Məzuniyyətin hesablanması necə aparılır?

Məzuniyyətin hesablanması, məzuniyyət hesablanması,
Ekspert yazıları

Gülnar Ramazanova – İnsan resursları üzrə mütəxəssis

İşçilərin əmək münasibətləri, onların məzuniyyət hüquqları Əmək Məcəlləsi ilə tənzimlənir. Məcəllənin məzuniyyətin hesablanması qaydalarını şərh edən maddələrini şərti olaraq 2 qrupa ayırmaq olar:

  • günlərin hesablanması;
  • ödənişlərin hesablanması.

Amma, gəlin tələsməyək, məzuniyyət hesablanması ardıcıllığına baxmazdan öncə bəzi məslələrə aydınlıq gətirək. Beləliklə…

Məzuniyyət nədir?

Məzuniyyət iş yeri saxlanılmaqla, işçiyə  iş günlərində fasiləsiz istirahət və digər sosial məqsədlər üçün müəyyən müddətə verilən təqvim günlərinin (iş günü olmayan bayramlardan əlavə) məcmusudr. Bu zaman ona məzuniyyətin hesablanması qanunvericiliyə uyğun həyat keçirilir və ödənilir.

Təəssüf ki, işəgötürənlər tez-tez işçiləri “gizləyir”, işçi ilə əmək müqaviləsi bağlamırlar. Sadəcə, əmək kitabçasına işə qəbul haqqında qeyd edəcəklərinə vəd verir yaxud mülki-hüquq müqavilə (xidməti müqavilə) bağlamaqla kifayətlənirlər.

Nəzərə almaq lazımdır ki, işçi işəgötürənlə iş münsibətlərinə girərkən onunla bağlanan əmək müqaviləsi bildirişi elektron hökümət portalında qeydə alınır. Müqavilə yoxdursa, əmək kitbaşasına aparılacaq qeyd də yoxdur!

Əmək müqaviləsi əvəzinə xidməti müqavilənin bağlanması sizin hüquqlarınızın pozulması, məsələn, məzuniyyət hüququndan məhrum olmaq deməkdir. İşəgötürən tərəfindən məzuniyyət hesablanması aparılmayacaq, sizə ödəniş edilməyəcəkdir.

Unutmayın!

Əmək müqaviləsi ilə işləyirsinizsə, illik ödənişli məzuniyyət hüququ sizə Azərbaycan Respublikası Konstitusiyası ilə təmin edilir!

Əmək qanunvericiliyi ilə müəyyən edilmiş təminatlar və hüquqlar mülki-hüquqi müqavilələrə şamil edilmir.

Buna üçün diqqətli olun, əgər işə qəbul zamanı müqavilə düzgün tərtib edilməyibsə və ya ümumiyyətlə tərtib olunmayıbsa, siz məhkəməyə yaxud əmək müfəttişliyinə müraciət edə bilərsiniz.

Məzuniyyətin müddəti

İş stajından, iş yerindən (pedoqoji fəaliiyət, xüsusilə təhlükəli fəaliyyət sahələri, silahlı qüvvələr və s.)  asılı olaraq məzuniyyətin şərtləri, onun müddəti əhəmiyyətli dərəcədə dəyişə bilər. Bu əmək müqaviləsi, ƏM, konstitusiya, habelə digər normativ hüquqi aktlarla tənzimlənir.

İşçilər üçün ƏM-da məzuniyyətin müxtəlif növləri nəzərdə tutlub (maddə 112):

  • əmək məzunniyyəti;
  • sosial məzuniyyət;
  • təhsil və yaradıcılıq məzuniyyəti;
  • ödənişsiz məzuniyyət.

Məzuniyyətin hesablanamsı onun növlərinə görə fərqlənə bilər. Əmək məzniyyətinin müddəti ƏM-nin XVII fəsli il tənzimlənir. Məcəllə əmək məzuniyyətininin müddətini əsas və əlavə məzuniyyətin cəmi kimi təyin edir. Ödənişli əsas məzuniyyıtin müddəti minimum 21 təqvim günü kimi təyin edilir. İş yerindən, tutduğu vəzifədən asılı olaraq əmək məzuniyyətinin müddəti dəyişə bilər. Bu müddətləri məcəllənin 114, 118-121-ci maddələri  tənzimləyir.


Əməkhaqqı və məzuniyyət hesablanması xidmətləri


Məzuniyyət hesablanması zamanı əlavə məzuniyyətlərin verilməsinə də diqqət etmək lazımdır (115, 116, 117-ci maddələr). Məsələn, 116-cı maddə  əmək stajına uyğun işçilərə verilən  əlavə məzuniyyətləri tənzimləyir. Bu əlavə 2,4 yaxud 6 təqvim günü müddətində ola bilər və məcəllənin 118-121 maddələrinə şamil edilmir.

Yaradıcılıq, həmçinin təhsil məzuniyyətlərinin müddəti, həmçinin verilmə qaydası ƏM-nin on səkkizinci fəslində şərh edilir. Yaradıcılıq məzuniyyıtinin müddəti 30 təqvim günündən 3 təqvim ayınadək dəyişə bilər. Təhsil məzuniyyətinin müddəti isə təhsil təhsil pilləsindən, habelə təhsilalma formasından (əyani, qiyabi) asılı olaraq dəyişir.

Sosial məzuniyyətlər üç qrupa bölünür:

  • hamiləlikə doğuş üçün verilən məzuniyyət;
  • övladlığa uşaq götürən qadınlara verilən məzuniyyət;
  • 3 yaşınadək uşaqlara qulluğa görə verilən qismən ödənişli sosial məzuniyyət.

Ödənişsiz məzunyyətlər işçinin xahişi əssında verilir, onun tərkibi, müddəti genişdir.Ətraflı ƏM-nin 20-ci fəslində şərh olunub.


Əməkhaqqını başqasına etibar etməyin, özünüz hesablayın


Məzuniyyətə görə ödənişlərin hesablanması

İşçilərə ödəniləcək məzuniyyətin hesablanması əmək qanunvericiliyi əsasında müəyyən edilmiş müddətlərə uyğun aparılır. Öncə orta əməkhaqqını tapmaq lazımdır. Orta əmək haqqı, onun əmsallaşdırılması AR Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş qaydalar əsasında hesablanır.

Qanunvericiliyə əsasən əmək və sosial məzuniyyətlərin hesablanması zamanı lazım olan orta əmək haqqı məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının əmək haqqı anlayışına daxil olan bütün növ ödəmələri nəzər alınmaqla hesablanır. Ödəmələrin tərkibi NK-nin yuxarıda qeyd edilın qərarına uyğun müəyyən edilir:

burada, OƏH – orta əmək haqqı,  CƏH – əvvəlki 12 təqvim ayının əməkhaqqının cəmlənmiş məbləği.

Məzuniyyət günləri üçün əməkhaqqını tapmaq üçün bir günlük əməkhaqqının məbləği aşağıdakı qaydada hesablanır:

burada, BƏH –  bir günlük əmək haqqı, 30,4 – ayın təqvim günlərinin orta illik miqdarı.

Məzuniyyət hesablanması:

Hesablanmış məbləğdən qanunvericiliyə uyğun ödəmələr tutulur, qalan məbləğ işçiyə ödənilir.

Yaradıcılıq fəaliyyətində məzuniyyətin hesablanması bir az fərqli aparılır. Belə ki, məzniyyət müddətində ödənilən əmək haqqı işçinin vəzifəsi (peşəsi) üçün müəyyən olunmuş aylıq əmək haqqı əsasında hesablanır.

whatsapp