Vergi yoxlamasına hazırlıq yaxud “praemonitus, praemunitus”

Vergi yoxlamaları nədir?

Belə bir deyim var: “Xəbərdarsansa, deməli, silahlanmısan (praemonitus, praemunitus)”. Bunu vergi yoxlamalarına da aid etmək olar, yoxlamaya hazırsansa, deməli bir addım öndəsən. Yəqin ki, ən azı bir dəfə vergi yoxlaması aparılmayan şirkət tapmaq çətindir. Onu minimal itkilərlə başa vurmaq üçün vergi yoxlamasına hazırlıq vacibdir. Fiziki və hüquqi şəxslər 2 cür vergi yoxlamasına məruz qalır: kameral və səyyar.

Kameral yoxlamanı Dövlət Vergi Xidməti müfəttişləri yerlərə getmədən, vergi orqanında olan bəyannamələr, ödəniş məlumatları, mənbəyi məlum olan digər sənədlər əsasında aparırlar.

Növbəli və növbədənkənar kimi 2 qrupa bölünən səyyar vergi yoxlaması Dövlət Vergi Xidməti orqanlarının qərarı əsasında yerlərdə aparılır. Yoxlamaların aparılması qaydası Vergi Məcəlləsinin 38-ci maddəsi ilə tənzimlənir. 

Eyni zamanda müəssisənin rəqəmsal mühasibat uçotu məlumatlarının təftişi üçün elektron audit də keçirilə bilər. 

Yoxlamaların təyin edilmə səbəbləri, keçirilmə qaydası AR NK-ın  1617050000011400 saylı, 07.09.2016-cı il tarixli qərarı ilə tənzimlənir. 

Vergi yoxlaması zamanı:

  • vergi borcu haqqında məlumatlar;
  • vergi hesablanması və ödənilməsi mexanizmi;
  • vergidən yayınma halları;
  • ayrı- ayrı vergi növləri üzrə Vergi Məcəlləsinə əməl edilməsi kimi müxtəlif  tələblər araşdırılır. 

Azərbaycan konsaltinq xidmətləri bazarının təcrübəli iştirakçısı “Accounting.Az” sizə vergi yoxlamasına hazırlıq xidmətini təklif edir.

Əlavə suallara cavab almaq istəsəniz nömrələrimizə zəng etməyi tövsiyə edirik. Bizim peşəkarlar sizi həvəslə cavablandırar!

+994123100929

+994125983798  

Biz Azərbaycanda autsorsinq əsaslı mühasibat, kadr uçotu xidmətləri də göstəririk. Bakıda rahat məkanda yerləşən ofisimizə baş çəkə, sualları şəxsən verə bilırsiniz!

Vergi yoxlamasına hazırlıq necə aparılır?

Vergi ödəyicisi hər il vergi uçotunun auditini aparırsa, vergi hesablanması və ödənməsində səhv ehtimalı azdır, buna görə də yoxlamaya hazırlıq çox vaxt aparmayacaq. 

Əks halda, yəni belə audit aparılmadıqda, vergi müfəttişlərinin gəlişinə diqqətlə hazırlaşmaq lazımdır. Vergi yoxlamalarına hazırlıq çərçivəsində nəzərdən keçirilməsi vacib olan məsələlərin təxmini siyahısını aşağıdakı kimi təsvir etmək mümkündür:

  • vergi güzəştləri üzrə sənədlər;
  • xərclərin sənədli rəsmiləşdirilməsi (xüsusilə iri məbləğlər);
  • hesab-fakturalar, elektron qaimələr;
  • ƏDV üzrə uçotun aparılması mexanizmi:
  • xərc uçotunun düzgün aparılması;
  • mənfəət vergisi üçün vergi bazasından çıxılan gəlirlərin qanuniliyi;
  • ayrı-ayrı struktur vahidləri üzrə vergilərin ödənmə düzgünlüyü;
  • işçilərlə hesablaşmalar zamanı vergi güzəştlərini təsdiq edən sənədlərin mövcudluğu;
  • kontragentlərin tərkibinin riskli vergi ödəyicisi statusuna görə araşdırılması.

Əlbəttə ki, bu, vergi yoxlamasına hazırlıq çərçivəsində həyata keçirilməli olan prosedurların tam siyahısı deyil. Lakin ən azı bunların həyata keçirilməsi, vergi müfəttişlərinin sizə əlavə vergi ödəmələri hesablanması şansını əhəmiyyətli dərəcədə azaldacaqdır.

WhatsApp-a yazın yaxud  “Geriyə zəng” xidmətindən istifadə edin. Sizinlə biz əlaqə saxlayaq, görüş təyin edək, vergi yoxlamalarına hazırlığın əhatəsini müəyyən edək!

+994125983798  

Xidmətin qiyməti necə hesablanır?

Qiymətlərimiz tətbiq olunan vergitutma sistemindən, fəaliyyət istiqamətindən, hüquqi yaxud fiziki şəxs olmanızdan və digər amillərdən asılıdır. Onu bizim kalkulyatorla hesablamaq asandır. Nəzərə alın ki, kalkulyatorla baza qiymət hesablanır, sonradan qarşılıqlı razılaşma əsasında yekun qiymət müəyyən olunur.

Vergi yoxlamasına hazırlıq xidməti üzrə baza qiymətlərinin hesablanması kalkulyatoru

Vergi yoxlamasına hazırlıq xidməti nələri əhatə edir?

“Accounting.az” konsaltinq şirkəti tərəfindən göstərilən xidmətlər:

  • şirkətin vergi yoxlamasına hazırlanması;
  • vergi yoxlamasına dəstək;
  • vergi orqanları tərəfindən tələb olunan sənədlərin hazırlanması;
  • yoxlama aktına etirazların hazırlanması;
  • yuxarı vergi orqanına şikayətin hazırlanması;
  • vergi hüquq pozmalarının törədilməsinə görə məsuliyyətə cəlb edilməsi haqqında qərardan məhkəməyə şikayət etmək;
  • şirkətlərin maraqlarının dəstəklənməsi və müdafiəsi.

Ən əsası, unutmayın, vergi yoxlaması müddətlidir, sonsuz deyil. Bu müddət ərzində siz tək deyilsiniz — vergi orqanları ilə qarşılıqlı əlaqənin istənilən mərhələsində sizə dəstək olacağıq!

Bizim “Əlaqə” səhifəmizə keçid alın, sizə uyğun ünsiyyət vasitəsini seçin.  Xidmətlərimizi sifariş edin,  əməkdaşlığa şad olarıq!

whatsapp