanırsınız.

Müasir biznes mühitində müəssisələrin fəaliyyəti müxtəlif səbəblərdən dəyişə bilər: iqtisadi geriləmələr, bazar riskləri, strateji yenidənqurmalar və ya qanunvericilik tələbləri. Aşağıdakı yazıda bu proseslərin hüquqi əsasları, mərhələləri və praktik aspektləri izah olunur. Məqalədə həmçinin Accounting.Az MMC-nin bu sahədə təqdim etdiyi peşəkar xidmətlərin qısa icmalı da öz əksini tapıb.

Müəssisələrin ləğvi və fəaliyyətin müvəqqəti dayandırılması: hüquqi çərçivə

Ləğv və şirkətlərin dondurulması barədə qərarlar Azərbaycan Respublikasının Mülki Məcəlləsi, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanun, Vergi Məcəlləsi, Əmək Məcəlləsi və digər normativ-hüquqi aktlar əsasında tənzimlənir:

  1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
  • Maddə 59: Hüquqi şəxsin ləğvi;
  • Maddə 60. Hüquqi şəxsin ləğvi haqqında qərar;
  • Maddə 61. Hüquqi şəxsin ləğvi qaydası.
  1. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu:
  • Maddə 16: Hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının reyestrdən çıxarılması.
  1. Azərbaycan Respublikasının Vergi Məcəlləsi:
  • 3. Fəaliyyətin müvəqqəti dayandırıldığı zaman arayış və hesabatların təqdim olunması;
  • Maddə 34. Uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma qaydaları
  • Maddə 4 Vergi öhdəliyinə xitam verilməsi
  • Maddə 79.1. Müəssisə (təşkilat) ləğv edildikdə vergi öhdəliklərinin yerinə yetirilməsi
  1. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu:
  • Hüquqi şəxslərin fəaliyyət dövrünün sonunda maliyyə hesabatlarının tərtibi və audit məsələləri
  1. Dövlət Vergi Xidmətinin təlimatları və izahat məktubları:
  • Elektron kabinet vasitəsilə fəaliyyətin dayandırılması üçün müraciət forması
  • Müəssisələrin ləğv prosesində təqdim edilməli sənədlərin siyahısı

Müəssisələrin ləğvi yaxud şirkətlərin dondurulması zamanı Dövlət Vergi Xidməti, Dövlət Sosial Müdafiə Fondu, Statistika Komitəsi və digər aidiyyəti qurumlarla razılaşdırma və yoxlamalar aparılır. Bu mərhələlərdə hüquqi prosedurların düzgün yerinə yetirilməsi zəruridir.

Accounting.Az müştərilərinə bu sahədə tam hüquqi və mühasibat dəstəyi təqdim edir.

Sənədlərin hazırlanması, vergi hesabatlarının tərtibi və qeydiyyat orqanları ilə yazışmalar – biz hər mərhələdə yanınızdayıq.

Qanuni səhvlər baha başa gələ bilər – Accounting.Az ilə heç bir detal gözdən yayınmır.

Saytımız vasitəsilə 1 dəqiqəyə onlayn müraciət edin – komandamız sizi qısa müddətdə ərzində əlaqələndirəcək.

Xidməti indi sifariş edin!

Şirkətlərin ləğvi: anlayışlar və əsas səbəblər

Ləğv – müəssisənin hüquqi şəxs kimi fəaliyyətinin tam və rəsmi şəkildə başa çatmasıdır. Proses zamanı hüquqi şəxsin fəaliyyətinə tam şəkildə xitam verilir və onun dövlət reyestrindən silinməsi baş verirr. Bu müxtəlif səbəblərlə baş verə bilər:

  • təsisçilərin könüllü qərarı ilə;
  • müflislik (iflas) vəziyyəti;
  • qanun pozuntularına görə məhkəmə qərarı ilə;
  • hüquqi müddətin başa çatması;
  • iqtisadi səmərəliliyin itirilməsi.

Müəssisələrin ləğvi mərhələləri

Müəssisələrin ləğvi hüquqi və vergi baxımından çoxmərhələli bir prosesdir və aşağıdakı addımları əhatə edir:

  1. Ləğv qərarının qəbul edilməsi
  • Şirkətin yeganə təsisçisi və ya iştirakçıları tərəfindən ləğv qərarı qəbul edilir. Bu qərarda ləğv səbəbi və ləğv prosesini icra edəcək şəxs (komissiya) göstərilir.
  1. Vergi orqanlarına bildiriş
  • Qərardan sonra 15 iş günü ərzində Dövlət Vergi Xidmətinə (DVX) rəsmi bildiriş və tələb olunan sənədlər təqdim olunur. Təqdim edilmiş məlumatları aldığı gündən 5 gün ərzində DVX qeydiyyat məlumatlarında dəyişiklikləri qeydə alır.
  1. Rəsmi elan
  • “Vergilər” qəzetində və ya rəsmi mətbuatda ləğv barədə elan dərc olunur. Bu elan kreditorlara 2 ay müddətində tələblərini bildirmək imkanı yaradır.
  1. Borcların bağlanması
  • Vergi orqanları, DSMF və Dövlət Məşğulluq Xidməti qarşısında öhdəliklərin tam və şəffaf şəkildə yerinə yetirilməsi zəruridir. Bu mərhələdə vergi yoxlamaları baş verə bilər.
  1. Əmək münasibətlərinin xitamı
  1. Ləğvetmə balansının hazırlanması
  • Son mərhələdə bütün aktiv və passivlər əks etdirilən ləğvetmə balansı hazırlanır və müvafiq orqanlara təqdim olunur.
  1. Dövlət reyestrindən silinmə
  • Müvafiq sənədlər təqdim olunduqdan və yoxlamalar başa çatdıqdan sonra DVX şirkəti rəsmi olaraq dövlət reyestrindən

Komanda iclası

🤝 Accounting.Az olaraq sizə bu mürəkkəb mərhələdə sadə, peşəkar və şəffaf dəstək təklif edirik.
📂 Ləğv və şirkətlərin dondurulması prosesində lazım olan sənədlərin toplanmasından tutmuş, dövlət orqanlarında rəsmi qeydiyyata qədər bütün işləri bizim ixtisaslaşmış komandamız görür.
⚠️ Unutmayın – istər şirkətinizi ləğv etmək, istərsə də müvəqqəti dondurmaq qərarınız, düzgün yönləndirmə ilə stresssiz və təhlükəsiz şəkildə həyata keçirilə bilər.
🎯 Qərarsızsınız? Bizim ekspertlərlə cəmi 10 dəqiqəlik söhbət sizi yüzlərlə manatlıq cərimələrdən qoruya bilər.

📞 Əgər siz də müəssisənizi dondurmaq və ya bağlamaq niyyətindəsinizsə – bizə müraciət edin. İlk konsultasiya pulsuzdur!

Elə indi bizimlə əlaqə saxlayın

 Şirkətlərin dondurulması: hüquqi əsas və məqsəd

Şirkətin müvəqqəti fəaliyyət dayandırması – yəni şirkətlərin dondurulması, Vergi Məcəlləsinin 16.3 -cü maddəsinə uyğun olaraq həyata keçirilir.Şirkətlərin dondurulması – hüquqi şəxsin ləğv edilmədən, müəyyən müddət ərzində fəaliyyətinin passiv vəziyyətə keçirilməsidir. Bu, maliyyə yükünü azaltmaq və hüquqi şəxs statusunu saxlamaq məqsədi daşıyır.

Bu zaman:

  • şirkət aktiv fəaliyyət göstərmir, lakin hüquqi statusunu saxlayır;
  • vergi hesabatları sadələşdirilir və ya minimal şəkildə təqdim edilir;
  • bank hesabları dondurulmur, lakin əməliyyatlar dayandırıla bilər;
  • işçilərlə əmək münasibətləri qismən və ya tam şəkildə dayandırıla bilər.

Bu üsul biznesin gələcək bərpası üçün çevik mexanizmdir və zərər riskini azaldır.

Mərhələlər

  • DVX-ə fəaliyyətinmüddət göstərilməklə elektron və ya yazılı bildiriş göndərilir;
  • Əmək müqavilələrinə xitam verilir;
  • Vergi bəyannamələri “sıfır” formasında təqdim olunur;
  • Şirkət fəaliyyəti bərpa etmək istədikdə DVX-ə yenidən bildiriş verilir.

Əsas üstünlüklər

  • ləğv prosesinə daxil olmadan müvəqqəti fasilə;
  • əmlak və sənədlər saxlanılır;
  • sonradan fəaliyyətin asanlıqla bərpası mümkündür.

Ləğv və şirkətlərin dondurması: müqayisəli analiz

Məzmun Ləğv Dondurma
Hüquqi şəxs statusu Tam ləğv olunur Qalır, passiv statusda
Müddət Daimi Müvəqqəti
Vergi hesabatları Yekun bəyannamələr Sıfır hesabatlar
Əmək müqavilələri Ləğv olunur Ləğv edilməlidir
Əmlaka nəzarət Satılır və ya bölüşdürülür Saxlanılır

Ən çox buraxılan səhvlər

  • DSMF və məşğulluq arayışlarının vaxtında alınmaması
  • Elanların verilməməsi və ya natamamlığı
  • Əmək müqavilələrinin düzgün xitam verilməməsi
  • Maliyyə hesabatlarının dəqiq tərtib olunmaması

Accounting.Az xidmətləri

Accounting.Az olaraq biz sizə müəssisələrin ləğvi və şirkətlərin dondurulması ilə bağlı tam peşəkar dəstək təqdim edirik:

  • hüquqi sənədlərin hazırlanması;
  • elektron müraciətlərin tərtibi və təqdimatı;
  • vergi, dsmf və məşğulluq üzrə arayışların alınması;
  • mühasibatlıq və hüquqi müşayiət xidmətləri

Accounting.Az ilə müəssisələrin ləğvi və şirkətlərin dondurulması təhlükəsiz, qanuni və çevik şəkildə icra olunur.

🤝 Müəssisələrin ləğvi – yalnız son deyil, həm də başlanğıcdır. Şirkətlərin dondurulması nə vaxtsa yenidən qayıtmaq üçün platformadır.
📂 Biz sizə yalnız sənədləşmə deyil, eyni zamanda strateji baxış da təqdim edirik – yolunuzu bərpa etməyə yardım edirik.
⚠️ Unutmayın, bu gün bir qapı bağlanırsa, sabah daha güclü açılır – gəlin bu keçidi birlikdə planlayaq!
🎯 Çoxillik təcrübəmizlə yüzlərlə şirkətin ləğv, dondurulma və bərpa prosesini uğurla tamamlamışıq. Növbə sizdədir!

📞 Məqsədiniz istənilən olsa da – dayandırmaq, dəyişmək və ya yenidən başlamaq – doğru tərəfdaşla bu yol daha rahat və aydın olar. Accounting.Az hər addımda yanınızdadır.

Beləliklə:

İstər müəssisələrin ləğvi, istərsə də şirkətlərin dondurulması, hər biri strateji yanaşma tələb edən, hüquqi məsuliyyət və prosedurları ehtiva edən proseslərdir. Bu səbəbdən, bütün mərhələlər qanuna uyğun və dəqiq şəkildə icra olunmalıdır. Müvafiq normativ aktların tələblərinə əməl olunmaması əlavə maliyyə sanksiyalarına səbəb ola bilər. Accounting.Az hüquqi və mühasibat dəstəyi ilə şirkətlərin ləğvi yaxud fəaliyyətlərinin müvəqqəti dayandırılması prosesini problemsiz icra etməkdə sizə kömək edə bilər.

whatsapp