Azərbaycanda iş icazəsinin alınması: sahibkarlar və mühasiblər üçün Accounting.Az MMC-dən peşəkar dəstək

Azərbaycanda əcnəbilərə iş icazəsinin alınması üzrə sənədlər
Ümumi

Azərbaycan biznes mühitində əcnəbilər üçün iş icazəsinin vacibliyi

Azərbaycan əmək bazarında xarici mütəxəssislərə olan tələbat ildən-ilə artır. Respublikamızda fəaliyyət göstərən sahibkarların və təşkilatların əcnəbi mütəxəssisləri işə cəlb etməsi artıq adi hala çevrilib. İstər tikinti sahəsində mühəndis, istər informasiya texnologiyaları üzrə mütəxəssis, istərsə də kənd təsərrüfatında mövsümi işçiləri olsun – iş icazəsi olmadan əcnəbilərin əmək münasibətləri qanuni sayılmır. Bu səbəbdən işəgötürənlərin və onların mühasiblərinin iş icazəsi almaqla bağlı hüquqi və inzibati prosedurları dəqiq bilməsi zəruridir. Belə ki, iş icazəsinin alınması prosesində mühasibat uçotu, vergi öhdəlikləri və hüquqi məsuliyyətlər biri digərini tamamlayır.

İş icazəsinin hüquqi əsasları və vergi ilə əlaqəsi

İş icazəsi — əcnəbi vətəndaşların ölkədə qanuni şəkildə əmək fəaliyyəti ilə məşğul olmasına hüquqi əsas yaradan sənəddir. İş icazələrinin verilməsi və tənzimlənməsi əsasən Azərbaycan Respublikasının Miqrasiya MəcəlləsiƏmək Məcəlləsi ilə tənzimlənir. Əmək fəaliyyətinə başlamaq üçün əcnəbi vətəndaşlara Dövlət Miqrasiya Xidmətindən (DMX) iş icazəsi almaq mütləqdir.

Qanunvericiliyə əsasən, əcnəbi yalnız müvafiq icazə əsasında işə qəbul edilə bilər və bu icazənin olmaması işəgötürən və işçi üçün inzibati məsuliyyət doğurur. Eyni zamanda, bəzi hallarda (məsələn, diplomatik nümayəndəliklərdə çalışanlar, daimi yaşayış icazəsi olanlar) bu tələb tətbiq edilmir.

İcazəsiz işə götürülmüş əcnəbilərlə əmək münasibətləri qanunsuz hesab olunur və aşağıdakı nəticələrə səbəb ola bilər:

  • işəgötürənə cərimələrin tətbiq edilməsi;
  • əmək müqaviləsinin etibarsız sayılması;
  • vergi riskləri və sosial ödənişlərin qanunsuz hesablanması.

Əcnəbilərin respublikamızda işə cəlb edilməsi yaşayış icazəsinin alınması ilə paralel aparılır. Əcnəbi işçilərə, onların müraciətindən asılı olaraq daimi yaxud müvəqqəti yaşamaq icazəsi alına bilər.

Müvəqqəti yaşayış icazəsinin alınması üzrə sənədləşmə sizin üçün çətin görünür?
Gəlin, bu prosesi Accounting.Az MMC-nin peşəkar komandası ilə asanlaşdıraq!
Daha ətraflı burada

Vergi riskləri və hüquqi məsuliyyətlər

İş icazəsinin alınması qaydaları pozularaq əmək fəaliyyəti ilə məşğul olma aşağıdakı vergi və hüquqi riskləri yaradır:

  • əmək haqqının qeyri-qanuni ödənilməsi (vergi pozuntusu);
  • DSMF və işsizlik sığortası ödənişlərinin etibarsızlığı;
  • inzibati məsuliyyət və şirkət imicinə zərər.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydalarının pozulmasına görə bir sıra cərimələr nəzərdə tutulub, məsələn:

İşəgötürən tərəfindən əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin iş icazəsi alınmadan işə cəlb edilməsinə görə:

  • vəzifəli şəxslər 3000 manatdan – 4000 min manatadək;
  • hüquqi şəxslər 15000 manatdan 20000 manatadək məbləğdə cərimə edilir.

Eyni xəta üç və ya daha çox əcnəbi və ya vətəndaşlığı olmayan şəxs barəsində törədildikdə:

  • vəzifəli şəxslər 5000 manatdan 7000 manatadək məbləğdə;
  • hüquqi şəxslər 30000 min manatdan 35000 manatadək məbləğdə cərimə edilir.

Cərimələr AR İnzibati Xətalar Məcəlləsinin 578-ci maddəsində daha geniş şərh edilib.

Əcnəbilərin vergi statusunu düzgün təyin etmək və gəlir vergisi uçotunu aparmaq vacibdir.
Accounting.Az MMC sizə bu sahədə tam məsləhət verir və praktiki dəstək göstərir.
Xidmətlərə baxın

İş icazəsi almaqla bağlı işəgötürən üçün prosedurlar

İş icazəsinin alınması yalnız işəgötürən tərəfindən həyata keçirilir. Bu prosesdə mühasib və HR mütəxəssisinin rolu vacibdir, çünki:

  • tələb olunan vergi ödənişləri və rüsumlar düzgün hesablanmalıdır;
  • əmək müqaviləsinin layihəsi qanuni normalara uyğun tərtib olunmalıdır;
  • məlumatlar əmək müqaviləsi bildirişi altsistemində düzgün əks olunmalıdır.

Tələb olunan sənədlər və mühasibat uçotu ilə bağlı tələblər

İş icazəsi almaq prosesi əsasən işəgötürənin təşəbbüsü ilə başlayır. Əcnəbinin özünün müraciət etməsi mümkün deyil. Müraciət zamanı aşağıdakı sənədlər təqdim edilir:

  • işəgötürənin müraciəti – DMX-yə yazılı və ya elektron formada təqdim olunur;
  • əcnəbinin pasportunun surəti;
  • əmək müqaviləsinin layihəsi;
  • təcrübə və ixtisası təsdiqləyən sənədlər;
  • əmək bazarının tələbatını əsaslandıran sənəd (bəzən tələb olunur);
  • dövlət rüsumunun ödənilməsi barədə qəbz;
  • qanunvericilikdə nəzərdə tutulmuş digər sənədlər.

Mühasiblər prosesin maliyyə aspektini nəzərdən qaçırmamalıdırlar, belə ki:

  • iş icazəsi almaq üçün rüsumlar hesabdan ödənilməli;
  • mühasibat sənədlərində düzgün əks olunmalı;
  • vergi orqanları üçün əsaslandırıla bilən şəkildə qeydiyyata alınmalıdır.

Ərizənin baxılması müddəti adətən 20 iş günüdür. İcazə verildikdə, əcnəbi ölkəyə daxil olduqdan sonra əmək fəaliyyətinə başlaya bilər.

Sənədlərin düzgün tərtibi niyə vacibdir?

İş icazəsinin alınması üzrə sənədlərin düzgün tərtib edilməsi hüquqi uyğunluq və maliyyə sabitliyi deməkdir. Düzgün sənədləşmə həm şirkətin hüquqi sabitliyi, həm də maliyyə şəffaflığı baxımından mühüm rol oynayır. Mühasiblər bu prosesdə:

  • düzgün sənədləşmə aparmalı;
  • iş icasəsi almaq üşün rüsumları vaxtında ödəməli;
  • sosial ödənişləri vaxtında hesablamalı;
  • elektron sistemlərdə çevik işləmə bacarığına malik olmalıdırlar.

DMX tərəfindən verilən rədd cavablarının böyük əksəriyyəti sənədlərin natamam və ya yanlış təqdim edilməsi ilə bağlıdır. Accounting.Az MMC bu riskləri minimallaşdırmaq üçün hər bir müraciəti peşəkar hüquqşünas və mühasiblər komandası ilə icra edir.

Əlaqə saxlayın və prosesi peşəkarlara həvalə edin!
Əcnəbi vətəndaş üçün iş icazəsi almaq mürəkkəb və vaxt aparan proses kimi görünsə də, Accounting.Az MMC bu işi sizin adınızdan və tam qanuni əsaslarla həyata keçirir.
Xidməti sifariş edin

İş icazəsinin müddəti, uzadılması və maliyyə planlaşdırılması

İş icazəsi, adətən 1 il müddətinə verilir və uzadıla bilər. Uzatma zamanı eyni prosedurlar təkrarlanır. Bu mərhələdə mühasibin ödəniş və rüsum planlaması, həmçinin əməkhaqqının proqnozlaşdırılması vacib rol oynayır.

Elektron sistemlər və e-imza ilə iş icazəsinin alınması

Müraciət və sənədləşmə prosesi artıq rəqəmsallaşdırılıb. Müraciətlər aşağıdakı portallar vasitəsilə həyata keçirilə bilər:

e-gov.az – Azərbaycan Respublikasının Milli Elektron Hökumət Portalı.

myGov.az – Portalda şəxsi kabinet və bildirişlər

migration.gov.az – DMX-nin rəsmi müraciət sistemi – elektron xidmətlər.

Elektron imza (e-imza) vasitəsilə sənədlərin təsdiqlənməsi və ödənişlər onlayn şəkildə həyata keçirilir. Mühasiblər üçün bu prosesin rəqəmsal nəzarəti və arxivləşdirilməsi mühüm məsələdir.

Bəs bu prosesə haradan başlamaq olar?

Accounting.Az MMC olaraq biz əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin iş icazəsinin alınması üzrə açar təslim xidmət təqdim edirik. Məqsədimiz işəgötürənləri əlavə inzibati və hüquqi yüklərdən azad edərək, proseduru şəffaf, sürətli və riskdən kənar aparmaqdır.

Miqrasiya sənədlərinin hazırlanması xidmətin məqsədi: hüquqi sabitlik, sürətli proses, minimum risk

Xidmətə daxildir:

  • İş icazəsi almaq üçün ilkin hüquqi konsultasiya
  • Sənədlərin düzgün hazırlanması və tərcüməsi
  • Dövlət rüsumlarının hesablanması və ödənilməsində dəstək
  • DMX portalı üzərindən elektron müraciət
  • Prosesin sonunadək izlənməsi və nəticənin əldə olunması
  • Ehtiyac olduqda iş icazəsinin uzadılması və ya dəyişdirilməsi

Proses necə aparılır?

  • Əlaqə və ilkin qiymətləndirmə
  • Sənədlərin toplanması və tərcüməsi (zəruri hallarda notarial təsdiqlə)
  • DMX sisteminə onlayn müraciət və e-imza ilə təsdiq
  • Prosesin izlənməsi və nəticənin rəsmi təqdimatı
  • Orta müddət: 20-30 iş günü

Niyə məhz Accounting.Az MMC?

  • 10 ildən artıq təcrübə – hüquqi və maliyyə sənədləşmədə ixtisaslaşmışıq
  • 100+ uğurlu iş icazəsi almaq üçün müraciət – real nəticələrimiz var
  • Əmək, miqrasiya və vergi sahələrini birgə əhatə edən yanaşma
  • Tam məxfilik və qanunvericiliyə uyğunluq

Xidmətin dəyəri

İş icazəsinin alınması üzrə xidmətin qiyməti müraciətin mürəkkəbliyindən və şəxsin ixtisasından asılı olaraq fərdi şəkildə hesablanır. Əlaqə saxlayaraq ödənişsiz ilkin konsultasiya ala bilərsiniz.

Ən çox verilən suallar (FAQ)

  1. İş icazəsi olmadan işçi qəbul etsəm nə baş verir?
    – Qanunsuz əmək münasibətləri müəyyən olunarsa, inzibati cərimə və vergi sanksiyaları tətbiq olunur.
  2. İş icazəsi neçə müddətə verilir?
    – Adətən 1 illik olur. Zərurət olduqda müddət uzadıla bilər.
  3. E-imza olmadan göstərilə bilərmi?
    – Xeyr. E-imza mütləq tələb olunur. Biz e-imza əldə etməkdə də sizə yardım edirik.

DMX ilə sənədləşmə, e-imza və elektron hökumət portalları ilə işləməkdə çətinlik çəkirsiniz?
Accounting.Az MMC bu texniki məsələləri sizin yerinizə həll edir – siz isə biznesinizə fokuslanırsınız.

whatsapp