icon
140

Xidmət

icon
12

Kurs

icon
4

Dildə xidmət

icon
130

Müştəri

Haqqımızda

Biz mühasibat xidmətləri bazarında çoxillik təcrübəyə malik konsaltinq şirkətiyik.

“Accounting.Az” komandası şirkətin inkişafının sizdən asılı olduğunu heç vaxt unutmayan peşəkarlardan ibarətdir. Xidmətlərin icrasına cəlb edilmiş mühasibat, vergi, kadr uçotu mütəxəssisləri, auditorlar regionun ən yaxşılarıdır. Mühasibat kurslarımız öyrətmə bacarıqlarına sahib təlimçilər tərəfindən keçirilir. Onların nüfuzu, təcrübəsi, səriştəsi keyfiyyətli xidmətə zəmanət verir.

İş fəlsəfəmiz sadədir - hər zaman mümkün olanı etmək. Bu prosesdə:

  • icon
    Mühasibatlığın təşkilinə yardımçı oluruq!
  • icon
    Vaxtınıza, resurslara, pulunuza qənaət edirik!
  • icon
    Fəaliyyətinizin iqtisadi artımını dəstəkləyirik!

Bizi tapmaq asandır, Bakıda mühasibat xidmətləri göstərən şirkət kimi qeydiyyata alınmış “Accounting.Az” rahat məkanda yerləşir.

Bir fincan kofe yaxud armudu stəkanda çay içərək niyə də gələcək əməkdaşlığın təməlini qoymayaq? Azərbaycanda mühasibatlıq, audit, vergi , kadr, hüquq xidmətləri, təklif etdiyimiz kurslar barədə məsləhət yaxud hər-hansı suala cavab istəsəniz, zəng edin. Pulsuz ilkin görüş, davamlı telefon dəstəyimizlə xidmətinizdəyik.

Bizə yazın

Bloq yazılarımız

Təcrübələrimiz, gördüyümüz işlər və bu işə yeni başlayanlar üçün əməkdaşlarımız tərəfindən yazılan məqalələr.

Eylül 12, 2022

Yeni başlayanlar için Bakü'de muhasebe kursu Muhasebe mesleği günümüzde en çok talep gören mesleklerden biridir.…

Şirketlerin rekabet güçlerini ve pazar paylarını artırmakda çıkarları vardır. Bazen ise iç kaynaklar ve kişisel…

Girişimciliğin tescili ve iptali Ülkenin mevzuatına göre, herhangi bir ekonomik faaliyet, tüzel kişilik oluşturmadan girişimcilik…

Personel kayıtları nasıl doğru tutulur Personel muhasebesini doğru bir şekilde yapabilmek için sürekli değişen iş…

Eylül 11, 2022

Vergi muhasebesi nasıl yapılır? Ticari işletmelerde vergi muhasebesi ayrı olarak veya muhasebenin bir parçası olarak…

Ən çox verilən suallar

Bizim haqqımızda ən çox verilən suallar və cavabları

“Accounting”, “muhasibatlıq” azərbaycan sözünün ingilis dilində ifadəsidir. Adımız işimizi xarakterizə edir: bizim əsas fəaliyyətimiz mühasibat xidmətləridir, amma tək o deyil. Biz büdcəyə ödəmələr üzrə məsləhətlər verir, kadr uçotu işlərini həyata keçirir, bəyannamələr, maliyyə, statistika hesabatları tərtib edirik. Audit işlərini də mütəxəssislərimizə həvalə edə bilərsiniz. Tender sənədləri, patent və əmtəə nişanlarının alınması üçün müraciətlər, kreditə, zəmanətə görə bankların tələb etdiyi məlumatları hazırlayır, şirkət və fərdi sahibkarlıq qeydiyyatı, fəaliyyətin ləğvinə kömək edirik. Kvalifikasiyasını artırmaq istəyənləri də unutmamışıq – müxtəlif təyinatlı mühasibat kurslarımız onlar üçündür. Muhasibatlıq Bakida, regionlarda kompütersiz inkişaf edə bilməz. Excel, 1C: kurslarında informasiya texnologiyalarının muhasibat uçotuna tətbiq üsullarını öyrənmək olar.

Mühasibatlıq azərbaycan biznes mühitinin önəmli tərkib hissəsidir. İstənilən sahibkar, biznesinin həcmindən asılı olmayaraq, gündəlik uçotla məşğul olur. Hər dəfə əməliyyatları qeyd etdikdə, vergi sənədləri hazırladıqda, xərcləri planlaşdırdıqda muhasibat köməyə gəlir. Əgər biznesiniz yenidirsə, dövriyyəniz kiçikdirsə ştatda mühasib saxlamağa ehtiyac varmı? Yaxud böyük həcmli əməliyyatlar maliyyə risklərini nəzarətdə saxlamağı, muhasibat, vergi, kadr uçotunun daimi auditini tələb edirsə? Bizə müraciət edin! Təklif etdiyimiz xidmətlər paketi mühasibatlığın, maliyyə hesabatlığının, auditin, kadr uçotunun geniş spektrini əhatə edir.

Respublikamızda muhasibatlıq Baki uçot məktəbinin əsasında qurulub. Məhz buna görə əksər təlim-tədris mərkəzləri paytaxtda yerləşir. Amma mühasibatlıq Azərbaycanda regionların iqtisadi inkişafında əhəmiyyətli rol oynayır. Regionlarda muhasibat sahəsində səriştələrini artırmaq istəyən uçot işçilərini nəzərə alaraq, “Accounting.Az” ənənəvi mühasibat kursları ilə yanaşı, onlayn tədris resursları hazırlayıb. “Muhasibat uçotu kursları”, “Mühasibat kargüzarlığı kursları” kimi spesifik kurslar, vergi növləri üzrə təlimlərlə birgə, onlayn seminarlar, ödənişsiz vebinarlar bilik və bacarıqlarını artırmaq istəyənlərə istiqamətlənib.

İlk öncə saytımızın məzmunu ilə tanış olun. Sizin mühasibatlığınız üçün zəruri xidmətləri, sizə lazım olan mühasibat kurslarını seçin. Seçimdə çətinlik çəksəniz, çəkinməyin, müraciət edin. Hərtərəfli dəstək göstərməyə hazır yüksək ixtisaslı mütəxəssislərimiz sizə həvəslə kömək edər. Qiymətlərlə maraqlanın, onlar sərfəlidir, amma son deyil - muhasibat biznesin dilidir, mühasiblər isə dilin daşıyıcıları. Kim olmağımızdan asılı olmayaraq, sahibkar – mühasib yaxud öyrənən-öyrədən, hər birimiz biznesimizi inkişaf etdirmək, karyeramızı yüksəltmək istəyirik. Danışıb razılığa gələrik. “Accounting.Az” həmişə sizin biznesin yanındadır.