ACCA yeni GBS kvalifikasiyasını təqdim edir

konsaltinq xidmətləri, mühasibat uçotu xidmətləri,
Yeniliklər

ACCA (Association of Chartered Certified Public Accountants) 2022-ci ilin aprelində özünün yeni Qlobal Biznes Xidmətləri (GBS) sertifikatını təqdim edib.

Dünyada sürətlə inkişaf edən biznes konsaltinq xidmətləri, o cümlədən mühasibat uçotu xidmətləri autsorsinqinin qlobal sənayesi  bir çox maliyyə transformasiyası proqramlarının açar komponentlərindəndir.  Xidmətlərin mərkəzləşdirilməsi, şirkətlərdə maliyyə strukturlarının rəqəmsal transformasiyası Bakıda mühasibat xidmətləri autsorsinqinin də inkişafına təsirsiz ötmür.   

ACCA – İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası maliyyə sektorunda çalışan mütəxəssislərin dəyişən qlobal biznes mühitə peşəkar transformasiyası üçün sertifikatlı müxtəlif kurslar hazırlayır. Buraya təkcə mühasibat kursları deyil, biznes fəaliyyətin müxtəlif sahələrini əhatə edən kvallifikasiya  təlimləri aiddir. ACCA sertifikatı seriyasından biri onun 2022-ci ilin aprelində təqdim etdiyi Qlobal Biznes Xidmətləri (GBS) sertifikatıdır.

ACCA sertifikatı maliyyə, mühasibat və audit sahələri üzrə beynəlxalq əmək bazarının tələblərini özündə əks etdirən, peşəkar bilik, bacarıq və yeniliklər, o cümlədən işgüzar dəyər formalaşdıran kvalifikasiya hesab olunur. Əgər bu sahədə məlumat almaq istəsəniz, Azərbaycanda mühasibat uçotu xidmətləri göstərən mütəxəssislərimiz sizin ACCA kvalifikasiyası, habelə mühasibat kursları haqqında suallarınıza həvəslə cavab verər.   

Qlobal Biznes Xidmətləri (GBS -Global Business Services) biznesin təşkili modellərindən biridir, anlayış kimi qərb ölkələrində çoxdan istifadə edilsə də, azərbaycan dilli mənbələrdə az rast gəlinir. 

Faktiki olaraq ümumi xidmət mərkəzi (ÜXM) modelinin təkmil versiyası GBS, bütün qeyri-profil funksiyaların (məsələn, maliyyə, İT, satınalma, mühasibat uçotu xidmətləri) bir struktur bölməsi daxilində birləşdirilməsin nəzərdə tutur. Ehtimal edilir ki, belə yanaşma şirkətin dəstək xidmətlərinin səmərəliliyin artıracaq və onların səylərini biznes üçün əhəmiyyətli olan yekun nəticəyə nail olmağa yönəldəcək.

Biznes aləminə təqdim edilən yeni ACCA sertifikatı  dünyanın müxtəlif guşəsindən olan 50-dən çox əsas işəgötürənin tövsiyələri  əsasında hazırlanıb. Sertifikat biznesin maliyyə funksiyalarına dəyər qatan:

  • texniki bacarıqların;
  • sənaye biliklərinin;
  • işgüzarlığın;
  • analitik qabiliyyətlərinin inkişafı üçün nəzərdə tutulub.

ACCA-nın peşəkar təhsil üzrə direktoru Reza Ali deyir:

«Bizim yeni GBS sertifikatı qlobal ümumi xidmətlər sektorunda işləyın maliyyə mütəxəssislərində GBS təşkilatlarında uğurlu fəaliyyətini təmin edən vacib bilik və təcrübənin formalaşmasına xidmət edir. Sertifikat onları ümumi xidmətlər və autsorsinq biznes modeli ilə tanış edəcək, çatdırılma modelinin səmərəliliyin artırmaq məqsədi ilə maliyyə mütəxəssisinə lazım olan texniki bacarıqları, sənaye biliklərini, işgüzarlığı,  analitik bacarıqları inkişaf etdirəcək.”

ACCA sertifikatı maliyyə mütəxəssislərinə gələcəyə yönəlmiş ömürboyu təhsil həlləri təklif edən onlayn öyrənmə platforması   – ACCA Learning vasitəsilə təqdim edilir.

30 saatlıq interaktiv onlayn təlimə beş əsas modul daxildir. Təlim prosesində işçilər:

  • ən yaxşı ümumi xidmət komandalarına məxsus prinsip və təcrübələrlə tanış olur;
  • daha səmərəli prosesləri və dəyişiklikləri idarə etmək üçün bacarıq və təcrübə əldə edir;
  • innovativ texnologiyalardan istifadəni öyrənir;
  • GBS mühitində tələb olunan əsas biznes bacarıqlarını inkişaf etdirir.

Kursu uğurla başa vuran müdavimlər işgüzar mühitdə tanınan kvalifikasiya – Qlobal Biznes Xidmətləri üzrə ACCA sertifikatı alacaqlar.

Əgər sertifikatlaşma haqqında məlumatlar almaq, mühasibat, vergi, kadr uçotu sahəsində bilik və bacarıqlarınızı artırmaq istəsəniz bizə müraciət edin. Bakıda mühasibat kursları təklif edən  “Accounting.Az” konsaltinq şirkəti rahat məkanda yerləşir. 

Mənbə: https://www.accaglobal.com/vn/en/news/2022/march/gbs-certificate.html

Ünavanımız:  Cəfər Cabbarlı 44, Caspian Plaza 2. Əlaqə vasitələri: E-mail: info@accounting.az, Telefon: +99412 310 09 29  +99412 598 37 98,  WhatsApp: +99450 225 82 05

whatsapp