Əməkhaqqının hesablanması: işçi heyəti ilə hesablaşmaları etibarlı əllərə həvalə edin

Əməkhaqqının hesablanması – hər ay təkrarlanan, amma heç  bir halda xəta üçün yer qoyulmayan bir prosesdir. Amma, nəzərə alın ki, işçi heyəti ilə hesablaşmalar –  təkcə əməkhaqqının hesablanması demək deyil. Bura məzuniyyət haqları, təzminatlar, xəstəlik vərəqələri, vergi və sosial fondlara ayırmalar, habelə bunların hamısının qanunvericiliyə uyğun sənədləşdirilməsi daxildir. Bir addımdakı səhv işçinin etibarını sarsıda, şirkəti maliyyə cəriməsi ilə üz-üzə qoya bilər. Buna baxmayaraq, bir çox müəssisə bu prosesi ya yüklənmiş kadr mütəxəssisinə, ya da vaxtı çatışmayan mühasibə həvalə edir – nəticədə gecikmələr, səhvlər və tənzimləyici orqanlar qarşısında narahatlıq yaranır.

10 ildən artıqdır ki, Accounting.Az konsaltinq şirkəti Bakıda işçi heyəti ilə hesablaşmaların, o cümlədən əməkhaqqı hesablanmasının autsorsinqi xidmətini təklif edir. Xidmət istəyinizə uyğun olaraq mühasibat uçotu xidmətləri ilə birlikdə, yaxud ayrıca xidmət növü kimi kompleks kadr xidmətinin tərkibində göstərilir.

Nə üçün bu prosesi kənar mütəxəssisə həvalə etmək lazımdır?

İşçilərlə hesablaşmalar, Əmək Məcəlləsinə, vergi qanunvericiliyinə və tutulmalara dair qaydalara tam uyğun aparılmalıdır. Bu proses mühasibat uçotunun heç də ən asan sahəsi deyil –  icraçıdan yüksək peşəkarlıq və davamlı diqqət tələb edir. İstər bu iş daxili mühasibatlıqda, istərsə də kadr şöbəsində aparılsın, təcrübə çatışmazlığı səhv hesablamalara, gecikmiş ödəmələrə və nəticədə həm işçi narazılığına, həm də dövlət orqanları qarşısında hüquqi məsuliyyətə səbəb ola bilər.

Bunun sınanmış həlli var: işçi heyəti ilə hesablaşmaları ixtisaslaşmış kənar konsaltinq şirkətinə həvalə etmək. Bu yanaşma müəssisədaxili mühasibat xidmətini genişləndirmədən problemi effektiv şəkildə həll edir və həm kiçik müəssisələr, həm də böyük şirkətlər üçün eyni dərəcədə səmərəlidir.

Xidmətə nələr daxildir?

  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə və digər qanunvericilik aktlarına uyğun işçilərə əməkhaqqı hesablanması, təzminatlar və sair ödənişlər;
  • Fiziki şəxslərin gəlirindən vergilərin, sosial fondlara ayırmaların və qanunvericiliyə uyğun digər ödənişlərin hesablanması;
  • Hesabatların formalaşması — hesablaşma-ödəniş cədvəli, xəstəlik vərəqələri və ezamiyyələr üzrə təhtəlhesab şəxslərə görə hesabatlar, bank (kassa) ödəniş cədvəli, vergilər üzrə icmal hesabatlar;
  • Əməkhaqqı vərəqələrinin (payslip) çapı, işçilərə və ya onların etibarlı şəxslərinə təqdimatı, e-poçt ünvanlarına göndərilməsi;
  • Gəlirlərin, vergi və digər tutulmaların köçürülməsi üçün bank fayllarının hazırlanması və bank-müştəri sisteminə yüklənməsi;
  • Müxabirləşmələrin mühasibat proqramlarına (1C, ERP, onlayn-mühasibatlıq və s.) işlənməsi üçün faylların hazırlanması;
  • Vergi, məcburi dövlət sosial sığortası (pensiya fondu), icbari tibbi sığorta və digər məcburi hesabat formalarının hazırlanması və təqdimatı;
  • Kameral, səyyar və digər yoxlamalar zamanı tənzimləyici orqanlarla qarşılıqlı əlaqəyə dəstək.

Bütün bu proseslər şirkətinizin daxili qaydalarına uyğunlaşdırılaraq, tam məxfilik şəraitində və operativ şəkildə aparılır. Hesablaşma cədvəlləri və hesabatlar istəyinizə uyğun Azərbaycan dili ilə yanaşı, rus və ingilis dilində də təqdim oluna bilər.

Daxili mühasibatlığa nisbətən nə qazanacaqsınız?

Maddi məsuliyyətin ötürülməsi

Əməkdaşlığa xitam verilsə belə, əməkhaqqının hesablanması üzrə təqdim olunan hesabatlara görə məsuliyyəti biz daşıyırıq. Bizim səhvimiz nəticəsində tətbiq edilən cərimələri özümüz ödəyirik.

Davamlı fəaliyyət

Sizə tək bir mütəxəssis deyil, peşəkarlar komandası xidmət göstərir – kadr xidməti fasiləsiz davam edir, işçinin xəstəliyi və ya məzuniyyəti prosesi dayandırmır.

Yüksək xidmət keyfiyyəti

Mühasibat uçotunun beynəlxalq standartlarına, həmçinin yerli qanunvericiliyə tam uyğun işləyirik.

Məlumatların məxfiliyi

İşçilərinizin gəlir məlumatlarını məxfi saxlayırıq. Ödəmələr haqqında informasiyaya giriş yalnız səlahiyyətli şəxslərə təmin olunur.

Elektron sənəd dövriyyəsi

Tapşırıqlar uzaqdan həll olunur: onlayn mühasibatlıqdan istifadə edilir, sənədlər elektron şəxsi kabinetdə, elektron imzalarla imzalanır.

Kompleks yanaşma: kadr və mühasibat xidmətləri bir mərkəzdən

İşçi heyəti ilə hesablaşmalar Accounting.Az MMC-nın kadr xidmətləri paketinin ayrılmaz hissəsidir. Bu xidməti mühasibat uçotu və audit xidmətləri ilə birləşdirdikdə, şirkətiniz maliyyə və kadr sahəsində tam əhatəli, vahid mərkəzdən idarə olunan dəstək əldə edir – ayrı-ayrı podratçılarla əlaqə saxlamaq zərurəti aradan qalxır.

Kimlər üçün uyğundur?

İşçi sayından asılı olmayaraq — kiçik komandadan tutmuş çoxsaylı heyətə malik iri şirkətlərə qədər hər bir müəssisə üçün uyğundur. Xidmətdən xüsusilə aşağıdakılar faydalana bilər:

  • işçi heyəti ilə hesablaşmaları ilk dəfə tərtibli şəkildə qurmaq istəyən yeni təsis olunmuş şirkətlər
  • mövcud prosesini daha etibarlı və peşəkar əllərə vermək istəyən fəaliyyətdə olan bizneslər
  • tam ştatlı kadr və ya mühasibat mütəxəssisi saxlamağı sərfəli hesab etməyən kiçik və orta bizneslər
  • filial və ya bölmələri olan, mərkəzləşdirilmiş hesablama sisteminə ehtiyac duyan şirkətlər

Tez-tez verilən suallar (FAQ)

İşçi heyəti ilə hesablaşmalar xidmətinin qiyməti nə qədərdir?

Autsorsinq xidmətinin qiyməti müraciətinizdən sonra fərdi qaydada müəyyən olunur – işçi sayı, hesablamaların mürəkkəbliyi və seçilən xidmət həcmindən asılıdır.

Yalnız əməkhaqqı hesablanmasını sifariş etmək mümkündürmü?

Bəli. Xidməti ayrıca sifariş edə, yaxud digər kadr və mühasibat xidmətləri ilə birləşdirərək daha geniş dəstək əldə edə bilərsiniz.

Hesabatlar hansı dillərdə təqdim olunur?

İstəyinizə uyğun olaraq Azərbaycan, rus və ingilis dillərində hazırlana bilər.

Necə başlamaq olar?

İşçi heyəti ilə hesablaşmaları peşəkarlara həvalə etmək üçün ilk addım – bizimlə əlaqə saxlamaqdır. Şirkətinizin işçi sayı, hesablaşma sxemi və ehtiyaclarınızı öyrənəndən sonra sizə fərdi təklif hazırlayırıq.

Əlaqə:

 

🖊️ info@accounting.az

📍 Cəfər Cabbarlı 44, Caspian Plaza 2, Bakı

İşçi heyətinizlə hesablaşmaları bu gün etibarlı tərəfdaşa həvalə edin – biz rəqəmlərlə məşğul olarkən, siz komandanızın və biznesinizin inkişafına diqqət yetirin.

whatsapp
error: Content is protected !!