Download

Kadr sənədlərinin auditi

Kadr sənədlərinin auditi nədir?

Kadr sənədlərinin auditi onların qanunvericiliyin normalarına uyğunluğunun yoxlanılmasından, səhvləri müəyyən edərək aradan qaldırılmasından, yanlışlıqların doğura biləcəyi mənfi nəticələrin qarşısının alınmasından ibarətdir. Xidmət vasitəsi ilə müəssisədə kadr uçotu sistemi müstəqil, obyektiv, peşəkar qiymətləndirilir, kadr kargüzarlığının qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılır.

Kadr kargüzarlığının auditinin məqsədləri:

  • tənzimləyici orqanlar tərəfindən əmək qanunvericiliyinin pozulması hallarının aşkar edilməsi risklərini minimuma endirmək;
  • pozuntulara görə müvafiq cərimə ödənişlərinin qarşısını almaq;
  • kadr xidmətinin səmərəliliyini, işçilərin işəgötürənə etibarını artırmaqdır.  

Kadr sənədlərinin auditinə:

  • şirkətin lokal normativ aktlarının;
  • kadr uçotu üzrə sənədlərin mövcudluğunun;
  • əməkdaşlar üzrə  əmrlərin (işə qəbul, yerdəyişmə, işdən çıxma, məzuniyyətlər və s) günlüyünün;
  • işçilərin uçot vərəqələrinin, şəxsi işlərinin tərtibatının;
  • lokal aktlarla tanış olma qaydalarının yoxlanması kimi işlər daxildir. 

Kadr sənədlərinin qaydada olmaması əməkdaşlarla məhkəmə çəkişmələri, tənzimləyici qurumlar (əmək müfəttişləri, vergi orqanları, digərlər) tərəfindən cərimələr, müxtəlif sanksiyalar deməkdir.

Kadr sənədlərinin auditi xidməti, Bakıda audit xidmətləri, Kadr kargüzarlığın auditi accounting.az-da

Audit xidmətləri bazarında özünəməxsus yerə malik “Accounting.Az” konsaltinq şirkəti sərfəli qiymətlə:

  • sizin müəssisədə kadr kargüzarlığının auditini həyata keçirəcək;
  • kadr uçotu sənədlərinin mövcud qanunvericiliyə, şirkətin daxili tələblərinə uyğunluğunu yoxlayacaq;
  • kadr sənədlərinin vəziyyətinin tam mənzərəsini təsvir edəcək;
  • sizi cərimələr, sanksiyalardan qoruyacaq, maliyyə itkilərinizin qarşısını alacaqdır.   

Peşəkar ekspertlərimiz kadr sənədlərinin auditini aparacaq, aşkar edilmiş pozuntuların aradan qaldırılması, problemlərin həlli və risklərin azaldılması üçün praktiki tövsiyələri verəcəklər. 

Zəng edin. Sizinlə tanışlığa şad olarıq! Suallarınızı həvəslə cavablandırarıq!

Kadr sənədlərinin auditinin növləri

Ehtiyaclarınızdan, qarşınızda duran vəzifədən asılı olaraq, bizdə kadr kargüzarlığı auditinin müxtəlif növlərini sifariş edə bilərsiniz.

İcmal kadr kargüzarlığının auditibu yoxlama çərçivəsində, şirkətin əsas lokal-normativ aktlarının mövcudluğu (daxili əmək intizamı qaydaları, əmək ödənişləri haqqında əsasnamə, işçilərin şəxsi məlumatlarının mühafizəsi haqqında əsasnamə, əməyin mühafizəsi üzrə yerli aktlar, əmək müqavilələrinin mövcudluğu və s.),  habelə tətbiqi yoxlanılır.

Seçmə kadr sənədlərinin auditi – yoxlama seçilmiş sənəd nümunələri əsasında aparılır. Seçim üçün əsas, seçiləcək sənədlərin həcmi müştərinin tapşırığının təhlilinə görə müəyyən edilir. Adətən, təşkilatın kadr uçotu ilə tanış olmaq,  zəif cəhətləri müəyyən etmək məqsədi ilə müxtəlif vəzifələrdə çalışan işçilərin (adi işçidən rəhbərə qədər) 20-30%-nin id kadr sənədləri yoxlanılır. Bununla belə, seçimin həcmi müştərinin ehtiyaclarından asılı olaraq dəyişə bilər. 

Tam kadr auditi bu zaman müəssisədə bütün kadr sənədləri, kadr sənədlərinin idarə edilməsi hərtərəfli yoxlanılır. Bu, auditorlara müəssisədə kadr uçotu haqqında tam təsəvvür əldə etməyə, kadr uçotunun optimallaşdırılması, aşkar edilmiş pozuntuların aradan qaldırılması haqqında ətraflı tövsiyələr verməyə kömək edir. 

Kadr sənədlərinin auditinə əlavə olaraq, əməkhaqqının, məzuniyyət, təzminatların  hesablanması, ödənilməsi ilə bağlı sənədlərin yoxlanılmasını da sifariş etmək məsləhətdir.

Sifariş üçün WhatsApp-a  (+99450 225 82 05) yazın yaxud  “Geriyə zəng” xidmətindən istifadə edin. Sizinlə biz əlaqə saxlayaq, görüş təyin edək. Sizinlə tanışlığa şad olarıq!

Nəyə görə biz?

  • audit, konsaltinq, vergi mübahisələri, məqalə və seminarların hazırlanması sahəsində geniş təcrübə sayəsində auditorlarımız qanunvericilikdəki son dəyişikliklərdən həmişə xəbərdardırlar;
  • kadr sənədlərinin auditi təkcə problemlərin yox, həm də həll yollarının tapılmasına istiqamətlənib. Bizim audit rəyi müəyyən edilmiş problemlərin optimal şəkildə aradan qaldırılmasına yönəlmiş konkret tövsiyələrdən ibarət olacaqdır;
  • auditor şəxsən sizə məsləhətlər verəcək, lazımi düzəlişləri vaxtında etməyə kömək edib, suallara cavablandıracaqdır.  

Bizimlə qısa ünsiyyət:

  • sərfəli qiyməti təsdiq etməyə;
  • fərdi istəkləri nəzərə almaq;
  • bizim üstünlüklərimizə əmin olmağa sizə imkan verəcək.

“AccountingAz”-ın kadr kargüzarlığının auditi xidmətləri ilə tanış olmaq üçün əlaqə saxlayın, sizin problemləri müzakirə edək, hər birimizə sərfəli şərtlərlə əməkdaşlığın əsasını qoyaq.

whatsapp