Qarantiyaların alınması üçün sənədlərin hazırlanması

Bank qarantiyası nədir?

Tenderlər sahibkarlığın kiçik və orta biznes (KOB) seqmentindən olan bir çox şirkətlər üçün böyük sifarişlər, xüsusən də dövlət sifarişlərini əldə etməyin yeganə yoludur. Tenderlərdə iştirak zamanı pulun dövriyyədən yayınmamasından ötrü bank qarantiyası yaxud cəlb edilmiş vəsaitlərdən istifadə etmək mümkündür.  Qarantiya bankın sənədli əməliyyatlarının bir növüdür, müştərinin üçüncü tərəf qarşısında öhdəlikləri yerinə yetirmədiyi təqdirdə, həmin borcun bank tərəfindən ödəniləcəyinə təminatdır. Qarantiyanın tender, ödəniş, icra qarantiyası, avans ödənişin geri qaytarılması qarantiyası kimi növləri var. 

Qanunla həm dövlət tenderlərində iştiraka müraciət zamanı, həm də sonradan satınalma müqaviləsini bağladıqda bank qarantiyası tələb olunur. Bu da tenderdə iştirak üçün qarantiyaların alınması xidmətinə tələbatı artırır. 

Qarantiya alınması üçün sənədlərin hazırlanması banklar tərəfindən tələb olunan sənədlərin hazırlanması və vaxtında təqdim edilməsi zəruridir. Odur ki, təcrübəli mütəxəssislərin cəlb olunması prosesdə həlledici rol oynaya bilər. 

“Accounting.Az” konsaltinq şirkətinin əməkdaşları təkcə maliyyə deyil, həm də hüquqi aspektləri yaxşı bilirlər. Bu bizə müştərinin qarantiya alınması üçün sənədlərin hazırlanması problemini hərtərəfli həll etməyə imkan verir.

Bizim autsorsinq çərçivəsində təklif etdiyimiz xidmətlərin tərkibi ilə nömrələrimizə zəng edib tanış ola bilərsiniz.

+994123100929
+994125983798  

Həmçinin, Bakıda əlverişli məkanda yerləşən ofisimizə şəxsən müraciət də edə bilərsiniz. Hər tanışlıq növbəti qarşılıqdı faydalı əməkdaşlığın əsasını qoya bilər.

Bank zəmanətini necə əldə etmək olar?

  • qarantiya verəcək bankın seçilməsi;
  • qarantiya alınması üçün sənədlərin toplanması;
  • sənədlərin təhlil üçün banka təqdim edilməsi;
  • bankın qərarı müsbət olarsa, müqavilənin bağlanması;
  • qarantiya məktubunun verilməsi.

Siz hər bir addımı sərbəst, özünüz keçə bilərsiniz: qarant-bankı təhlil edib seçin, sənədləri və çıxarışları toplayın, bankla danışıqlar aparın, zəmanəti aldıqdan sonra yoxlayın, aidiyyəti üzrə təqdim edin.  Yaxud  bizə müraciət edin.

+994502258205

Sizin sifarişiniz əsasında bizim mütəxəssislər sənədləri toplayıb yoxlayacaq, banka qarantiya müraciəti hazırlayıb təqdim edəcək.

Qarantiya alınması prosesinin ən ciddi hissəsi əlverişli şərtləri təmin edə biləcək bankın seçilməsidir. 

  • Müştərimizin imkanını, şərtlərini nəzərə alaraq bank zəmanəti verə bilən bankı seçərkən, “Accounting.Az” konsaltinq şirkətinin mütəxəssisləri ilkin olaraq maliyyə hesabatlarını, sahəvi təlimatları və digər sənədlərin öyrənilməsi əsasında şirkətin ekspress diaqnostikasını aparırlar.
  • Sonra tapşırığa uyğun bankı seçir, onun tələblərinə əsasən müraciət ərizəsi, qarantiya alınması üçün sənədlər hazırlanır.

Qarant kimi, adətən,  şirkətimizin uzun müddət əməkdaşlıq etdiyi etibarlı tərəfdaş banklardan biri seçilir. Odur ki, əməliyyatın ən çətin hissəsi, yəni danışıqlar, qərar qəbul edən şəxslər səviyyəsində aparılır. Məhz bu sıx qarşılıqlı əlaqə “Accounting.Az” konsaltinq şirkətinə müştəri üçün optimal şərtlərlə, yəni nisbətən aşağı faiz dərəcəsi yaxud daha uzun müddətə bank qarantiyası almağa imkan verir. 

+994502258205

“Accounting.Az” konsaltinq şirkəti heç vaxt qeyri-real vədlər vermir: biz təhlil zamanı riskləri, biznesin strukturunu, təhlükəsizlik parametrlərini nəzərə alırıq. Eyni zamanda, hər bir halda əlimizdən gələni etməyə çalışırıq. 

whatsapp