Vergi sistemi hər bir ölkənin maliyyə sabitliyinin və ictimai xidmətlərin əsas təminatçısıdır. Azərbaycanda da dövlətin sosial və iqtisadi funksiyalarını icra edə bilməsi üçün vergi gəlirləri əsas mənbələrdən biridir. Lakin bəzi fiziki və hüquqi şəxslərin qanunsuz şəkildə vergidən yayınması bu sistemin fəaliyyətinə ciddi zərər vurur. Bu məqalə Azərbaycanda vergi yayınmalarından risklər, vergidən yayınma formaları, belə halların qarşısının alınması yolları haqqındadır.
Vergidən yayınma – vergi ödəyicisinin dövlətə ödəməli olduğu vergini tam və ya qismən gizlətmək (bilərəkdən yaxud bilməyərəkdən), habelə ödəməkdən boyun qaçırmaq məqsədilə bilərəkdən etdiyi qanunsuz hərəkətlərdir. Buraya:
Dövlətin fəaliyyəti üçün lazım olan maliyyə vəsaitlərinin formalaşmasında vergi daxilolmaları mühüm rol oynayır, odur ki, vergi yayınmalarından risklərin profilaktikası prioritet məslədir. Vergi ödəyiciləri də nəzərə almalıdırlar ki, vergi öhdəliklərinin yerinə yetirməsi, şəffaf və qanuni fəaliyyət göstərməsi dövlətin və cəmiyyətin ümumi rifahına təsir göstərir.
Bəzən ayrı-ayrı şəxslər və ya müəssisələr müxtəlif yollarla vergidən yayınmağa cəhd göstərirlər ki, bu da hüquqi, iqtisadi, idarəetmə və sosial risklərə səbəb olur. Risklərin idarə edilməsi həm dövlət büdcəsinə daxilolmaların artmasına, həm də müəssisələrin cərimələr formasında maliyyə itkilərinin qarşısının alınmasına kömək edir, məhkəmə çəkişmələrindən qaçmağa yardımçı olur.
Risklərin qarşısının alınması üçün vergi orqanları və müəssisələr tərəfindən keçirilən yoxlamalr mühüm əhəmiyyətə malikdir. Aşkar edilmiş vergidənyayınma halının düzgün qiymətləndirilməsi, daha səmərəli vergi nəzarəti tədbirinin həyata keçirilməsi üçün vergi orqanları tərəfindən kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və ya operativ vergi nəzarəti tədbiri həyata keçirilə bilər.
Müəssiələr məlumatsızlıq səbəbindən yaranan vergi yayınmalarından riskləri aradan qaldırmaq üçün daxili və ya kənar audit xidmətlərindən istifadə etmək mümkündür.
Risklərdən yayınmaq üçün bizim audit xidmətlərindən istifadə edin edin.
Vergidən yayınma halları hüquqi məsuliyyət doğurur. Azərbaycan Respublikasının Vergi Məcəlləsi və Cinayət Məcəlləsində bu cür hallara qarşı müxtəlif cərimə və cinayət məsuliyyəti tədbirləri nəzərdə tutulmuşdur:
Vergi yayınmalarından risklərin yaratdığı digər fəsadlar iqtisadi xarakterlidir. Buraya aşağıdakılar aid edilə bilər:
Vergi yayınmalarından risklər haqqında danışarkən unutmaq olmaz ki, bu müəssisənin idarə edilməsinə də təsir göstərir, məsələn:
Belə riskləri bunları aid etmək olar:
Vergidən yayınma biznesə qısa müddətdə müəyyən iqtisadi fayda gətirə bilər, lakin uzunmüddətli perspektivdə həm müəssisələr, həm də bütövlükdə cəmiyyət üçün ciddi risklər yaradır. Hüquqi məsuliyyət, iqtisadi itkilər və sosial qeyri-sabitlik vergi sisteminə olan inamı zəiflədir. Bu səbəbdən də vergi ödəmək hər bir vətəndaşın və sahibkarın həm hüquqi, həm də mənəvi borcu kimi dəyərləndirilməlidir. Eyni zamand dövlət də vergi yayınmalarından risklərin proflakrikası üçün müəyyən tədbirlər görməlidir.
Vergi ödəyiciləri səviyyəsində görülən tədbirlərə bunları aid etmək olar:
Vergi yayınmalarından risklərin qarşısının alınması məqsədi ilə dövlət səviyyəsində görülən tədbirlərə vergi maarifləndirilməsi (vergi ödəyicilərinin hüquq və vəzifələri barədə məlumatlandırma), motivasiya (dürüst vergi ödəyicilərinə güzəştlərin tətbiqi) kimi tədbirləri nümunə göstərmək olar.
Vergidən yayınma Azərbaycanda qanunvericilik və iqtisadi sabitlik üçün böyük təhlükə mənbəyidir. Bu problem yalnız cərimələrlə deyil, vergi mədəniyyətinin inkişafı, şəffaflıq və maarifləndirmə vasitəsilə də aradan qaldırılmalıdır. Sahibkarlar qanunlara uyğun fəaliyyət göstərməklə vergi yayınmalarından riskləri minimuma endirərək həm özlərinin, həm də ölkənin iqtisadi rifahına töhfə vermiş olurlar.