Ramin Ramazanov – Direktor/mühasibat və audit üzrə ekspert
Sərbəst mühasib-auditor peşəsi nə vaxt yaranıb?
İşgüzar təcrübədə tez-tez rastlaşdığımız audit yoxlaması nədir? Bu yoxlamanın mərkəzi fiquru auditor kimdir? Auditin mahiyyəti haqqında burada ətraflı danışmışıq. Auditor isə audit yoxlaması aparan, maliyyə hesabatlarının dürüstlüyünü müəyyən edən uyğun lisenziyaya malik mütəxəssisdir
Bir çox şirkətlərdə maliyyə hesabatlarına müstəqil baxış məqsədi ilə auditin planlaşdırılması həyata keçirilir. Bəziləri bunu qanunun tələbləri əsasında edir, bəziləri isə könüllü. Müntəzəm aparılan maliyyə nəzarəti və audit məlumat istifadəçilərini etibarlı informasiya ilə təmin edir. Azərbaycan qanunvericiliyinə əsasən audit sərbəst auditorlar, habelə audit şirkətləri tərəfindən aparılır. Audit standartları, yoxlamanın aparılma qaydaları qanunvericiliklə tənzimlənir.
“Auditor” sözü latınca “audio” sözündəndi, “eşidir”, “dinləyir” deməkdir. Tarixdən məlumdur ki, ilahiyyat təhsili müəssisələrində müəllimlər tərəfindən digər tələbələrin yoxlaması həvalə edən əlaçı tələbə belə adlandırılırdı. O, tələbələri dinləyir, öyrəndikləri materialı necə mənimsədiklərini müəyyənləşdirir, həmçinin tapşırıqların keyfiyyətini qiymətləndirirdi.
1088-cı ildə İngiltərədə krallığın vətəndaşlarına məxsus bütün əmlakın tam siyahıyaalınması tamamlandı. Bu məlumatlar “Qiyamət günü kitabı” adlana iki qalın kitabda toplandı. Ad seçimi təsadüfü deyildi: burada toplanan məlumatlar, Qiyamət günü Uca Tanrıya təqdim ediləcək məlumatlar kimi dəqiqdir!
Həmin kitablardan məlum olur ki, o dövrdə İngiltərədə cəmisi iki milyon insan yaşayırdı! Bu proses İngiltərədə auditin inkişafı və formalaşması üçün ilkin şərtlərdən biri hesab edilir.
İngilis dilli ölkələrdə bu günə gəlib çatmış audit haqqında ən qədim qeyd 1130-cu ilə təsadüf edir. Bu, mühasibat sənədlərindən birində İngiltərə və Şotlandiya Xəzinədarlığının arxivlərində aparılan auditə istinadlardır.
Artıq 1200-cü illərdə Londonda artıq auditor peşəsi mövcud idi. 14-cü əsrin əvvəllərində isə artıq “Auditor kimdir?” sualına əminliklə “Onlar seçilmiş məmurlardır” cavabını vermək olardı. Qeyd etmək lazımdır ki, həmin dövrün auditorları hələki sərbəst formada, audit şirkətləri yaratmadan fəaliyyət göstərirdi.
Auditor fəaliyyətini tənzimləyən, auditin mahiyyəti haqqında ilk qanunvericilik aktı 1285-ci ildə İngiltərə kralı I Edvard tərəfindən verilmişdi.
1844-cü ildən Böyük Britaniyada şirkətlər haqqında bir sıra qanunlar qəbul edildi. Həmin qanunları şirkətlərdə auditin planlaşdırılması işlərinin ilk cücərtiləri hesab etmək olar. Bu qanunlara görə şirkət rəhbərləri ildə bir dəfə səhmdarlara müəssisənin imzalanmış balansını təqdim etməli və hesabatlar üzrə maliyyə nəzarəti və audit aparmaq, habelə hesabatlardakı məlumatların səhihliyinə səhmdarlar qarşısında təminat vermək üçün müstəqil mühasibi (auditor) dəvət etməli idilər.
1880-ci ildə İngiltərə və Uelsdə Mühasiblər İnstitutu yaradıldı. Hazırda fəaliyyətdə olan bu təşkilat mühasibat uçotu və audit standartları hazırlayır, müxtəlif audit materiallarını dərc edən “Associates” jurnalını nəşr etdirir.
Müasir audit nəzarətin xüsusi təşkilati formasıdır
Mövcudluq tarixi boyunca ətraf mühitin dəyişməsi fonunda auditor peşəsi də dəyişir, inkişaf edirdi. Təbii olaraq belə bir sual yaranır: müasir auditor kimdir, dəyişən mühitə o, necə uyğunlaşır?
Ətraf mühit auditin mahiyyəti, yoxlamaların əhatəsi, audit standartları və onların tərkibini müəyyən edir. Bu gün maliyyə nəzarəti və audit bazar infrastrukturunun tərkib elementi, şirkətlərin cərimə və sanksiyalardan etibarlı mühafizəsi, nəzarətin xüsusi təşkilati formasıdır. Auditor peşəsi getdikcə daha çox ixtisaslaşır və rəqəmsallaşır. Audit şirkətləri daha dar çərçivədə ixtisaslaşmış analitikləri, aktiv qiymətləndiricilərini, mühasibləri, İT mütəxəssislərini öz sıralarına cəlb edir.
Auditin əsas məqsədlərindən biri maliyyə hesabatlarının istifadəçiləri üçün informasiya riskinin məqbul səviyyəyə (yəni maliyyə hesabatlarında yanlış və ya qeyri-dəqiq məlumatların daxil olma ehtimalı) endirilməsidir.
Sərbəst auditorlar (audit şirkətləri) tərəfindən maliyyə hesabatlarının yoxlanması zamanı:
Yoxlamanın nəticələri auditor rəyində öz əksini tapır.
Respublikamızda auditorların fəaliyyəti “Auditor xidməti haqqında” AR qanunu ilə tənzimlənir. Qanun “Auditor kimdir?” sualına cavab verməklə yanaşı, auditin mahiyyəti, auditin planlaşdırılması kimi məsələləri də şərh edir. Qanunda sərbəst auditorların, audit şirkətlərinin hüquq, vəzifə və məsuliyyətləri müəyyən edilib.
Auditorların lisenziyalaşdırılması müstəqil maliyyə nəzarəti və audit orqanı olan Azərbaycan Respublikasının Auditorlar Palatası tərəfindən həyata keçirilir. Palata həmçinin auditorların fəaliyyətinin beynəlxalq audit standartları və yerli qanunvericilik aktlarına uyğunluğuna nəzarət edir.
Bizim autsorsinq əsaslı xidmətlərimizin geniş çeşidi ilə daha ətraflı aşağıdakı nömrələrimizə zəng edib tanış ola bilərsiniz.