Azərbaycanda əcnəbilərin işə cəlb etməsi yaxud əcnəbilərin Azərbaycanda aktiv bizneslə məşğul olması artıq heç kimi təəccübləndirmir. Vergilərin ödənilməsi zərurətini də hamı başa düşür. Bəs əcnəbi həmin vergini hara ödəməlidir- respublika büdcəsinə yoxsa öz ölkəsinin büdcəsinə yaxud hər iki dövlətə? İkiqat vergitutmanı aradan qaldırmaq üçün dövlətlər arasında beynəlxalq müqavilələr bağlanılır. Vergi rezidentliyi sertifikatı adlanan xüsusi sənəd təqdim etməklə xarici ölkədə ödənilən verginin nəzərə alınması, güzəştli vergi dərəcəsi tətbiq etmək mümkündür. “Fiziki və hüquqi şəxslərin vergi rezidentliyi” anlayışını tətbiqi ikiqat vergitutmanın aradan qaldırılmasında mühüm rol oynayır. Bəs rezidentlik nədir, Azərbaycanda vergi sertifikatı necə alınır? Sizə təqdim etdiyimiz məqalə həmin sualların şərhinə həsr olunub.
Vergi məqsədləri üçün rezident şəxs anlayışı Azərbaycan Respublikası Vergi Məcəlləsinin 13.2.5 maddəsində şərh olunub. AR vergi qanunvericiliyinə görə hüquqi şəxs aşağıdakı iki meyardan biri mövcud olduqda vergi rezidenti hesab olunur:
Rezidentlik sertifikatı xarici dövlətdə gəlir əldə etmək istəyən hüquqi şəxsə müvafiq müqavilələr əsasında ikiqat vergitutmanı aradan qaldırmağa kömək edir.
Vergi rezidentliyi sertifikatı vergi məqsədləri üçün rezidentliyi təsdiq edən sənəddir. |
Rezident anlayışı fiziki şəxslərə münasibətdə də tətbiq edilir. Fiziki şəxslər üçün əsas meyar onların respublika ərazisində faktiki mövcudluğudur (təqvim ili ərzində üst-üstə 182 gündən artıq). Bu şərt ödənmədikdə digər meyarlar nəzərə alına bilər (bax: “Fiziki və hüquqi şəxslərin Azərbaycan Respublikasında vergi rezidentliyi”). İkiqat vergitutmanın aradan qaldırılması məqsədi ilə bağlanmış dövlətlər arası müqavilələrə uyğun vergi güzəştlərinin tətbiqi üçün fiziki şəxslərə də rezidentliyi təsdiq edən sertifikat verilə bilər.
Rezidentlik sertifikatının alınması “İkiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı qaydaları” əsasında ilə tənzimlənir. Sertifikat Azərbaycan Respublikası rezidentinə vergi orqanları tərəfindən cari yaxud əvvəlki illər üçün (müəssisənin yarandığı il daxil olmaqla) üçün verilir. Beynəlxalq müqavilənin tətbiqi üçün verilən bu sənəd növbəti il üçün təqdim olunmur.
Azərbaycanda vergi rezidentliyi sertifikatı almaq üçün fiziki yaxud hüquqi şəxs “Rezidentlik sertifikatının alınması haqqında” ərizəni (DTA 01 forması) dolduraraq vergi orqanına elektron formada yaxud kağız daşıyıcıda təqdim etməlidir.
Razılığa gələn digər dövlət müraciət edən şəxsin rezidentliyini yalnız həmin dövlətin qaydalarına uyğun forma üzrə təsdiqlənməsin tələb edə bilər. Bu zaman vergi rezidentliyi sertifikatı həmin dövlətin forması üzrə verilir. Bu halda rezidentliyin təsdiqi üçün müraciət edən şəxs:
Vergi orqanı rezidentliyi həm digər dövlətin formasında, həm də onun Azərbaycan dilinə olan tərcüməsində təsdiq edir.
Vergi qanunvericiliyi ilə bağlı sualınız var? “Vergi konsultasiyası” xidmətini sifariş edin!
Qeyd etdiyimiz kimi, bu sənəd vergi orqanı tərəfindən verilir. Gəlin bunu bir az dəqiqləşdirək:
Sonuncu halda şəxsin vergi uçotuna alınması zərurəti meydana çıxarsa, vergi rezidentliyi sertifikatı müraciət edən şəxsi vergi uçotuna aldıqdan sonra verilir.
Azərbaycanda vergi rezidentliyi sertifikatı almaq üçün müraciət edən şəxsin rezident olması təsdiqlənərsə Dövlət Vergi Xidmətinin elektron informasiya sistemində kodlu rezidentlik sertifikatı tərtib olunur, elektron formada imzalanır və rezidentin elektron poçt ünvanına göndərilir.
Müraciət edən şəxs vergi rezidentliyi sertifikatını kağız daşıyıcıda da tələb edə bilər. Bu halda sertifikatın imzalı və möhürlü nüsxəsi:
Accounting.Az konsaltinq şirkəti Azərbaycanda vergi rezidentliyi sertifikatını əldə edə, həmçinin ikiqat vergi müqavilələrinə uyğun vergi güzəştlərinin alınmasında sizə kömək edə bilər.