Mühasibat autsorsinqi: mühasibatlığa daha az xərc çəkin

Mühasibat autsorsinqi accounting.az
Ekspert yazıları

Müəllif: Cəmil Əsədov – redaktor/Zərdab PL – müəllim

Mühasibat uçotunun autsorsinqi nədir?

Bu gün əksər şirkətlərin mühasibat uçotu xidmətlərinə ehtiyacı var. Beynəlxalq bazarda, o cümlədən Azərbaycanda mühasibat xidmətləri təklif edən şirkətlərin sayı durmadan artır. Autsorsinq sxemi ilə fəaliyyət göstərən belə şirkətlər, biznes subyektlərinə mühasibləri işə götürmədən, onlara müntəzəm ödəniş etmədən uçot işlərini aparmaq imkanı yaradır. Bir çox hallarda öz mühasibatlığına malik şirkətlər də onların xidmətlərindən faydalanır. 

Bu məqalədə baş mühasiblərə, menecerlərə Bakıda mühasibat autsorsinqi çərçivəsində təklif edilən xidmətlər barədə müəyyən məlumatlar verəcəyik.

Mühasibat xidmətləri autsorsinqi – elə əməkdaşlıq formasıdır ki, bu zaman ixtisaslaşdırılmış tərəfdaş şirkət mühasibat uçotunun təşkili, mühasibatlığın aparılması, hesabatların müvafiq orqanlara təqdim edilməsi, həmçinin mühasibat, vergi uçotu üzrə digər funksiyaları öz üzərinə götürür.

Mühasibatlıqda autsorsinq xidmətinə nələr daxildir?

  • ilkin sənədlərlə iş;
  • bütün zəruri vergilərin hesablanması;
  • hesabatların hazırlanması, təqdim edilməsi;
  • dövlət orqanları tərəfindən iddiaların olmamasına nəzarət;
  • müştərinin işəgötürən kimi müdafiəsi;
  • mühasibat uçotu sahələrinin aparılması (maaşların hesablanması, kadr uçotu, kassa əməliyyatları, avans hesabatları, digərləri);
  • biznesinizin ehtiyac və xüsusiyyətindən asılı olaraq digər işlər.

Mühasibat uçotunun autsorsinqi kimə uyğundur?

Autsorsinq çərçivəsində mühasibat xidmətlərinin istifadəçilərinin ön sırasında:

  • əsas fəaliyyətin qurulması, onun inkişafına fokuslanmaq istəyən şirkətlərin;
  • spesifik vergi və mühasibat uçotu aparan müəssisələrin adını çəkmək olar.  

Belə müəssisəlilərə:

  • startapları;
  • mikro, kiçik və orta sahibkarlıq subyektlərini;
  • xarici şirkətləri;
  • holdinq qurumlarını aid etmək olar.  
  • Startaplara       

Öz biznesinə başlayan sahibkarlar çox vaxt şirkətin davamlı əməliyyat fəaliyyəti üçün zəruri olan resursları, məsrəfləri (məsələn əmək haqqı üzrə xərcləri) düzgün qiymətləndirmirlər. Əsas fəaliyyət istiqamətinə aid olmayan mühasibat və vergi uçotu funksiyalarının icrası, vergi bəyannamələrinin verilməsi onlardan xeyli  qüvvə, əlavə vaxt apara bilər. 

Mühasibat uçotunun autsorsinqi sizi keyfiyyətli, səmərəli mühasibat uçotu ilə təmin edir, resurslarınızı şirkətin inkişafına yönəltməyə imkan verir.

  • Mikro, kiçik və orta sahibkarlıq subyektlərinə        

Mikro sahibkarlıq subyektləri, o cümlədən fərdi sahibkarlar üçün mühasibat uçotunun autsorsinqi yeganə düzgün həll yoludur, çünki həyata keçirilən əməliyyatların sayının az olması səbəbindən ştatda olan mühasibin tam şəkildə yüklənməsi çətin olacaq, mühasibatlığın rəhbər şəxs tərəfindən aparılması isə – onun öz biznesinin inkişafından yayınması deməkdir.    

Elə görünə bilər ki, belə şirkətlərdə mühasibat uçotunu qurmaq və aparmaq heç də çətin deyil, amma, unutmamalıyıq ki, qanunvericilik müntəzəm dəyişir. Dəyişiklikləri diqqətdə saxlamaq, uçot prosesini təşkil etmək, hesabatları hazırlamaq, vergiləri hesablayıb ödəmək, vergi yoxlamaları kifayət qədər əmək məsrəflərinə səbəb olur.  

Kiçik və orta müəssisələrdə mühasibat uçotunun autsorsinqindən səmərəliliyin yüksəltmək, peşəkarların cəlb edilməsi üçün istifadə edilir.  

  • Xarici şirkətlərə

Mühasibat uçotunun autsorsinqə həvalə olunmasının pionerləri xarici firmalar olublar. Biznes fəaliyyətinin qeyri-profil funksiyalarını ayırmaq, onları ixtisaslaşmış firmalara həvalə etmək xaricdə çoxdan adət halını alıb.   

Autsorsinq xarici şirkətlərə Azərbaycanda törəmə müəssisələrin təşkili zamanı, mühasibat və vergi uçotunun aparılmasın peşəkarlara ötürməyə imkan verir. Bu onları yerli biznes-proseslərdə tətbiq edilən uçotun incəciklərindən, spesifikliyindən müstəqil şəkildə baş çıxarmaqdan azad edir. Həmçinin hər bir ölkə üçün özəl xüsusiyyətlərə malik sahibkarlığın qeydiyyatı, miqrasiya xidmətlərinin autsorsinqə verilməsi, bu məsələlilərin operativ həllinə kömək edə bilər.    

  • Holdinqlərə

Mühasibatlıq şirkətlərinin müştəriləri arasında çoxlu holdinqlər vardır. İri holdinq strukturları bütün mühasibat uçotunu deyil, onun ayrı-ayrı bölmələrini autsorsinqə həvalə edirlər. Bu doğru seçimdir, belə ki, istənilən mühasibatlıqda yüksək ixtisaslı mütəxəssis bilikləri tələb etməyən, amma çoxlu vaxt və qüvvə aparan sahələr vardır, məsələn mühasibat kargüzarlığı. Belə sahələri autsorsinqə həvalə etməklə onlar, ifrastruktura qənaət edir, əməliyyat xərclərini azaldırlar.

  • Spesifik fəaliyyətlə məşğul olan şirkətlərə        

Əgər şirkətin uçotu hər hansı spesifik fəaliyyət (məsələn, yükdaşımalar, vasitəçilik, lizinq, qida istehsalı), yaxud amillərlə bağlı  (xarici iqtisadi fəaliyyət, qeyri-standart vergilər – torpaq, su, aksizlər) mürəkkəbləşirsə, həmin sahələri peşəkara həvalə etməsi daha faydalıdır.    

Autsorsinqin üstünlükləri

  • Qənaət 

Autsorsinq, mühasibatlıq xərclərini təxminən 30% – ə qədər azaltmağa imkan verir. Təcrübə göstərir ki, mühasibat uçotunun autsorsiqinin dəyəri tam ştatlı mühasibat işçilərinin saxlanmasından daha ucuz başa gəlir.

Mühasibat uçotunu autsorsinqə ötürməklə siz təkcə əməkdaşların ştatını ixtisar etmək hesabına deyil, həm də mühasibin səhvləri üzündən şirkətin məruz qaldığı cərimələr, artıq ödənişlər kimi pul itkilərinin qarşısının alınması sayəsində də qənaət etmiş olursunuz.

  • Əməliyyat səmərəliliyi

Mühasibat xidmətlərinin autsorsinqi – bu, bir mühasibin deyil, yüksək ixtisaslı əməkdaşların bütöv bir heyətinin yaxşı əlaqələndirilmiş işidir. Bir qiymətə siz baş mühasib, əməkhaqqı üzrə mühasib, hüquqşünas, kadrlar üzrə məsul işçi və digər mütəxəssislərin xidmətlərindən yararlana bilərsiniz. Muhasibat uçotunun bütün sahələrinə kifayət qədər diqqət yetirilir, bu da vergi risklərini əhəmiyyətli dərəcədə azaldır. 

  • Mühasibatlıqda kadr məsələlərinin həlli

Mühasibatlığın ayrı-ayrı sahələrinin autsorsinqə verilməsi, ştatlı mühasibdən, onun işdən gözlənilməz gedişindən yaxud xəstəliyindən asılılığını azaltmağa imkan verir. 

  • Mühasibat uçotunun keyfiyyəti

Mühasibat şirkəti üçün muhasibat uçotunun aparılması onun əsas funksiyasıdır. Müştərilərə keyfiyyətli xidmət həyata keçirmək asan məsələ deyil. Buna görə, keyfiyyətə yalnız bizimki tək  böyük autsorsing şirkətləri zəmanət verə bilər.

  • Zəmanət

Mühasibat xidmətlərinin hər hansı sahəsinin autsorsinqə verilməsi zamanı muhasibat xidməti üzrə müqavilə bağlanarkən, hesabatlılıqda keyfiyyətə, nəzarət orqanları tərəfindən mümkün iradlara görə cavabdehlik, məsuliyyət autsorsinq şirkətinin üzərinə düşür.  

“Accounting.Az” konsaltinq şirkəti Bakıda mühasibat autsorsinqi bazarında müxtəlif xidmətlər təklif edir. Biz həmçinin sizin əməkdaşların peşə səriştələrinin təkminləşdirilməsi üçün təlimlər də təşkil edə bilərik. Bizim xidmətlər sizə sizə ştatlı mütəxəssislərdən daha ucuz başa gələcək. 

whatsapp