Vergi yoxlamaları nədir?
Belə bir deyim var: “Xəbərdarsansa, deməli, silahlanmısan (praemonitus, praemunitus)”. Bunu vergi yoxlamalarına da aid etmək olar, yoxlamaya hazırsansa, deməli bir addım öndəsən. Yəqin ki, ən azı bir dəfə vergi yoxlaması aparılmayan şirkət tapmaq çətindir. Onu minimal itkilərlə başa vurmaq üçün vergi yoxlamasına hazırlıq vacibdir. Fiziki və hüquqi şəxslər 2 cür vergi yoxlamasına məruz qalır: kameral və səyyar.
Kameral yoxlamanı Dövlət Vergi Xidməti müfəttişləri yerlərə getmədən, vergi orqanında olan bəyannamələr, ödəniş məlumatları, mənbəyi məlum olan digər sənədlər əsasında aparırlar.
Növbəli və növbədənkənar kimi 2 qrupa bölünən səyyar vergi yoxlaması Dövlət Vergi Xidməti orqanlarının qərarı əsasında yerlərdə aparılır. Yoxlamaların aparılması qaydası Vergi Məcəlləsinin 38-ci maddəsi ilə tənzimlənir.
Eyni zamanda müəssisənin rəqəmsal mühasibat uçotu məlumatlarının təftişi üçün elektron audit də keçirilə bilər.
Yoxlamaların təyin edilmə səbəbləri, keçirilmə qaydası AR NK-ın 1617050000011400 saylı, 07.09.2016-cı il tarixli qərarı ilə tənzimlənir.
Vergi yoxlaması zamanı:
Azərbaycan konsaltinq xidmətləri bazarının təcrübəli iştirakçısı “Accounting.Az” sizə vergi yoxlamasına hazırlıq xidmətini təklif edir.
Əlavə suallara cavab almaq istəsəniz nömrələrimizə zəng etməyi tövsiyə edirik. Bizim peşəkarlar sizi həvəslə cavablandırar!
Biz Azərbaycanda autsorsinq əsaslı mühasibat, kadr uçotu xidmətləri də göstəririk. Bakıda rahat məkanda yerləşən ofisimizə baş çəkə, sualları şəxsən verə bilırsiniz!
Vergi yoxlamasına hazırlıq necə aparılır?
Vergi ödəyicisi hər il vergi uçotunun auditini aparırsa, vergi hesablanması və ödənməsində səhv ehtimalı azdır, buna görə də yoxlamaya hazırlıq çox vaxt aparmayacaq.
Əks halda, yəni belə audit aparılmadıqda, vergi müfəttişlərinin gəlişinə diqqətlə hazırlaşmaq lazımdır. Vergi yoxlamalarına hazırlıq çərçivəsində nəzərdən keçirilməsi vacib olan məsələlərin təxmini siyahısını aşağıdakı kimi təsvir etmək mümkündür:
Əlbəttə ki, bu, vergi yoxlamasına hazırlıq çərçivəsində həyata keçirilməli olan prosedurların tam siyahısı deyil. Lakin ən azı bunların həyata keçirilməsi, vergi müfəttişlərinin sizə əlavə vergi ödəmələri hesablanması şansını əhəmiyyətli dərəcədə azaldacaqdır.
WhatsApp-a yazın yaxud “Geriyə zəng” xidmətindən istifadə edin. Sizinlə biz əlaqə saxlayaq, görüş təyin edək, vergi yoxlamalarına hazırlığın əhatəsini müəyyən edək!
Xidmətin qiyməti necə hesablanır?
Qiymətlərimiz tətbiq olunan vergitutma sistemindən, fəaliyyət istiqamətindən, hüquqi yaxud fiziki şəxs olmanızdan və digər amillərdən asılıdır. Onu bizim kalkulyatorla hesablamaq asandır. Nəzərə alın ki, kalkulyatorla baza qiymət hesablanır, sonradan qarşılıqlı razılaşma əsasında yekun qiymət müəyyən olunur.
Vergi yoxlamasına hazırlıq xidməti nələri əhatə edir?
“Accounting.az” konsaltinq şirkəti tərəfindən göstərilən xidmətlər:
Ən əsası, unutmayın, vergi yoxlaması müddətlidir, sonsuz deyil. Bu müddət ərzində siz tək deyilsiniz – vergi orqanları ilə qarşılıqlı əlaqənin istənilən mərhələsində sizə dəstək olacağıq!
Bizim “Əlaqə” səhifəmizə keçid alın, sizə uyğun ünsiyyət vasitəsini seçin. Xidmətlərimizi sifariş edin, əməkdaşlığa şad olarıq!