Xidmətlərimiz

Acoounting.az şirkətinin göstərdiyi xidmətlər və bu xidmət növləri barədə məlumatlar

Bütün xidmətlər
icon
140

Xidmət

icon
12

Kurs

icon
4

Dildə xidmət

icon
130

Müştəri

Haqqımızda

Biz mühasibat xidmətləri bazarında çoxillik təcrübəyə malik konsaltinq şirkətiyik.

“Accounting.Az” komandası şirkətin inkişafının sizdən asılı olduğunu heç vaxt unutmayan peşəkarlardan ibarətdir. Xidmətlərin icrasına cəlb edilmiş mühasibat, vergi, kadr uçotu mütəxəssisləri, auditorlar regionun ən yaxşılarıdır. Mühasibat kurslarımız öyrətmə bacarıqlarına sahib təlimçilər tərəfindən keçirilir. Onların nüfuzu, təcrübəsi, səriştəsi keyfiyyətli xidmətə zəmanət verir.

İş fəlsəfəmiz sadədir - hər zaman mümkün olanı etmək. Bu prosesdə:

  • icon
    Mühasibatlığın təşkilinə yardımçı oluruq!
  • icon
    Vaxtınıza, resurslara, pulunuza qənaət edirik!
  • icon
    Fəaliyyətinizin iqtisadi artımını dəstəkləyirik!

Bizi tapmaq asandır, Bakıda mühasibat xidmətləri göstərən şirkət kimi qeydiyyata alınmış “Accounting.Az” rahat məkanda yerləşir.

Bir fincan kofe yaxud armudu stəkanda çay içərək niyə də gələcək əməkdaşlığın təməlini qoymayaq? Azərbaycanda mühasibatlıq, audit, vergi , kadr, hüquq xidmətləri, təklif etdiyimiz kurslar barədə məsləhət yaxud hər-hansı suala cavab istəsəniz, zəng edin. Pulsuz ilkin görüş, davamlı telefon dəstəyimizlə xidmətinizdəyik.

Bizə yazın

Bloq yazılarımız

Təcrübələrimiz, gördüyümüz işlər və bu işə yeni başlayanlar üçün əməkdaşlarımız tərəfindən yazılan məqalələr.

“Accounting.Az” PrimeGlobal assosiasiyasına üzv seçilən ilk və yeganə Azərbaycan şirkəti oldu

Mühasibat xidmətləri bazarında 10 ildən artıqdır fəaliyyət göstərən “Accounting.Az” dünya reytinq cədvəlində ilk 3-lükdə olan,…

İyul 3, 2023
Praktiki mühasibatlıq nədir və mühasibat praktiki necə öyrənilir?

Salman Əbdülrzazadə - Aparıcı mütəxəssis/mühasibat üzrə ekspert/təlimçi Azərbaycan dilinin izahlı lüğətində “mühasibat” sözü uçot işlərinin…

Oktyabr 11, 2022
Məzuniyyətin hesablanması necə aparılır?

Gülnar Ramazanova - İnsan resursları üzrə mütəxəssis İşçilərin əmək münasibətləri, onların məzuniyyət hüquqları Əmək Məcəlləsi…

Sentyabr 20, 2022

Ən çox verilən suallar

Bizim haqqımızda ən çox verilən suallar və cavabları

“Accounting”, “muhasibatlıq” azərbaycan sözünün ingilis dilində ifadəsidir. Adımız işimizi xarakterizə edir: bizim əsas fəaliyyətimiz mühasibat xidmətləridir, amma tək o deyil. Biz büdcəyə ödəmələr üzrə məsləhətlər verir, kadr uçotu işlərini həyata keçirir, bəyannamələr, maliyyə, statistika hesabatları tərtib edirik. Audit işlərini də mütəxəssislərimizə həvalə edə bilərsiniz. Kvalifikasiyasını artırmaq istəyənləri də unutmamışıq – müxtəlif təyinatlı mühasibat kurslarımız onlar üçündür. Muhasibatlıq Bakida, regionlarda kompütersiz inkişaf edə bilməz. Excel, 1C: kurslarında informasiya texnologiyalarının muhasibat uçotuna tətbiq üsullarını öyrənmək olar.

Mühasibatlıq Azərbaycan biznes mühitinin önəmli tərkib hissəsidir. İstənilən sahibkar, biznesinin həcmindən asılı olmayaraq, gündəlik uçotla məşğul olur. Hər dəfə əməliyyatları qeyd etdikdə, vergi sənədləri hazırladıqda, xərcləri planlaşdırdıqda muhasibat köməyə gəlir. Əgər biznesiniz yenidirsə, dövriyyəniz kiçikdirsə ştatda mühasib saxlamağa ehtiyac varmı? Yaxud böyük həcmli əməliyyatlar maliyyə risklərini nəzarətdə saxlamağı, muhasibat, vergi, kadr uçotunun daimi auditini tələb edirsə? Bizə müraciət edin! Təklif etdiyimiz xidmətlər paketi mühasibatlığın, maliyyə hesabatlığının, auditin, kadr uçotunun geniş spektrini əhatə edir.

Respublikamızda muhasibatlıq Bakı uçot məktəbinin əsasında qurulub. Məhz buna görə əksər təlim-tədris mərkəzləri paytaxtda yerləşir. Amma mühasibatlıq Azərbaycanda regionların iqtisadi inkişafında əhəmiyyətli rol oynayır. Regionlarda muhasibat sahəsində səriştələrini artırmaq istəyən uçot işçilərini nəzərə alaraq, “Accounting.Az” ənənəvi mühasibat kursları ilə yanaşı, onlayn tədris resursları hazırlayıb. “Muhasibat uçotu kursları”, “Mühasibat kargüzarlığı kursları” kimi spesifik kurslar, vergi növləri üzrə təlimlərlə birgə, seminarlar, ödənişsiz vebinarlar bilik və bacarıqlarını artırmaq istəyənlərə istiqamətlənib.

İlk öncə saytımızın məzmunu ilə tanış olun. Sizin mühasibatlığınız üçün zəruri xidmətləri, sizə lazım olan mühasibat kurslarını seçin. Seçimdə çətinlik çəksəniz, çəkinməyin, müraciət edin. Hərtərəfli dəstək göstərməyə hazır yüksək ixtisaslı mütəxəssislərimiz sizə həvəslə kömək edər. Qiymətlərlə maraqlanın, onlar sərfəlidir, amma son deyil - muhasibat biznesin dilidir, mühasiblər isə dilin daşıyıcıları. Kim olmağımızdan asılı olmayaraq, sahibkar – mühasib yaxud öyrənən-öyrədən, hər birimiz biznesimizi inkişaf etdirmək, karyeramızı yüksəltmək istəyirik. Danışıb razılığa gələrik. “Accounting.Az” həmişə sizin biznesin yanındadır.

whatsapp