Azərbaycanda audit şirkətləri: audit xidmətləri, hüquqi çərçivə

Azərbaycanda audit şirkətlərinin təklif etdiyi audit xidmətlər
Ümumi

Azərbaycanda audit şirkətləri bizneslərin şəffaf fəaliyyət göstərməsi və maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun hazırlanması üçün mühüm rol oynayır. Həm iri korporasiyalar, həm də kiçik və orta sahibkarlıq subyektləri (KOB-lar) üçün audit xidmətləri zəruridir. Bu məqalədə audit, audit şirkətləri, onların təqdim etdiyi xidmətlər haqqında danışacağıq.

Audit nədir və nə üçün vacibdir?

Audit – uçotun düzgün aparılmasının qiymətləndirilməsi, maliyyə hesabatlarının və mühasibat sənədlərinin müstəqil və obyektiv yoxlanılması prosesidir. Onun əsas məqsədi, müəssisənin maliyyə hesabatlarının beynəlxalq və milli standartlara uyğun olub-olmadığın müəyyənləşdirməkdir. Yoxlama müəssisənin öz mütəxəsisləri yaxud kənar şirkətlər, habelə müstəqil auditorlar tərəfindən aparıla bilər. Audit yoxlaması vasitəsilə maliyyə şəffaflığı artırılır, risklər aşkarlanır və investorlara etibarlı məlumat təqdim olunur.

Azərbaycanda audit şirkətlərinin, müstəqil auditorların sayı və keyfiyyəti ildən-ilə artır. Onların təklif etdiyi audit xidmətləri aşağıdakı məqsədlərə xidmət edir:

  • qanunvericiliyə uyğunluğun təmin olunması;
  • vergi öhdəliklərinin düzgün hesablanması;
  • səhmdar və investor maraqlarının qorunması;
  • kredit və investisiya qərarlarında risklərin qiymətləndirilməsi;
  • daxili nəzarətin gücləndirilməsi.

Biz bu məqalədə audit şirkətlərindən bəhs edəcəyik, amma qeyd edəcəklərimizi müstəqil audiorlara da aid etmək olar.

Azərbaycanda audit şirkətlərinin fəaliyyəti necə tənzimlənir?

Tənzimləmə “Auditor fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun aparılır. Bu qanun auditin prinsiplərini, lisenziya şərtlərini, peşəkar etika normalarını və audit hesabatlarının formalarını müəyyən edir. Audit xidməti təklif edən şirkətlər bu qanunun tələblərini nəzərə almalıdırlar.

Audit fəaliyyəti həmçinin aşağıdakı institutlar tərəfindən nəzarətdə saxlanılır:

  • Azərbaycan Respublikası auditorlar palatası;
  • Vergi orqanları və Maliyyə Nazirliyi;
  • Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı və sair.

Lisenziyasız audit fəaliyyəti mümkündür?

Qeyd etdiyimiz kimi Azərbaycanda audit şirkətləri mövcud qanunvericilik əsasında fəaliyyət göstərir. Ümumiyyətlə, audit fəaliyyəti hüquqi baxımdan lisenziyalı fəaliyyət növüdür. Bu, o deməkdir ki, auditor və ya audit şirkəti müvafiq icazə (lisenziya) olmadan audit xidmətləri göstərə bilməz. “Auditor fəaliyyəti haqqında” AR Qanuna əsasən:

    • auditor yalnız auditorlar palatası tərəfindən keçirilən ixtisas imtahanından keçdikdən sonra lisenziya ala bilər;
    • Azərbaycanda audit şirkətləri isə yalnız lisenziyalı auditorların iştirakı ilə formalaşdırılmış və qeydiyyatdan keçmiş hüquqi şəxslər ola bilər.

Lisenziyanın əhəmiyyəti nədən ibarətdir?

  1. Hüquqi əsas və etibarlılıq: lisenziyası olan auditor qanunla tanınmış, etibarlı peşəkar sayılır. Onun verdiyi rəy dövlət orqanları və məhkəmələr tərəfindən qəbul edilir;
  2. Peşə etikası və nəzarət: lisenziyası olan auditor Auditorlar Palatasının peşə etikasına və davranış qaydalarına tabedir. Onların fəaliyyətinə daimi nəzarət həyata keçirilir;
  3. Keyfiyyətin təminatı: Lisenziya təkcə hüquqi sənəd deyil, həm də auditorun ixtisas və bacarıqlarının sübutudur. Bu isə müştəri üçün onlara təqdim edilən audit xidmətlərinin keyfiyyətinə zəmanətdir;
  4. Rəsmi hesabatların qəbul olunması: Lisenziyasız şəxs tərəfindən hazırlanmış audit hesabatı rəsmi sənəd kimi qəbul edilmir və hüquqi qüvvəyə malik olmur.

Auditin növləri

Azırbaycanda audit şirkətləri bir neçə əsas istiqamətdə fəaliyyət göstərir. Nümunə kimi aşağıdakıları göstərmək olar:

  1. Maliyyə auditi – maliyyə hesabatlarının düzgünlüyünü qiymətləndirir.
  2. Daxili audit – müəssisənin daxili nəzarət sistemini təhlil edir.
  3. Vergi auditi – vergi qanunvericiliyinə uyğunluq baxımından sənədlər yoxlanılır.
  4. Uyğunluq auditi (compliance audit) – müəyyən standart və qaydalara riayət olunmasın yoxlayır.
  5. Fəaliyyət auditi (operational audit) – resurslardan istifadə səmərəliliyin qiymətləndirir.

Nə üçün kənar audit xidmətlərinə müraciət edilir?

Əvvəla qeyd etmək lazımdır ki, daxili audit və kənar audit bir-birini tamamlayan, lakin fərqli funksiyaları olan xidmət sahələridir. Daxili auditorlar şirkətin işçiləridir və təşkilatın daxilində hesabat verir. Kənar auditorlar isə müstəqil şəxslər və ya audit şirkətləri tərəfindən aparılır və əsasən obyektivlik və tərəfsizlik prinsipi üzərində qurulub.

Biznesiniz üçün mühasibat, vergi, kadr uçotu üzrə audit xidmətlərini bizdə sifariş edin

Kənar auditin üstünlükləri

Azərbaycanda audit şirkətlərin fəaliyyəti – istər beynəlxalq, istərsə də yerli firmalar olsun – hüquqi şəffaflıq, maliyyə təhlükəsizliyi və idarəetmə səmərəliliyi baxımından mühüm əhəmiyyət kəsb edir. Onların təqdim etdiyi audit xidmətlərinin bir sıra üstünlükləri vardır, məsələn:

  • obyektivlik və neytrallıq – kənar auditorlar müəssisənin strukturunda yer almadığı üçün onların verdiyi rəy daha obyektiv və etibarlı sayılır; onlar heç bir daxili təzyiq və ya maraqdan asılı olmadan qiymətləndirmə aparır;
  • investor və tərəfdaşlar üçün etibarlılıq – kənar auditor tərəfindən təsdiq olunmuş maliyyə hesabatları banklar, investorlar, tender təşkilatçıları və dövlət orqanları tərəfindən etibarlı və şəffaf sənəd kimi qəbul olunur;
  • maliyyə şəffaflığı və qanunlara uyğunluq – müstəqil auditorlar müəssisənin qanunvericiliyə, vergi və maliyyə uçotu standartlarına uyğun fəaliyyətini yoxlayaraq müəssisənin cərimə risklərini azaldır;
  • daxili nəzarət sisteminin inkişafı – kənar audit şirkətləri daxili nəzarət sistemindəki boşluqları və riskli sahələri aşkarlayaraq təkmilləşmə təklifləri verərək gələcəkdə menecment keyfiyyətinin artırılmasına kömək edirlər;
  • ixtisaslaşmış ekspertiza – kənar audit şirkətləri müxtəlif sahələr üzrə təcrübəyə malik olduğundan, müəssisəyə sahəyə uyğun spesifik və yüksək keyfiyyətli audit xidmətləri təklif edə bilir.

Auditorlar hansı xidmətləri təklif edir?

Azərbaycana audit şirkətlərinin təklif etdiyi əsas xidmətlər bunlardır:

  • maliyyə hesabatlarının auditi;
  • daxili audit və risklərin qiymətləndirilməsi;
  • vergi auditi və planlaşdırma;
  • mühasibat uçotunun yoxlanılması;
  • korporativ idarəetmənin təkmilləşdirilməsi;
  • beynəlxalq maliyyə hesabatı standartlarına uyğunluq;
  • təlim və məsləhət xidmətləri.

Beləliklə, audit xidmətləri müasir biznesin ayrılmaz tərkib hissəsidir. Yuxarıda sadalanan məlumatlar Azərbaycanda audit şirkətləri arasından daha uyğununu seçməkdə əhəmiyyətli bələdçi ola bilər.

whatsapp