Ənənəvi yoxsa onlayn mühasibat?

Onlayn mühasibat nədir? Bulud mühasibatlıq xidməti - Accounting.Az-ın əməkdaşı Salman Əbdülrzazadənin şərhində
Ekspert yazıları

Salman Əbdülrzazadə – Aparıcı mütəxəssis/mühasibat üzrə ekspert/təlimçi

Mühasibat nədir?

Mühasib, mühasibat, mühasibatlıq – bunlar hər birimizin heç olmasa bir dəfə rast gəldiyimiz sözlərdir. Bəzın bu sahənin mütəxəssisləri olmayan insanlar arasında onların nə olduğu haqqında suallar da yaranır. Müasir dövrümüzdə belə suallara biri də əlavə olunub – “onlayn mühasibat nədir?”. Təxəyyülümüz nə qədər geniş olsa da, bir çoxlarımız üçün “Mühasibat nədir?” yaxud “Mühasibatlıq xidməti necə aparılır?” sualları həmişə aktual olaraq qalır Bunlarla müasir texnologiyaların sintezi olan onlayn mühasibat da sahibkarın, menecerin, xüsusilə də uçot sektorunun mütəxəssislərinin diqqətini özündə saxlayan anlayışlardandır. Bu sözlərlə rastlaşanda gözlərimiz önündə böyük cədvəllərdə toplanmış, çoxlu aydın olmayan rəqəmlərlə işləyən qaraqabaq insanlar, bu insanların çalışdığı, üst-üstə qalanmış sənədlərlə dolu iş yeri canlanır.

Müxtəlif sənədlərlə, rəqəmlərlə işləyən, idarə və müəssisələrin maliyyə işlərini aparan bu insanlar mühasiblərdir, mühasibatlıq onların iş yerlərdir. Mühasiblər idarə, müəssisə və təşkilatlara, fərdi sahibkarlara mühasibatlıq xidməti göstərirlər. Bəs mühasibat nədir? Mühasibat, mühasibat uçotu eyni mənada işlənir, uçot işlərinin  nəzəriyyə və praktikasını özündə birləşdirir. Müasir texnologiyalar uçot işlərini bir otaq çərçivəsindən çıxarıb, qlobalaşdırıb, virtual aləmə daşıyıb, onlayn mühasibatı formalaşdırıb.  

“Mühasibat nədir?” sualını mütəxəssislər  bəzən, yaxşı təşkilatlanmış, mühasib adlanan dürüst peşəkarlar tərəfindən istifadə edilən biznes dili kimi də cavablandırırlar. 

Amerika Mühasibat uçotu Assosiasiyasının bu suala cavabı daha akademikdir. Assosiasiya mühasibat qeydlərinin aparılmasın informasiya istifadəçilərinin əsaslandırılmış mühakimə və qərarlar qəbul etmək üçün iqtisadi məlumatların müəyyən edilməsi, ölçülməsi və ötürülməsi prosesi kimi xarakterizə edir Mühasibat təkcə maliyyə əməliyyatlarını qeyd etmir, o həmçinin:

  • kommersiya müəssisəsinin maliyyə vəziyyəti haqqında məlumatlarla maraqlı şəxsləri təmin edir; 
  • “Maliyyə hesabatları” adlanan sənədlərdəki məlumatları təhlil edərək uyğun rəy hazırlayır.

Hazırda mühasibatlıq xidməti ənənəvi metodlarla yanaşı, onlayn formada da təqdim edilir. Bəs onlayn mühasibat nədir?

Gil lövhələrdən buludlara yüksələn mühasibatlıq, yaxud onlayn mühasibat nədir?

Müasir mühasiblərin əcdadları sayılan hesabdarlar ilk uçot yazılışlarını gil lövhə üzərində işarələr qoymaqla aparırdılar. Onları “Mühasib kimdir?”,  yaxud “Mühasibatlıq xidmətini necə qurmalı?” kimi suallara cavab, yəqin ki, maraqlandırmayıb, “Onlayn mühasibat nədir?” sualı isə heç ağıllarından belə keçməyib. Amma insan cəmiyyətinin sonrakı inkişafı mühasib peşəsini inkişaf etdirdi, “Mühasibat nədir?” sualına sualına cavab verməklə yanaşı, leksikonumuza “kompüter mühasibatlığı” kimi anlayışlar da daxil etdi. Bu gün isə texniki inkişaf mühasibə “buludlarda” öz uçotunu qurmağa, onlayn mühasibat hesabatları hazırlamağa imkan verir. Söhbət tez-tez rast gəldiyimiz bulud texnologiyasından gedir. Bulud texnologiyaları yaxud bulud hesablaması – İnternetdə, daha dəqiq ifadə etsək, kənar serverdə  sizin üçün ayrılmış iş sahəsidir. Bulud hesablaşmalar zamanı öz elektron cihazlarınızın (kompüter, mobil telefon, planşet) proqram və texniki təminatından deyil, kənar tərəfin – serverin  resurslarından istifadə edir, müxtəlif xidmətlər, məsələn mühasibat xidməti ala bilərsiniz. Bu elektron poçtla oxşardır, belə ki, siz e-poçt (e-mail) xidməti təklif edən hansısa saytda (məsələn, gmail.com) işlədikdə, bulud texnologiyasının bir hissəsi olan bulud xidmətindən yararlanırsınız.Bulud texnologiyaları haqqında buradan daha ətraflı oxuya bilərsiniz. Bəs bulud mühasibatlıq xidməti yaxud  onlayn mühasibat nədir?

Bulud mühasibatlıq – kənar serverdə yerləşən və İnternet vasitəsilə işləmək üçün nəzərdə tutulmuş mühasibat proqramları toplusudur.


Onlayn mühasibatlıq xidməti sifariş et, mühasibatlıq həmişə yanında olsun!


Uçot məlumatları, bu məlumatlarla işləmək üçün lazım olan proqramların saxlandığı serverlər məlumatların saxlanması, habelə onların emalı üçün nəzərdə tutulmuş xüsusi mərkəzlərində yerləşir. Belə mərkəzlərdə informasiya istənilən təhlükədən ən yüksək səviyyədə qorunur. Uçot məlumatları ilə işləmək üçün sizə hər hansı mühasibat uçotu proqramı almağa, onu kompüterinizə quraşdırmağa ehtiyac yoxdur. Siz  uçotunuzu aparmaq üçün lazım olan işçi sahəni, həmçinin xidmətləri (disk yeri, proqramlar, müxtəlif sistemlərlə inteqrasiya, digərləri) sərfəli qiymətlərlə icarəyə götürmüş olursunuz. Bulud mühasibatlıq xidməti sizə planetin ən ucqar guşəsində belə mühasibat uçotunuzu aparmağa, hesabatlarla işləməyə imkan verir. Telefon, planşet yaxud kompüter – istənilən müasir cihaz bunun üçün kifayətdir. Yeganə şərt İnternetə daimi çıxışın olmasıdır.

Əgər sizdə “bəs onlayn mühasibat yaxud onlayn mühasibatlıq nədir?” sualı yaranarsa, yuxarıda onun da cavabını vermişik  – bulud mühasibatlığı onlayn mühasibatlıq da adlandırırlar.


Mühasibatınızın daha rahat aparılmaq istəyirsiniz? “Hesabat”-a gəlin


Ənənəvi yoxsa onlayn mühasibatlıq xidməti?

Ənənəvi mühasibat nədir? Bu kağızlarda əl ilə qeyd etməklə aparılan maliyyə əməliyyatlarının uçotu prosesidir. Belə mühasibatlıqda mühasiblər şirkətə məxsus serverdə yaxud işçi kompüterdə uçot apara, habelə maliyyə hesabatları, vergi bəyannamələrini hazırlayıb onlayn təqdim edə bilərlər.

Mühasibatlıq xidməti autsorsinq əsasında da göstərilə bilər.

İlk baxışdan belə görünə bilər ki, mühasibatlığın şirkətə məxsus serverdə yaxud işçilərin kompüterində aparılması daha rahatdır. Əslində isə onlayn mühasibata keçməzdən öncə ənənəvi mühasibatlıqda bir sıra problemləri həll etmək lazımdır:

  • peşəkar İT işçilərinin cəlb edilməsi, öyrədilməsi;
  • bahalı avadanlığın alınması;
  • lokal məlumat mərkəzi üçün ofisdə yerin ayrılması;
  • nasazlıqlardan sığortalanmaq üçün ehtiyat tədbirlərin görülməsi (əlavə sahə, avadanlıq və sair);
  • avadanlıqların informasiya, həmçinin fiziki baxımdan təhlükəizliyinin təmin edilməsi;
  • sistemin, proqram təminatının mütəmadi olaraq yenilənməsi və sair.

Bu işlər vaxt və resurslar baxımından kifayət qədər bahalıdır. 

Onlayn mühasibatdan istifadə etməklə siz bu məsrəfləri bulud xidmətini təklif edən şirkətə ötürmüş olursunuz. Sərbəstləşən vəsaiti isə əsas fəaliyyətlərə yönəltmək olar. 

Onlayn mühasibatlıq xidmətinin aşağıdakı üstünlükləri də var:

  • əməliyyatlar daha sürətlidir;
  • informasiyanın itirilməsi riski aşağıdır;
  • xərclər nisbətən azdır;
  • hesablamaların dəqiqliyi daha yüksəkdir.

Yuxarıda qısa da olsa, “Bulud yaxud onlayn mühasibat nədir, ənənəvidən nə ilə fərqlənir?” suallarına cavab verməyə çalışdıq.

Yekun olaraq qeyd edək ki, onlayn mühasibatlıq xidməti biznesə öz məlumatlarını bir yerdə saxlamağa kömək edir, maliyyə məlumatlarının təşkilini təkmilləşdirir, məlumatların əlçatanlığını artırır. Bütün bunlar uçot məlumatlarından daha asan istifadəyə imkan verir.

whatsapp