Müasir biznes dünyasında müəssisələrin uğurlu fəaliyyət göstərməsi və strateji qərarlar qəbul etməsi üçün iki əsas sahə ön plana çıxır: maliyyə analizi və maliyyə xidmətləri. Maliyyə təhlili müəssisənin real vəziyyətini və gələcək inkişaf yollarını müəyyən etməyə kömək edir. Maliyyə xidmətləri isə bu analizlərə əsaslanaraq, praktiki maliyyə idarəçiliyini həyata keçirmək üçün müxtəlif alət və həllər təqdim edir. Bu məqalədə maliyyə analizi və maliyyə xidmətlərinin mahiyyəti, onların qarşılıqlı əlaqəsi və müəssisələrə verdiyi strateji üstünlüklər təhlil olunur.
Maliyyə analizi müəssisənin maliyyə-təsərrüfat fəaliyyəti haqqında keyfiyyət və kəmiyyət məlumatlarının toplanması, işlənməsi və əvvəlki dövrlərin məlumatları ilə müqayisə edilməsini əhatə edən analitik fəaliyyətdir.
Maliyyə təhlilinin əsas məqsədlərinə bunları aid etmək olar:
Maliyyə vəziyyətinin düzgün qiymətləndirilməsi idarəetmə tədbirlərini planlaşdırmağa imkan verir və sərmayənin cəlb edilməsi üçün əsaslar yaradır.
Maliyyə analizi üzrə xidmətlərdən danışmazdan öncə maliyyə xidmətləri təklif edən qurumların tərkibinə və xidmətlərini nəzər salmaq lazımdır:
Müasir iqtisadiyyatda maliyyə xidmətləri geniş spektri əhatə edir və həm korporativ, həm də fərdi müştərilərə yönəlik təklif olunur. Bu sahələrin effektiv təşkili müəssisələrin davamlı böyüməsinə zəmin yaradır.
Aparılma məqsədinə və təhlili dövrlərinə görə aşağıdakı növləri fərqləndirə bilərik:
Təhlil əsasən bu göstəricilər üzrə aparılır:
Bu göstəricilər, onların təhlili həm daxili idarəetmə qərarlarının qəbulu, həm də maliyyə xidmətləri təklif edən qurumlar üçün əhəmiyyətlidir.
Gəlin maliyyə analizi üzrə yuxarıda qeyd etdiklərimizi sadə formada şərh etməyə çalışaq. Tutaq ki, kiçik bir mağazanız var. Siz vaxtaşırı özünüzə suallar verməlisiniz: “Satışlarla bağlı hazırkı vəziyyət necədir? Böyük bir partiya mal almağa, yeni satıcılar işə götürməyə imkan varmı? Bəlkə hələlik bunu etməyək?”. Maliyyə təhlili bu kimi suallara cavab tapmağa kömək edir.
Təhlilin iki növü var:
Daxili və xarici maliyyə analizinin müqayisəsi | ||
Xüsusiyyət | Daxili analiz | Xarici analiz |
Subyekt | Şirkətin əməkdaşları, daxili analitiklər | Xarici analitiklər, investorlar, kreditorlar, dövlət qurumları |
Məqsəd | Cari maliyyə vəziyyətinin qiymətləndirilməsi | İnvestisiya cəlbediciliyi, kredit qabiliyyəti və qanunvericiliyə uyğunluğun qiymətləndirilməsi |
Məlumat mənbəyi | Bütün mövcud məlumatlar (mühasibat məlumatları, hesabatlar, proqnozlar) | İctimai maliyyə hesabatları |
Təhlilin dərinliyi | Şirkətin spesifikasına uyğun detallı analiz | Standart parametrlərə əsaslanan ümumi analiz |
Keçirilmə tezliyi | Müntəzəm | Zərurət olduqda |
Yönümlülük | Şirkətin gələcək inkişafı | Kreditlərin/investisiyaların geri qaytarılma perspektivi |
Gizlilik | Yüksək | Aşağı |
Metodlar | Metodların geniş seçimi | Standart metodlar |
Göstəricilərə nümunələr | Layihələrin rentabelliyi, debitor borcları | Likvidlik, rentabellik |
Hər iki növ həm müəssisələrin öz mütəxəssisləri tərəfindən, həm də kənar maliyyə analitikləri yaxud bu sahədə təcrübəyə malik şirkətlər tərəfindən aparıla bilər.
Accounting.Az konsaltinq şirkəti Azərbaycanda sahibkarlar, şirkət rəhbərlərinə, tərəfdaş və potensial investorlara maliyyə analizi xidmətləri təklif edir. Kompleks audit xidmətləri şirkətin aktiv və öhdəliklərin, kreditorlar və debitorlarla hesablaşmaların, mənfəət və zərərlərin və digər göstəricilərin qiymətləndirilməsin əhatə edir. Şirkət Məsləhətçi və Mühasibat Firmaları Assosiasiyası “PrimeGlobal”-ın üzvüdür. “PrimeGlobal” mühasibat, biznes, vergi məsləhətçiliyi sahəsində fəaliyyət göstərən 112 ölkədən 300-dən çox firmanı özündə birləşdirir. Bakıda sərfəli və keyfiyyətli xidmət axtarırsınız? Bizim audit xidmətlərin seçin! |
Maliyyə analizindən əldə olunan nəticələr maliyyə xidmətlərinin keyfiyyətli təşkilinə imkan verir. Eyni zamanda, maliyyə xidmətlərinin effektivliyi maliyyə analizinin dəqiqliyini və tətbiq sahəsini genişləndirir.
Məsələn, bir şirkət rentabellik göstəricilərində azalma müşahidə etdikdə:
Yeni dövrdə rəqəmsallaşma maliyyə analizini və maliyyə xidmətlərini köklü şəkildə dəyişərək inteqrasiyanı daha da gücləndirir:
“Fintech, sözü “maliyyə texnologiyası“-nın birləşməsidir, maliyyə xidmətlərinin çatdırılması, istifadəsini təkmilləşdirməyə və avtomatlaşdırmağa çalışan yeni texnologiyanı təsvir etmək üçün istifadə olunur.” |
Bu texnologiyalar həm maliyyə analizi, həm də maliyyə xidmətləri sahəsində şəffaflığı, sürəti və əlçatanlığı artırır.
Maliyyə analizi və maliyyə xidmətləri hər bir müəssisənin dayanıqlı inkişafı üçün zəruri elementlərdir. Onların inteqrasiyası yalnız texniki proses deyil, strateji yanaşmadır. Rəqəmsal texnologiyaların tətbiqi bu sahələrin effektivliyini artırır. Azərbaycan şəraitində müəssisələrə bu sahələr təcrübəyə malik şirkətlərlə əməkdaşlıq tövsiyə olunur.
Accounting.Az konsaltinq şirkəti müxtəlif biznes sektorlarında investisiya layihələrinin hazırlanması və həyata keçirilməsi prosesini asanlaşdırır. Maliyyə təhlilinin köməyi ilə investisiya planlaşdırması obyektə investisiyaların iqtisadi məqsədəuyğunluğunu əsaslandırmağa, onların həcmini və müddətini təfərrüatlandırmağa, iqtisadi hesablama aparmağa və layihənin həyata keçirilməsi zamanı pul vəsaitlərinin hərəkətini proqnozlaşdırmağa imkan verir. |
Tender, qarantiya, kredit sənədlərinin hazırlanması, müqavilə sənədlərinin tərtibi və yoxlanması üçün tərəddüd etmədən bizim xidmətlərə müraciət edə bilərsiniz. |
Maliyyə analizi idarəetmə qərarlarının qəbulu üçün maliyyə məlumatlarının faydalı məlumatlara çevrilməsi prosesidir. Unutmayın ki, bu proses menecerin əsas alətidir və ona biznesinin nəbzini tutmağa, prosesləri başa düşməyə və hisslərə deyil, rəqəmlərə əsaslanaraq qərarlar qəbul etməyə kömək edir.