Audit xidmətinin təşkili: məcburi audit

Ümumi

Müasir dövrdə iqtisadi proseslərin şəffaf və etibarlı şəkildə idarə olunması zərurəti audit xidmətlərinin əhəmiyyətini artırıb. Audit, mühasibat və maliyyə hesabatlarının düzgün aparılmasın yoxlamaqla yanaşı, həm də iqtisadi subyektlərinin fəaliyyətini obyektiv qiymətləndirmə imkanı yaradır. Məcburi audit isə bu xidmətin qanunla tənzimlənən və müəyyən təşkilatlar üçün məcburi tətbiq olunan formasıdır.

Bizim bu məqalə audit xidmətinin təşkili və xüsusilə mecburi auditin hüquqi, iqtisadi və praktiki aspektlərinin şərhinə həsr olunub.

Audit anlayışı və tarixi inkişaf

Audit sözü latınca “audire” — “eşitmək” sözündən gəlir. Tarixi mənbələrə görə audit praktikası ilk dəfə eramızdan əvvəl Roma imperiyasında tətbiq olunub. Müasir anlamda audit xidmətlərinin təşkili XIX əsrin sonlarından başlayaraq inkişaf edib.

İlk peşəkar auditor birlikləri İngiltərədə və ABŞ-da yaranmış və audit standartları formalaşdırılmışdır. Azərbaycanda isə audit fəaliyyəti qanunvericiliklə tənzimlənməyə müstəqillikdən sonra başlanıb. Hazırda respublikamızda tənzimləmələr  “Auditor xidməti haqqında” AR Qanun  əsasında aparılır. Qanunda audit anlayışı, audit xidmətlərinin əhatəsi,, könüllü və məcburi auditin keçirildiyi hallar, ümumiyyətlə bu xidmət üzrə digər tənzimləmələr öz əksini tapıb.

Audit xidmətinin təsnifatı

Tətbiq edilən meyarlardan asılı olaraq müxtəlif təsnifata rast gəlmək olar. Təşkil edilmə formasına görə auditi aşağıdakı şəkildə təsnif etmək olar:

Audit növü Təsviri
Daxili audit Müəssisənin özündə fəaliyyət göstərən, daxili nəzarəti gücləndirən auditdir.
Xarici audit Müstəqil audit təşkilatı tərəfindən aparılır.
Uyğunluq auditi Müəssisənin qanunvericiliyə və daxili qaydalara uyğun fəaliyyətini yoxlayır
Əməliyyat auditi Effektivlik, qənaət və məhsuldarlığın təhlili məqsədilə həyata keçirilir.

Mecburi audit, əslində xarici auditin alt növü kimi çıxış edir və hüquqi tələblərə əsasən həyata keçirilir. Ondan yayınmaya görə günahkar şəxslər İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb olunur. 2025-ci ildə həmin maddə ilə tətbiq edilən cərimə məbləği fiziki şəxslər üç yüz manatdan altı yüz manatadək, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatdır.

Məcburi auditlə yanaşı, müəssisənin öz təşəbbüsü ilə könüllü audit də keçirilə bilər. Bu zaman müəssisənin mütəxəssisləri (daxili audit) yaxud kənar auditorların yoxlamaya cəlb edilir.

Audit xidmətinin təşkili. Mecburi audit

Uçotda olan mümkün səhvləri vaxtında düzədib maliyyə itkisinin qarşısını almaq üçün mühasibat auditini bizdə sifariş edin!

Audit xidmətinin təşkili: mərhələlər və prinsiplər

  1. Planlaşdırma mərhələsi – bu mərhələdə auditor müəssisə barədə ilkin məlumat toplayır, yoxlanılacaq sahələri müəyyən edir və riskləri qiymətləndirir. Audit planı və proqramı hazırlanır.
  2. Sübutların toplanması – əsas mərhələdir, bu mərhələdə mühasibat sənədləri, müqavilələr, hesabatlar və digər əsaslar təhlil edilir. Auditor maddi sübutlara əsaslanaraq fikir formalaşdırır.
  3. Təhlil, nəticə, risklərin qiymətləndirilməsi – toplanan məlumatlar əsasında təhlil aparılır. Risklər, uyğunsuzluqlar və tövsiyələr sənədləşdirilir.
  4. Hesabatının hazırlanması – yoxlamanın yekununda obyektiv və əsaslandırılmış audit rəyi təqdim olunur (müsbət, şərtli, mənfi və ya rəydən imtina formasında).

Audit prosesində peşəkarlıq və obyektivlik, müstəqillik, gizlilik, peşə etikası kimi əsas prinsip və standartlara əməl edilməlidir. Bu prinsiplər IFAC INTOSAI kimi beynəlxalq qurumların standartlarına uyğundur.

Məcburi auditin hüquqi əsasları

Azərbaycan qanunvericiliyində mecburi auditə cəlb edilən təsərrüfat subyektlərinin tərkibi AR Mülki Məcəlləsinin 91.4, “Auditor xidməti haqqında” qanunun 2-ci maddəsi, habelə Nazirlər Kabinetinin qəbul etdiyi normativ aktlarla tənzimlənir.  Bu siyahıya aşağıdakılar aiddir

  • Açıq səhmdar cəmiyyətləri (ASC)
  • Banklar, kredit təşkilatları və sığorta şirkətləri
  • İllik gəliri və ya işçi sayı müəyyən hədləri keçən MMC-lər
  • Xarici sərmayəli müəssisələr
  • Dövlət sifarişi alan təşkilatlar

Məcburi audit xidmətinin təşkili ilə bağlı beynəlxalq hüquqi praktikadan aşağıdakı nümunələri göstərə bilərik:

  • ABŞ: Sarbanes-Oxley Qanunu ilə ictimai şirkətlərə məcburi audit tələbi qoyulmuşdur.
  • Avropa İttifaqı: Audit Direktivi ilə ictimai maraq doğuran müəssisələr üçün məcburi audit tətbiq olunur.
  • Türkiyə: KGK tərəfindən tənzimlənən audit sistemi vasitəsilə müəssisələrin audit hesabatı təqdim etməsi icbaridir.
Accounting.Az konsaltinq şirkəti Azərbaycanda audit xidmətinin təşkili üzrə xidmətlər təklif edir.
Şirkət Məsləhətçi və Mühasibat Firmaları Assosiasiyası “PrimeGlobal”-ın üzvüdür. “PrimeGlobal” mühasibat, biznes, vergi məsləhətçiliyi sahəsində fəaliyyət göstərən 112 ölkədən 300-dən çox firmanı özündə birləşdirir.
Rahat, sərfəli və keyfiyyətli audit xidmətləri axtarırsınız? Bizim xidmətlər sizin üçündür!

Audit şirkətinin seçilməsi

Audit xidmətini həyata keçirəcək şirkətin seçimi zamanı aşağıdaklara diqqət etmək lazımdır:

  • lisenziyanın mövcudluğu;
  • auditorların peşəkarlıq səviyyəsi;
  • əvvəlki layihələr və müştəri rəyləri;
  • etik davranış kodeksi və müstəqillik prinsipi.

Audit müqaviləsinin bağlanması

İstər könüllü istərsə də mecburi audit xidmətinin təşkili üçün cəlb edilmiş.kənar auditorla (fiziki və hüquqi şəxslə) müvafiq müqavilə bağlanmalı və orada aşağıdakı məsələlər öz əksini tapmalıdır:

  • audit müddəti;
  • xidmətin dəyəri;
  • təqdim olunacaq sənədlər və məlumatlar;
  • gizlililik şərtləri.

Peşəkar auditorun funksiyaları

Peşəkar auditor aşağıdakı funksiyaları yerinə yetirir:

  • maliyyə hesabatlarının analizi;
  • risklərin müəyyənləşdirilməsi;
  • uçot əməliyyatlarının normativ hüquqi aktlara uyğunluğu;
  • daxili nəzarət sisteminin qiymətləndirilməsi.

Məcburi auditin iqtisadi və sosial təsirləri

  • etimad mühiti yaradır – uçot məlumatlarının istifadəçiləri üçün şəffaflıq təmin olunur.
  • vergi intizamını artırır – vergidən yayınmaların aşkarlanması mümkündür.
  • dövlət nəzarətini asanlaşdırır – audit hesabatları dövlət orqanlarının nəzarətini daha da səmərəli edir.

Bütün bunları nəzərə alıb deyə bilərik ki, audit xidmətlərinin təşkili, xüsusilə məcburi audit ölkənin iqtisadi təhlükəsizliyi və biznes mühitinin şəffaflığı baxımından vacib alətdir. Peşəkar səviyyədə təşkil olunmuş mecburi audit xidməti dövlət və özəl sektorun inkişafına töhfə verə bilər.

whatsapp