İnsan resursları üzrə xidmətlər: tərkibi, tətbiq istiqamətləri

insan resursları üzrə xidmətlər, insan resursları üzrə audit, insan resursları xidməti
Ümumi

İnsan resursları xidməti və kənar auditorlar

İnsan resurslarının (İR) idarə edilməsi şirkət üçün vacib sahələrdən biridir. İşçilərin peşəkarlığı biznesin uğuruna birbaşa təsir edir. Peşəkar heyətin formalaşmasında  şirkətdaxili insan resursları xidməti mühüm rol oynayır. Amma, bəzən bu sahədə yaranan çətinliklər kənar mütəxəssislərə müraciəti zəruri edir. İşəgötürən kadrların səmərəliliyin müəyyən etmək üçün də insan resursları üzrə audit xidməti təklif edən şirkətlərə müraciət edə  bilər. Azərbaycanda insan resursları üzrə xidmətlər təklif edən şirkətlər:

  • yerli və əcnəbi işçilərin işə qəbulu;
  • kadr sənədlərinin auditi;
  • kadr konsultasiyası;
  • kadr uçotunun qurulması;
  • tənzimləyici dövlət qurumları tərəfindən aşkar edilmiş əmək qanunvericiliyinin pozuntularının aradan qaldırılması və sair bu kimi hallarda şirkətlərə kömək edə bilər.

Şirkətdaxili insan resursları xidmətinin əməkdaşları nə qədər peşəkar olsalar da, auditorlar tərəfindən kadr sənədlərinin auditinin aparılması səhvləri müəyyən edərək aradan qaldırılmasında, onların doğura biləcəyi mənfi nəticələrin qarşısının alınmasında müstəsna rola malikdir.

İnsan resursları üzrə xidmətlər

Autsorsinq əsasında fəaliyyət göstərən şirkətlərin təklif etdiyi İR idarə edilməsi xidmətlərinin əhatəsi genişdir, insan resursları üzrə auditi onlardan yalnız biridir.  Belə xidmətlər kadr seçimindən başlayaraq işçilərin motivasiyasının idarə edilməsi və təliminə qədər çoxsahəli ola bilər. Onları aşağıdakıları nümunə göstərə bilərik:

  • kadr seçimi: buraya namizədlərin axtarışı, müsahibələrin keçirilməsi, səriştələrin yoxlanılması və qiymətləndirilməsi daxildir;
  • işçilərin monitorinqi: əməkdaşların, o cümlədən müəssisənin insan resursları xidmətinin əməkdaşlarının qiymətləndirilməsi və sertifikatlaşdırılması, onların məhsuldarlığının və peşəkar keyfiyyətlərinin mütəmadi olaraq qiymətləndirilməsinin aparılması;
  • kadr hazırlığı və inkişafı: təlimlərin, seminarların, təkmilləşdirmə kurslarının təşkili;
  • insan resursları üzrə audit, o cümlədən kadr sənədlərinin yoxlanılması: xidmət vasitəsi ilə müəssisədə kadr uçotu sistemi müstəqil, obyektiv, peşəkar qiymətləndirilir, kadr kargüzarlığının qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılır.
  • motivasiya sistemlərinin inkişafı: İnsan resursları üzrə xidmətlərin bir növü olmaqla səmərəli mükafat və bonus sxemlərinin yaradılmasına yönəlib;
  • kadr konsultasiyası: kadr siyasətinin optimallaşdırılması, daxili nizamnamə və prosedurların işlənib hazırlanması üzrə məsləhətlər.

Rekrutinq xidməti

Kadr seçimi və işə qəbul bu gün Azərbaycanda ən geniş yayılmış insan resursları xidmətidir. Bəzən bu proses “rekrutinq”  (ingiliscə “recruitment” – kadr seçimi), bu işlə məşğul olanlar isə “rekruter” adlanır. Hər bir seçim fərdidir, lakin bir neçə məcburi mərhələni əhatə edir:

  • müştəri ilə birgə vakansiyanın doldurulması, axtarış strategiyasını hazırlanması, namizədlər üçün tələbləri müəyyən etmək;
  • insan resursları üzrə xidmətlər təklif edən şirkət tərəfindən açıq mənbələrdə və ya agentliyin məlumat bazasında, habelə tövsiyələr vasitəsilə namizədlərin axtarışı;
  • müxtəlif kadr resurslarında vakansiya elanının yerləşdirilməsi, namizədlərin seçimi;
  • namizədlərin müştəriyə təqdim edilməsi, müsahibə mərhələlərinin təşkili, finalçıların seçilməsi;
  • işəgötürən və namizədlə iş təklifinin razılaşdırılması, seçimdən sonra vakansiyanın bağlanması.

İri şirkətlərdə bu işlər, adətən, müəssisədaxili insan resursları xidməti tərəfindən həyata keçirilir.

İnsan Resursları üzrə audit

Belə audit təşkilatın kadrlar şöbəsi və ya müstəqil auditor tərəfindən müəssisədə həyata keçirilə bilər. Prosesə işə qəbul, performansın idarə edilməsi, kompensasiya və müavinətlər, işçilərlə münasibətlər, əməyə uyğunluq və uçotun aparılması kimi müxtəlif İR idarə edilməsi funksiyalarının təftişi daxildir.

Accounting.az MMC insan resursları üzrə xidmətlər təklif edir. Bu xidmətlərin tərkibinə kadr uçotu üzrə xidmətlər, habelə kadr səndəllərinin auditi xidməti də daxildir. Buradan kadr xidmətlərinin tərkibi ilə tanış olmaq olar.

İnsan resurslarının auditi qanunvericiliyə uyğunluğu qiymətləndirmək üçün təşkilatın kadr siyasəti və proseduralar üzrə sənədləri, onların tətbiqini nəzərdən keçirmək daxildir.

Kadrların sertifikatlaşdırılması

Əməkdaşların qiymətləndirilməsi və sertifikatlaşdırılması işçilərin peşə biliklərini təhlil etməyə, onları vaxtında təlimə göndərməyə, əmək haqqına yenidən baxmağa və ya işçini ehtiyata daxil etməyə kömək edir. Bunlar müəssisənin insan resursları xidmətinin əməkdaşlarına da aiddir.

Prosedurun əsas məqsədi zəif işçiləri müəyyən etmək və daha ixtisaslı kadrlara ehtiyac olub-olmadığını müəyyən etməkdir. Bu proses kadr hazırlığını planlaşdırmağa, kadr ehtiyatını formalaşdırmağa, həmçinin aylıq əmək haqqı sistemini obyektiv şəkildə tənzimləməyə kömək edir.

Kadr konsultasiyası

Son zamanlar biznes mühitində şirkətlərdə və layihələrin icrasında İR idarə edilməsinin vacibliyini daha çox qabardılır. Demək olar ki, hər hansı bir təşkilatın yaxud layihənin onurğa sütunu onun işçiləridir. Məhz bu səbəbdən fəaliyyətinin əsasını “intellektual biznes” təşkil edən konsaltinq şirkətlərinin kadr konsultasiyası insan resursları üzrə xidmətlərin tərkibində mühüm yer tutur.

Digər İR xidmətlər

İnsan resursları üzrə xidmətlər təklif edən şirkətlər sizin şirkətin əməkdaşları üçün müxtəlif istiqamətli təlimlər, seminarlar, kurslar da təşkil edə bilər.

Səmərəli mükafat və bonus sxemlərinin yaradılması üzrə insan resursları xidməti şirkətdə motivasiya sistemlərinin inkişafına yönəlib. Təcrübəli menecer bilir ki, işçilərə diqqətli yanaşma, vaxtında həvəsləndirmək uğurlu biznesin açarıdır.

İR idarə edilməsində ən vacib məqam bu sahədə həyata keçirilən tədbirlərə nəzarət sisteminin qurulmasıdır. Bunun üçün müntəzəm insan resursları üzrə auditin həyata keçirilmişi zərurudur.

Bütün bunlar deməyə əsas verir ki, kompleks İR idarəetmə sisteminin yaradılması, əməkdaşların məqsədlərinin şirkət strategiyasına uyğunlaşdırılmasında şirkətdaxili insan resursları xidməti ilə yanaşı konsaltinq şirkətlərinin təklif etdiyi insan resursları üzrə xidmətləri də vacib rol oynayır. Onların birgə fəaliyyəti sizə biznes məqsədlərinə çatmaqda və dəyişikliklərə operativ reaksiya verməyə imkan yaradır.

whatsapp