Qlobal iqtisadiyyatın çevik və rəqabətədavamlı strukturuna uyğunlaşmaq istəyən şirkətlər insan resursları idarəçiliyində innovativ yanaşmalara üstünlük verirlər. Bu yanaşmaların başında isə autsorsinq və autstaffinq (outsourcing, outstaffing) modelləri dayanır. Azərbaycanda outsoursinq xidmətləri, habelə outstaffing, xüsusilə son illərdə, sürətlə aktuallaşmağa başlayıb.
Autsorsinq – bir şirkətin müəyyən funksiyalarını və ya proseslərini kənar, ixtisaslaşmış şirkətə həvalə etməsi prosesidir. Məsələn, mühasibat uçotu, İT dəstəyi, kadr idarəçiliyi və tərcümə xidmətləri kimi fəaliyyətlər autsorsinq vasitəsilə yerinə yetirilə bilər. Onun bir sıra üstünlükləri vardır, məsələn:
Autstaffinq — işçi heyətinin rəsmi olaraq başqa şirkətin (autstaffing şirkətinin) əməkdaşı olması, lakin faktiki olaraq sifarişçi şirkətin nəzarəti altında işləməsidir. Başqa sözlə, işçi heyəti “icarəyə” götürülür. Autstaffinqin məqsədi və üstünlükləri:
Autsorsinq və autstaffinq anlayışları Azərbaycanda nisbətən yendir, son 20 ildə inkişaf edib.
Azərbaycanda autsourcinq sahəsi əsasən aşağıdakı istiqamətlərdə inkişaf edir:
Xüsusilə mühasibat uçotu və İT xidmətləri bazarı sürətlə genişlənməkdədir.
Autsourcinq anlayışı ilk dəfə 20-ci əsrin ortalarında, əsasən istehsalat sektorunda istifadə olunmağa başladı. Şirkətlər əsas olmayan fəaliyyət sahələrini (məsələn, logistik xidmətlər və sadə texniki işlər) kənar tərəfdaşlara həvalə edərək daha çevik və səmərəli fəaliyyət göstərməyə çalışırdılar. Xüsusilə 2010-cu ildən sonra beynəlxalq biznes standartlarının tətbiqi (məsələn, IFRS, ISO sertifikatları) yerli şirkətlərin Azərbaycanda outsoursinq xidmətlərinə marağını artırdı.
Respublikamızda bu konsepsiya əsasən 2000-ci illərin ortalarından etibarən genişlənməyə başladı. İlk olaraq mühasibat autsourcinqi inkişaf etdi, habelə hüquqi xidmətlər sahəsində istifadə olundu. Son illərdə Azərbaycanda autsorsinq və autstaffinq İT, insan resursları və marketinq sektorunda da dinamik şəkildə inkişaf edir.
Autsorsinq əsaslı mühasibat xidmətindən faydalanmaq üçün Accounting.az saytına daxil olun və maliyyə idarəçiliyində peşəkarlığa ilk addımı atın.
– Böyük şirkətlər mühasibatlıq, texniki xidmətlər kimi sahələrdə işçilərin müvəqqəti olaraq üçüncü tərəf şirkətlərdən cəlb etməyə başlayır.
– ABŞ və Böyük Britaniyada müvəqqəti işçi verən kimi tanınan agentliklər (temp agencies) autstaffinqin ilkin forması sayılır.
– Texnologiya şirkətləri və layihə əsaslı iş aparan firmalar layihə müddətində işçi cəlb etmək üçün outstaffingə bənzər yanaşmalardan istifadə edir.
– Bu dövrdə əsas məqsəd xərclərin optimallaşdırılması, vergilərdən qanuni yolla yayınma
– İnternetin yayılması şirkətlərə beynəlxalq səviyyədə mütəxəssis cəlb etmək imkanı yaradır
– Hindistan, Filippin və Şərqi Avropa kimi ölkələrdə İT outstaffing bazarı inkişaf etməyə başlayır;
– Bu dövrdə artıq outstaffing fərqli bir model kimi outsourcingdən ayrılaraq xidmət yox, insan resurslarının təqdimatı formasında dərk olunur.
– 2000-ci illərin əvvəllərində ABŞ, Almaniya və digər Qərb ölkələri İT və proqram təminatı üzrə autstaffinqdən geniş istifadə etməyə başlayır
– Freelancer və uzaqdan iş platformalarının inkişafı ilə autstaffinq daha rəqabətli və əlçatan olur.
– Şirkətlər daimi işçi saxlamadan işçi resursları cəlb etməklə əlavə xərclərdən qaçırlar (sosial sığorta, təlim, iş şəraiti və s.).
Bu axırıncı dövr həm də Azərbaycanda outsoursinq xidmətlərinin inkişafı ilə də xarakterikdir.
– COVID-19 pandemiyası autstaffinqə tələbatı kəskin şəkildə artırdı.
– Uzaqdan iş və qlobal işçi bazarı anlayışı normallaşdı.
– Avropa və ABŞ-da qanunvericilikdə dəyişikliklər nəticəsində autstaffinqin hüquqi əsasları daha dəqiq tənzimlənməyə başladı.
Meyar | Autsorsinq | Autstaffinq |
İdarəetmə | Xidmət autsors şirkəti tərəfindən idarə olunur | İşçi sifarişçi şirkət tərəfindən idarə olunur |
Hüquqi münasibətlər | Xidmət müqaviləsi əsaslı | İşçi ilə autstaff şirkət arasında əmək müqaviləsi |
Əsas məqsəd | Funksiya və proseslərin ötürülməsi | İşçi resursunun icarəsi |
Uyğun sahələr | İT, mühasibatlıq, texniki dəstək və s. | Layihə əsaslı işlər, müvəqqəti işçi ehtiyacı |
Azərbaycanda bu modellər əsasən korporativ sektor, maliyyə qurumları, xarici şirkət filialları, startaplar və layihə yönümlü təşkilatlar arasında yayılmışdır. Xüsusilə son illərdə freelance və müvəqqəti işçi bazarı genişləndikcə autstaffinq daha aktual hala gəlmişdir.
Hüquqi baxımdan, autsorsinq müqavilələri mülki müqavilə (xidmət müqaviləsi) formasında tərtib olunur. Tənzimləmələr Əmək Mcəlləsi, Mülki Məcəllə çərçivəsində həyata keçirilir. Bu zaman GDPR (Ümumi Məlumat Qoruma Tənzimləməsi), habelə məlumat təhlükəsizliyinə dair yerli qanunvericilik normalarının (məsələn, “Kommersiya sirri haqqında” AR Qanunun) tələbləri nəzərə alınır.
Autstaffinq isə əmək hüququ ilə bağlı daha çox məsuliyyət daşıyır və əmək qanunvericiliyinə uyğun təşkil edilməlidir. Bu zaman işçinin bütün hüquqları rəsmi işəgötürən – autstaffing şirkəti tərəfindən təmin olunmalıdır.
Azərbaycanda outsoursinq xidmətlərinin və autstaffinqin tətbiqində, hər bir işdə olduğu kimi, müəyyən şətinliklər və risklər vardır, məsələn:
Biznesiniz üçün peşəkar autsorsinq xidmətləri axtarırsınız? Xidməti indi sifariş et. Peşəkar komanda, tam gizlilik və vaxtınıza qənaət – Accounting.az ilə!
Bundan başqa formalaşmaqda olan trend və perspektivlər də Azərbaycanda outsoursinq xidmətlərinə tələbi artırır. Belə təsirləri nümunə kimi bunları göstərə bilərik:
Yaşıl outsourcing — müəssisənin müəyyən fəaliyyətlərini (istehsal, logistika, İT xidmətləri və s.) ekoloji baxımdan məsuliyyətli tərəfdaşlara həvalə etməsi prosesidir. Burada əsas məqsəd həm xərclərə qənaət etmək, həm də ətraf mühitin qorunmasına töhfə verməkdir. Davamlılıq prinsipləri — iqtisadi fəaliyyətlərin uzunmüddətli sosial, iqtisadi və ekoloji tarazlıq yaratmasına yönəlmiş yanaşmalardır. |
Azərbaycanda outsoursinq xidmətləri üçün geniş potensial mövcuddur və aşağıdakı şərtlər buna əlavə impuls verir:
Əlavə olaraq, yeni texnologiyaların tətbiqi (AI, Big Data, Cloud Services) bu bazarda innovativ xidmət sahələrinin yaranmasına şərait yaradır.
Azərbaycanda autstaffing modelinin inkişaf perspektivləri müəyyən şərtlər daxilində mövcuddur:
Autsorsinq və autstaffinq Azərbaycanda bizneslərin səmərəli fəaliyyət göstərməsi üçün mühüm vasitələrdir. Bununla belə, bu xidmətləri seçərkən hüquqi çərçivəyə uyğunluq, müqavilə şərtlərinin şəffaflığı və tərəfdaş şirkətin etibarlılığı əsas meyarlar olmalıdır. Azərbaycanda outsoursinq xidmətlərinin düzgün tətbiqi, habelə autstaffinqdən düzgün istifadə şirkətləri, xüsusən də İT, mühasibatlıq və HR sahələrində, daha çevik və dayanıqlı edə bilər.