Qlobal iqtisadi inteqrasiya fonunda Azərbaycan Respublikası xarici investorlara cəlbedici biznes mühiti təklif edir. Əcnəbi vətəndaşların və hüquqi şəxslərin Azərbaycanda kommersiya fəaliyyəti üçün əsas hüquqi baza Mülki Məcəllə, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanun və digər normativ sənədlərdir. Bu məqalədə Azərbaycanda əcnəbilərin şirkət qeydiyyatı üzrə hüquqi prosedurlar, qeydiyyat formaları, tələb olunan sənədlər, habelə firmaların qeydiyyatı zamanı istifadə olunan elektron platformaların imkanları şərh edilir.
Azərbaycan qanunvericiliyi əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə yerli vətəndaşlarla eyni kommersiya hüquqları müəyyən edir. Onlar aşağıdakı formalardan birini seçərək kommersiya müəssisəsi kimi fəaliyyəti göstərə bilərlər:
Ən çox seçilən forma MMC-dir, çünki qeydiyyat prosedurları sadə və vergi yükü daha əlverişlidir.
Sürətlə inkişaf edən Azərbaycan iqtisadiyyatı öz sabit hüquqi mühiti və əlverişli vergi rejimi ilə əcnəbi investorlar üçün cəlbedici bazara çevrilir. Lakin yeni bazara daxil olarkən hüquqi prosedurların və vergi öhdəliklərinin düzgün idarə olunması olduqca vacibdir.
Respublikamızda xarici investisiyalı şirkətin yaradılması yaxud firmaların qeydiyyatı prosesi arasında ciddi fərq yoxdur. Çox vaxt bu anlayışlar sinonim kimi istifadə olunsa da, hüquqi və funksional baxımından onlar fərqlidir.
Firma yoxsa Şirkət?
Firma — əsasən ticarət və ya sənaye fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektidir və daha çox fərdi sahibkarlar və orta sahibkarlıq sahibləri üçün istifadə olunur. Firma adətən hüquqi və ya fiziki şəxsə məxsus olur və kommersiya məqsədilə fəaliyyət göstərir.
Şirkət isə bir neçə şəxsin və ya tərəfdaşın birgə qurduğu, hüquqi şəxs statusuna malik təşkilat formasıdır. Şirkətlər daha geniş fəaliyyət sahəsinə malikdir və MMC, ASC kimi müxtəlif hüquqi formalarla qeydiyyata alınırlar.
“Firma” və “şirkət”,aralarında hüquqi və funksional fərqlər var olduğuna görə, məqalədə müxtəlif mənalı anlayışlar kimi istifadə edilib.
Qısaca desək, hər bir şirkət firma kimi tanına bilər, amma hər bir firma mütləq hüquqi şəxs olan şirkət deyil.
Əcnəbilərin şirkət qeydiyyatı zamanı daha çox istifadə edilən MMC forması aşağıdakı üstünlüklərə malikdir:
Lakin düzgün sənədləşmə, hüquqi tərcümələr və vergi bəyannamələri olmadan bu proses vaxt itkisinə və əlavə xərclərə səbəb ola bilər.
Azərbaycanda xarici investisiyalı MMC-lərin yaradılmasına dəstək lazımdır?
Accounting.az olaraq biz, əcnəbilərin şirkət qeydiyyatı üzrə bütün mərhələlərdə tam peşəkar dəstək göstəririk.
Xidmətdən indi yararlanın
Respublika qanunvericiliyi yaşamaq və iş icazələri almış əcnəbilərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmasına icazə verir, onlar fərdi sahibkar yaxud orta sahibkarlıq subyekti kimi fəaliyyət göstərə bilər. Bunun üçün sahib olduqları biznesin qanunvericiliyin tələblərinə uyğun qeydiyyatını aparmalıdırlar.
Qeydiyyatı “Bir pəncərə” prinsipi ilə Dövlət Vergi Xidmətinin müvafiq qurumları aparır. Yekunda sahibkarlıq subyekti eyni vaxtda həm dövlət qeydiyyatına alınır, həm də vergi uçotuna durmuş olur. Firmaların qeydiyyatı:
Accounting.Az MMC-yə tək əcnəbi şirkətin qeydiyyatı, firmaların vergi uçotuna alınması ilə bağlı deyil, həm də sahibkarlıq fəaliyyətinin ləğvi, şirkətin yenidən təşkili üçün də müraciət edə bilərsiniz. Vergi konsultasiyası, bəyannamələrin hazırlanması, vergi yoxlamalarına hazırlıq kimi xidmətlər Sizin biznesi vergi risklərindən qoruyar!
Vergi xidmətlərini elə indi sifariş edin!
Əcnəbilər tərəfindən MMC yaradılması üçün aşağıdakı sənədlər tələb olunur:
Əgər təsisçi xarici hüquqi şəxsdirsə, əlavə olaraq:
Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti şirkət və firmaların elektron qeydiyyatı üçün “e-taxes.gov.az” platformasını təqdim edir. Əcnəbilər “ASAN İmza” yaxud “Elektron İmza” əldə etməklə onlayn qeydiyyatı edə bilərlər. Bu prosedur aşağıdakı mərhələləri əhatə edir:
Onlayn qeydiyyat daha sürətli və sadə prosedur təqdim etdiyi üçün xüsusilə tövsiyə olunur.
Əcnəbilərin şirkət qeydiyyatı uğurla tamamlandıqdan sonra bir sıra öhdəlikləri yaranır. Onlar Azərbaycan vergi qanunvericiliyinə uyğun fəaliyyət göstərməli, Əmək Məcəlləsi və digər normativ hüquqi aktların tələblərini nəzərə almaldırlar. Əcnəbilər tərəfindən qeydiyyatdan keçmiş şirkətlərin əsas vergi öhdəlikləri aşağıdakılardır:
Startap fəaliyyəti ilə məşğul olan əcnəbi şirkətlər üçün vergi güzəştləri də mövcuddur. “Startap şəhadətnaməsi” əldə edən hüquqi şəxslər müəyyən dövr üçün mənfəət vergisindən azad edilə bilər.
Firmaların qeydiyyatını uğurla başa çatdırıb kommersiya fəaliyyəti ilə məşğul olan sahibkarlıq subyektlərinə də konkret vergi rejimi və güzəştlər tətbiq olunur.
Accounting.Az MMC yerli və xarici invesisiyalı biznesə vergi xidmətləri göstərir. Vergi konsultasiyası, bəyannamələrin hazırlanması, vergi yoxlamlarına hazırlıq kimi xidmətlər Sizin biznesi vergi risklərindən qoruyar! Vergi xidmətlərini elə indi sifariş edin!
Əcnəbilərin şirkət qeydiyyatı zamanı, habelə sonrakı fəaliyyəti dövründə əlavə xidmətlərə ehtiyacı yarana bilər. Müvafiq konsaltinq şirkətləri və hüquq firmaları aşağıdakı xidmətləri təqdim edirlər:
Əcnəbilər şirkət və firmaların qeydiyyatını, habelə sonrakı fəaliyyətlərini daha çevik və problemsiz keçməsi üçün yerli ekspertlərin dəstəyindən istifadə etməsi məqsədəuyğundur.
Əcnəbilərin Azərbaycanda qeydiyyatdan keçirdikləri şirkətlər üçün bank hesabı açmaq vacib mərhələlərdən biridir. Banklar təsisçinin şəxsiyyətini, hüquqi ünvanını və şirkətin qeydiyyat sənədlərini tələb edirlər.
MMC formasında qeydiyyat zamanı minimum nizamnamə kapitalı tələbi yoxdur. Lakin müəyyən fəaliyyət növləri üçün (məsələn, bank və sığorta sektoru) minimum kapital şərti mövcuddur.
Bizim əcnəbilərə MMC qeydiyyatı xidməti aşağıdakılardan ibarətdir:
– təsis sənədi və nizamnamənin hazırlanması;
– ərizələrin doldurulması və dövlət orqanlarına təqdim olunması.
– xarici pasportun tərcümə və təsdiqi;
– hüquqi sənədlərin apostil və legalizasiya dəstəyi.
– ASAN İmza və ya Elektron İmzanın əldə olunması;
– “e-taxes.gov.az” portalı ilə onlayn qeydiyyat.
– yerli banklarla əməkdaşlıq;
– valyuta və manat hesablarının açılması üçün sənəd dəstəyi.
– VÖEN və ƏDV qeydiyyatı;
– aylıq mühasibatlıq və bəyannamələrin hazırlanması.
Azərbaycanda əcnəbilərin şirkət qeydiyyatı üçün mövcud hüquqi çərçivə şəffaf və əlverişlidir. Rəqəmsal qeydiyyat sistemləri və vergi güzəştləri əcnəbi investorlar üçün mühüm üstünlüklər yaradır. Hüquqi sənədlərin düzgün hazırlanması və müvafiq orqanlarla koordinasiya bu prosesin uğurla tamamlanmasını təmin edir. Xarici vətəndaşlar üçün Azərbaycanın biznes mühiti getdikcə daha əlçatan və dayanıqlı hala gəlir, bu da şirkət və firmaların qeydiyyatı prosesini daha asan edir.
Əcnəbilərin Azərbaycanda MMC qeydiyyatı artıq çətin və uzunmüddətli bir proses deyil.
Accounting.az sizə bu yolu peşəkar şəkildə, sürətlə və şəffaf formada təqdim edir.
Biznesinizi təhlükəsiz əllərə əmanət edin.
Accounting.az, hüquqi təhlükəsizlik və maliyyə dəstəyi bir arada!