Vergi planlaşdırılması

Hər kəs vergi ödəyir, bizim müştərilərimiz isə ona qənaət edir

Vergi planlaşdırılması nədir?

Vergi planlaşdırması – vergi ödəmələrini qanuni yollarla, Vergi Məcəlləsinə uyğun, sizin üçün ən sərfəli şəkildə idarə etməyin bir üsuludur. Düzgün informasiyaya malik olaraq yaxud səriştəli mütəxəssis cəlb etməklə, doğru strategiya seçib, vergi, rüsum, digər məcburi ödəmələrin məbləğini azaltmaq mümkündür.

Planlama “Qanunla qadağan edilməyən hər şey qanunidir” prinsipinə əsaslanır, yəni hər bir ödəyici öz vergi öhdəliklərini azaltmaq üçün qanunla icazə verilən bütün üsullardan, o cümlədən vergi  qanunvericiliyində olan boşluqlardan istifadə etmək hüququna malikdir. Başqa sözlə desək, vergi planlaşdırılması – istənilən qanuni üsullardan, o cümlədən vergi güzəştlərindən istifadə etməklə vergi ödəmələrini azaltmağın qanuni yoludur.

Vergi planlaşdırılmasının üstünlükləri:

  • qanunvericilik çərçivəsində müəssisəyə vergi güzəştləri əldə edilməsi;
  • vergi ödəmələrinin minimuma endirilməsi;
  • müəssisənin inkişafı məqsədi ilə mənfəətin qorunması;
  • qarşılıqlı faydalı əməliyyatlar sisteminin yaradılması.

Effektiv vergi planlaşdırılmasına Azərbaycan Respublikasının Vergi Məcəlləsini, digər mövcud vergi hüququ normalarını dərindən bilmək, həmin normaların tətbiqi təcrübəsinə malik olmaqla mümkündür. Vergi və mühasibat uçotunun optimal təşkili planlamaya təsir edən vacib amillərdəndir. 

Bakıda vergi xidmətləri bazarında səriştəli ekspert axtarırsınızsa,  “Accounting.az” konsaltinq şirkətinin mütəxəssislərinə müraciət edin. Bizimlə siz qanunu pozmadan pulunuza qənaət edə bilərsiniz.

Əgər biznesinizin vergi yükünün səviyyəsinin əhəmiyyətli dərəcədə optimallaşdırılmasına nail olmaq istəyirsinizsə +99412 310 09 29  yaxud  +99412 598 37 98  nömrələrinə zəng edin.

 

Biz bunu necə edirik?

  • Görüş: İlk görüşdə sizinlə, sizin biznesinizlə, məqsəd və vəzifələrinizlə, vergi planlaşdırılması zamanı nəzərə alınmalı olan imkanlarınız, habelə vergi riskləri ilə tanış oluruq. Elə ilk görüşdə işinizlə bağlı vergiləri minimuma endirməyin mümkün yollarını göstərəcək, müddəti, gələcək işləri planlaşdırıb, xidmətin baza qiymətini müzakirə edəcəyik. Görüş tamamilə pulsuzdur.
  1. Biznesin strukturunun, maliyyə göstəricilərinin təhlili. Bu mərhələdə biznesin özünü, ona təsir edən bütün biznes prosesləri öyrənirik. Yalnız bundan sonra vergi optimallaşdırılmasının mümkün çərçivəsi layihələndirilir. 
  2. Vergi planlaşdırılması modelinin hazırlanması. Əsas nəticə, fərdi olaraq sizin biznesə görə hazırlanmış vergi optimallaşdırma sxemidir. Sxemin də daxil olduğu hesabatda Sizə sadədən mürəkkəbə, müxtəlif praktiki vergi optimallaşdırma alətləri, vergi riskləri barədə məlumatlar təqdim olunacaq. Seçim sizindir!
  3. Tətbiq. Ən mühüm, ən məsuliyyətli vəzifə seçilmiş vergi sxemini tətbiq etmək, müvafiq göstəricilərə nəzarət edib, lazım gələrsə onları dəyişdirməklə təklif olunan sxemi reallaşdırmaqdır.  Vergi planlaşdırılmasının konkret, ölçülə bilən nəticələri olmalıdır.

Məxfilik 

Biz müştərinin informasiya təhlükəsizliyi standartlarına ciddi əməl edirik. Hər bir işçi ilə ayrıca məxfilik müqaviləsi bağlanır,” İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunun tələblərinə tam əməl edilir. 

Daha ətraflı məlumat üçün WhatsApp-a  (+99450 225 82 05) yazın yaxud  “Geriyə zəng” xidmətindən istifadə edin. Sizə biz zəng edərik!

Niyə vergi planlmasını bizə həvalə etməlisiniz?

  • Çünki biz özümüz real biznesdənik: vergi optimallaşdırılması layihələri şirkətin təsisçisi, müxtəlif biznes strukturların həmtəsisçilərinin iştirakı ilə hazırlanır. Onlar vergi ekspertləri olmaqla yanaşı, biznes proseslərin mahiyyətini, vergi risklərinin tərkibini, mühasibat uçotu ilə vergi modeli arasındakı qarşılıqlı əlaqəni mükəmməl başa düşürlər. 
  • Mütəxəssislərimiz vergi orqanları ilə çoxillik qarşılıqlı iş təcrübəsinə malikdirlər, Vergi Məcəlləsinin praktik tətbiqi ilə tanışdırlar, bu da bizə vəziyyətə vergi orqanlarının gözü ilə baxmağa imkan verir. Biz mövcud bilik və təcrübədən sizin xeyrinizə necə istifadə edəcəyimizi bilirik, vergi orqanlarının tam olaraq nə axtaracağını başa düşürük.
  • Bizim vergi planlaşdırılması layihələrinə həmişə ixtisaslı mühasib-ekspertləri cəlb edilir. Mühasibat uçotunun optimallaşdırılması üzrə mütəxəssislərimiz təklif olunan həlləri sənəd dövriyyəsi, hesabatların, vergi bəyannamələrinin hazırlanmasının mürəkkəbliyi, vergi yükünün vergi qurumlarının gözləntilərinə uyğunluğu baxımından  araşdırmağı bacarırlar.
  • Öz gücümüzə əminik, təsisçilər, investorlar, vergi orqanları qarşısında yaxud məhkəmələrdə vergi sistemimizi müdafiə etmək bizim üçün şərəfdir.

Qiymətlər hər bir hal üçün fərdidir, vergi planlaşdırılması xidməti müqavilə əsasında və ona uyğun aparılır.

Sizə uyğun ünsiyyət vasitəsindən birini bizim “Əlaqə” səhifəmizdən seçin. Xidməti sifariş edin, bizim ekspertlər vergi yükünüzü qanuni yolla optimallaşdıracaq, siz artıq vergi ödəməli olmayasaqsıznız!

whatsapp