Bu gün dünya iqtisadiyyatının inkişafı və inteqrasiyası fiziki və hüquqi şəxslərə müxtəlif ölkələrdə gəlir əldə etmək imkanı yaradıb. Belə bir inteqrasiya biznes üçün “sərhəd” anlayışını aradan qaldırsa da, ölkələr rezident və qeyri-rezident şəxslər üçün yerli xüsusiyyətləri nəzərə alan öz vergi qanunvericiliyini tətbiq etməyə çalışır.
Əgər vergi ödəyicisinin fəaliyyət göstərdiyi ölkələrin qanunvericiliyində “vergi rezidentliyi” anlayışının şərhinə, rezidentlik statusunun müəyyən edilməsinə fərqli yanaşırlarsa, bu zaman həmin vergi ödəyicisi eyni zamanda iki ölkədə vergitutma məqsədləri üçün rezident ola bilər. Eyni zamanda, bu ölkələr rezidentlərini dünya gəlirləri bazasında gəlir vergisinə cəlb edərsə, vergi ödəyicisi ikiqat vergitutmanın ağırlığını hiss edəcəkdir.
İkiqat vergitutma – iki fərqli ölkə tərəfindən bir şəxsin (fiziki yaxud hüquqi) eyni gəlir (mənfəət) və ya əmlak üzərindən vergiyə cəlb olunmasıdır. |
Bu ağırlığın aradan qaldırılması məqsədi ilə iqtisadi ədəbiyyatda iki yol qeyd edilir:
Əksər hallarda ölkələri hər iki variantı eyni zamanda tətbiq edir.
Beynəlxalq iqtisadi fəaliyyət zamanı vergitutmanın tənzimlənməsi məqsədi ilə daxili qanunvericilik aktlarının qəbulu bir sıra xüsusi prinsiplərə, o cümlədən ölkələr tərəfindən ikiqat vergitutmanın aradan qaldırılmasın təmin edən prinsiplə əsaslanır.
Həm ölkə daxilində, həm də ölkə xaricində fəaliyyət göstərən şəxs üçün təkcə həmin ölkələrdə tətbiq edilən vergi dərəcələrini deyil, vergitutma prinsiplərini də bilmək vacibdir, belə ki, gəlirin vergiyə cəlb olunması tətbiq olunan prinsiplərdən asılı olaraq fərqlənə bilər.
Dünya ölkələrində tətbiq olunan qanunvericilik aktlarının qəbulu zamanı istifadə olunan vergitutma prinsiplərinə əsasən iki qrupa bölmək olar:
Birinci halda, vergitutma məqsədləri üçün vergi ödəyicisinin statusu qlobal prinsip əsasında, ikinci halda isə ərazi prinsipi əsasında təyin olunur.
Vergi statusunun müəyyən edilməsi zamanı istifadə edilən qlobal və ərazi prinsiplərinin hansı ölkədə, necə tətbiq edildiyin anlamaq, biznes sahiblərinə konkret məqsədləri üçün daha sərfəli vergi qanunvericiliyinə sahib ölkəni seçməyə imkan verir. Belə ki, xaricdə biznes qurmaq üçün ölkə seçərkən əsas məsələ gələcək biznesin vergiyə cəlb edilməsi mexanizmini başa düşməkdir. “Rezident” anlayışı yuxarıda göstərilən hər iki prinsipin əsasını, özəyini təşkil edir. Buna görə də, qlobal, habelə ərazi vergi prinsiplərini daha dərindən başa düşmək üçün, ilk növbədə hansı fiziki yaxud hüquqi şəxsin rezident hesab edildiyin müəyyən etmək vacibdir.
Rezidentlər – ölkədə qeydiyyatda olan və ya müəyyən günlər ərzində yaşayan, milli qanunvericiliyə tam tabe olan fiziki və ya hüquqi şəxslərdir. Qeyri-rezidentlər – bir dövlətdə fəaliyyət göstərən, lakin daimi qeydiyyatda olan, amma başqa dövlətdə yaşayan fiziki və ya hüquqi şəxsdir. |
Rezidentliyin müəyyən edilməsi meyarları ölkələrə görə dəyişə bilər, amma aşağıdakı meyarlar mühüm əhəmiyyətə malikdir:
“Effektiv idarəetmə və əməliyyatlar mərkəzi” onların fəaliyyətinin yaxud idarəetmənin həyata keçirildiyi ərazi anlamında işlədilir.
Vətəndaşlıq çox vaxt insan və ölkə arasında sıx əlaqə kimi qəbul edilir, doğum, nəsil yaxud naturalizasiya yolu ilə verilə bilən hüquqi statusdur.
Naturalizasiya – bir ölkəyə qanuni yolla daxil olmuş (və ya siyasi sığınacaq almış), ölkədə qalmasına icazə verilmiş və müəyyən müddət ərzində orada yaşayan insanlara vətəndaşlığın verilməsi prosesidir. |
Vətəndaşlıq insana hüquqlar ( mülk sahibi olmaq, sosial xidmətlərdən istifadə etmək, pasport almaq üçün müraciət və sair) verir, amma bu vətəndaşı olduğu ölkədə yaşamaq və işləmək öhdəliyi deyil. Vətəndaşlıq, bir qayda olaraq, ömür boyu davam edir, onu itirmək çətindir.
Eyni zamanda insanın yaşayış yeri (yaşayış icazəsi ilə yaxud daimi yaşayış yeri kimi) onun harada yaşadığını və işlədiyin göstərir. Nəticədə rezidentlik statusunun sahibinin hüquqları, bir qayda olaraq, onların ölkədə fiziki mövcudluğundan asılıdır.
İnsanlar əsasən vətəndaşı olduqları ölkədə yaşayırlar, amma vətəndaşlıq yaşayış yerinin müəyyənedici amili deyil. Məsələn, kimsə Azərbaycan vətəndaşı ola bilər, amma Türkiyədə, Rusiyada yaşayır və işləyir.
“Vergi rezidentliyi” (“fiksal yaşayış yeri”, “fiksal rezidentlik”) ölkəsi, şəxsin, adətən “dünya üzrə gəlir” prinsipi əsasında vergi ödəməli olduğu ölkədir.
Müəyyən bir ölkədə vergitutma məqsədilə vergi ödəyicisinin statusu ölkənin daxili qanunvericiliyi ilə müəyyən edilir və hər bir ölkə vergi rezidentliyinin öz tərifini tətbiq edir.
Fiziki şəxslər, adətən, aşağıdakı hallarda vergi rezidenti sayılır:
Tətbiq edilən qanunvericilidən asılı olaraq eyni zamanda bir neçə ölkədə vergi rezidenti olmaq mümkündür.
Əgər ikili vergi rezidentliyiniz varsa, ikiqat vergitutma sazişləri eyni gəlirin iki dəfə vergiyə cəlb olunmanın qarşısını ala bilər. Belə vəziyyətə düşdükdə peşəkar məsləhət sizə kömək edər.
Məsləhət üçün “Accounting.Az” MMC-nin “Vergi konsultasiyası” xidmətinə müraciət edin
Adətən bir ölkədə, onun qanunvericiliyinə uyğun təsis edilmiş və sahibkarlıq fəaliyyəti həyata keçirən şirkət həmin ölkənin vergi rezidenti hesab olunur. Bundan başqa, bir çox ölkələrin qanunvericiliyində vergi rezidentliyi xarici şirkətin effektiv idarəetmə və əməliyyatlar mərkəzinin yerləşdiyi yer üzrə müəyyən edilməsi də nəzərdə tutulub.
Təcrübə göstərir ki, idarəetmə yeri meyarına görə rezidentliyin tətbiqi o qədər də sadə deyil. Məsələn, bu meyarın uzun müddət istifadə olunduğu Böyük Britaniyada onun tətbiqində qeyri-müəyyənlik var, bunu 2020-ci ilin məhkəmə presedenti də sübut edir.
Fiziki yaxud hüquqi şəxs birdən çox ölkənin vergi rezidenti hesab edilə bilər. İkiqat vergitutmanın aradan qaldırılmasına dair beynəlxalq sazişlər (DTA) olmadıqda, belə rezidentlik ikiqat vergitutmaya səbəb olması mümkündür. Əgər DTA varsa, onun tətbiqi məqsədləri üçün sazişdə həmin şəxsin hansı ölkənin rezidenti kimi tanınması müəyyən edilir.
Azərbaycan Respublikasında rezidentlik, rezident və qeyri-rezidentlik anlayışı, vergi rezidentliyi məsələləri Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə tənzimlənir. Amma bu artıq növbəti məqaləmizin mövzusudur.