Accounting.Az Visa ilə tərəfdaşlıq çərçivəsində Unibank əməkdaşları üçün keçirilən təlimdə çıxış edib

Ümumi

17 oktyabr 2026-cı il tarixində Unibank əməkdaşları üçün biznes kartları mövzusunda təlim təşkil olunub. Təlimdə Visa-nın Azərbaycanda mühasibat və vergi məsləhətçiliyi üzrə tərəfdaşı olan Accounting.Az şirkətinin təsisçisi və idarəedici tərəfdaşı Ramin Ramazanov çıxış edib.

Visa ilə əməkdaşlıq çərçivəsində keçirilən təlimin əsas mövzusu biznes kartlarının sahibkarlara təqdim etdiyi üstünlüklər və gündəlik iş proseslərində istifadəsi olub.

Bununla yanaşı, biznes kartları ilə aparılan əməliyyatlar zamanı yarana biləcək mühasibat və vergi məsələləri də müzakirə edilib.

Ramin Ramazanov təqdimatında Accounting.Az-ın müştərilərlə iş təcrübəsindən real nümunələr paylaşaraq biznes kartlarının sahibkarlar üçün yaratdığı imkanlardan danışıb.

Xüsusilə qeyri-iş günlərində nağd vəsaitə çıxış, gömrük ödənişlərinin operativ aparılması, təcili ehtiyat hissələri və avadanlıq alışları, əməkdaşların biznes kartlarından istifadəsi, eləcə də xarici reklam platformalarına ödənişlər kimi məsələlərə toxunulub.

Təlimdə biznes kartlarının üstünlükləri ilə yanaşı, həmin əməliyyatların düzgün sənədləşdirilməsinin əhəmiyyəti də izah edilib. Qeyd olunub ki, kartla ödənişin həyata keçirilməsi xərcin avtomatik olaraq vergi uçotunda tanınması demək deyil. Bunun üçün əməliyyatın xarakteri və müvafiq təsdiqedici sənədlər nəzərə alınmalıdır.

Təqdimatın digər mühüm mövzusu banklarla mühasiblər arasında əməkdaşlıq olub.

Ramin Ramazanov bildirib ki, mühasiblər şirkətlərin gündəlik bank əməliyyatlarında yaxından iştirak edirlər. Bu baxımdan bankların mühasiblərlə daha sıx əməkdaşlığı biznes kartlarından həm daha geniş, həm də daha düzgün istifadə olunmasına kömək edə bilər.

Təlim zamanı Accounting.Az-ın praktiki təcrübəsinə əsaslanan nümunələr vasitəsilə biznes kartlarının yalnız ödəniş vasitəsi deyil, həm də şirkətlərin gündəlik işini asanlaşdıran maliyyə aləti olduğu diqqətə çatdırılıb.

Accounting.Az Visa ilə tərəfdaşlığı çərçivəsində banklarla təcrübə mübadiləsini və biznes kartlarının düzgün istifadəsi ilə bağlı məlumatlandırma işini davam etdirir.

whatsapp
error: Content is protected !!