Kredit müraciətinin hazırlanması

Kredit müəssisənin maliyyələşmə mənbələrindən biridir

Müəssisə təsərrüfat fəaliyyətinin müxtəlif mərhələlərində fərqli məqsəd və vəzifələrlə üzləşir. Əksər hallarda bu məqsədlər, şirkətin yaxud sahibkarın öz vəsaitləri hesabına təmin edə bilməyəcəyi, kifayət qədər böyük maliyyə investisiyaları tələb edir. Belə vəziyyətdə seçim variantlardan biri kredit müraciətinin hazırlanması və banka təqdim edilməsidir. Bank kreditləri istənilən dövrlərdə maliyyələşmənin aktual variantlarından biri olub.    

Banka müraciət zamanı çoxlu sayda kredit sənədləri hazırlamaq lazım gəlir. Bu sənədlərin siyahısı iki rəqəmli ədədlə ifadə oluna bilər. Hər bankın kredit müraciəti üzrə tələb etdiyi sənədlərin siyahısı fərqlidir. 

Təsis və digər mövcud sənədlərin surətlərinə, bankın tələbindən aşlı olaraq, hazırlanması vacib olan müxtəlif sənədlər əlavə olunur. Bunlara:

  • sorğu anketləri;
  • kredit ərizəsi;
  • maliyyə hesabatlarının açılışı;
  • digər sənədləri nümunə göstərmək olar.

Kredit müraciətinin hazırlanması xüsusi diqqət tələb edir, çünki onların əsasında bank kreditin verilməsi, faiz dərəcəsinin məbləği, kreditin verilmə müddəti barədə qərar qəbul edir. Keyfiyyətli kredit sənədləri keyfiyyəti, həmçinin, tələblərə uyğun tərtib edilmiş müraciət müəssisənin, onun əməkdaşlarının peşəkarlıq səviyyəsindən xəbər verir. Bəzən borc alan şirkət bankın tələblərinə formal olaraq uyğun gəlmədikdə, düzgün tərtib edilmiş biznes plan, kreditin, faizlərin ödənilməsi cədvəli vəziyyəti yaxşılaşdıra bilər.

Əgər kredit müraciətinin hazırlanması, kredit almaq üçün sənədlərin tərtibinə dair suallarınız varsa “Accounting.az” konsaltinq şirkətinə müraciət edin. Bizim şirkət Bakıda mühasibat uçotu xidmətləri bazarında 10 ildən artıqdır fəaliyyət göstərir. 

Təqdim etdiyimiz  xidmətlərin çeşidi ilə  +99412 310 09 29  yaxud  +99412 598 37 98  nömrələrə zəng edib tanış ola bilərsiniz. 

Biz kredit müraciətini hazırlayıb, sizi lazımi sənədlərlə təmin edəcəyik.

Kredit alınmasına tələb olunan sənədlər

Kredit müraciətinin hazırlanması prosesinə aşağıdakılar daxildir:

  1. Müştərinin məlumatları əsasında müəssisənin maliyyə vəziyyəti haqqında sənədlərin hazırlanması, buraya aiddir;
  • müəyyən dövr üçün illik və aralıq balanslar, əlavələrlə birlikdə;
  • maliyyə hesabatlarının ayrı-ayrı maddələrinin açıqlanması (debitor-kreditor borclar, kredit və borclar, əsas vəsaitlər və s.)
  1. Kreditə olan ehtiyacın texniki-iqtisadi əsaslandırılması, biznes planının tərtib edilməsi, müəssisənin kredit ödəmə qabiliyyətinin hesablanması.

Texniki-iqtisadi əsaslandırma layihənin mümkünlüyünün sənədli təsdiqidir. Bu sənəd tələb olunan investisiyanın, habelə gözlənilən nəticənin təhlilini ehtiva edir. Texniki-iqtisadi əsaslandırma əsasında layihənin rentabelliyini analiz edilir, ona investisiya qoymağın məqsədəuyğunluğu qiymətləndirilir.

Müəssisənin biznes planı, müəssisənin məqsədlərinə çatmağı planlaşdırdığı proseslərin ətraflı təsviri olan sənəddir, başqa sözlə, biznesinizin yazılı təsviridir. Biznes plan potensial kreditorlara biznesin inkişafı ilə bağlı sizin baxışları çatdırmaq üçün istifadə olunur.

“Accounting.az” konsaltinq şirkətinin mütəxəssisləri sizin müraciət etməyi planlaşdırdığınız kredit təşkilatının tələblərinə uyğun bütün lazımi sənədləri hazırlayacaqlar.  

Kredit almaq şansınızı artırmaq istəyirsiniz? Bizə zəng edin, WhatsApp-a  (+99450 225 82 05) yazın yaxud  pulsuz “Geriyə zəng” sifariş edin. Biz sizə zəng edərik!

Kredit alınmasına bizim köməyimiz

“Accounting.az” konsaltinq şirkəti autsorsinq çərçivəsində mühasibat, maliyyə, vergi uçotunun aparılması xidmətlərini göstərən təcrübəli peşəkarlar komandasıdır. Kredit müraciəti sənədlərinin hazırlanması üçün peşəkarlara müraciət etmək sizin kredit almaq şansınızı xeyli artırır. Səriştəli mütəxəssislərimiz:

  • təsis sənədlərini, digər sənədləri öyrənir, biznesinizin xüsusiyyətlərini araşdırır; 
  • cari maliyyə vəziyyətini təhlil edir;
  • maliyyə hesabatlarının vəziyyətini yoxlayır;

 “Accounting.az”-ın əməkdaşları:

  • şirkətiniz üçün ən optimal kredit məhsulunu müəyyənləşdirir (təminatlı, nağd, faktorinq və s.);
  • seçilmiş kreditin şərtlərini araşdırır;
  • lazımi kredit sənədləri paketini hazırlayır;
  • kredit müraciətini seçilmiş banka təqdim edir;
  • bankın kredit mütəxəssisləri ilə əlaqəni təmin edirlər.

Biz, kredit aldıqdan sonra, onun mühasibat uçotunda qeydiyyatı, vergi uçotunun aparılmasında  sizə kömək edə bilərik. 

Xidmətlər üzrə qiymətlər fərdidir, işin həcminə, sərf edilən vaxta görə qarşılıqlı razılaşma əsasında müəyyən olunur. 

Saytımızın ”Əlaqə” səhifəsinə keçid alın, bizə müraciət edin, xidməti sifariş edin. Ofisimizə də gələ bilərsizniz, o Bakıda rahat məkanda yerləşir. Biz gəlişinizə şad olarıq!

whatsapp