İnventarizasiya xidmətləri

Mühasibat uçotu məlumatlarının əsas keyfiyyət meyarı onların etibarlığıdır. Bunu, bir qayda olaraq, müəssisənin əmlakının, öhdəliklərinin vəziyyətini izləmək üçün aparılan inventarizasiya təsdiqləyir. Mühasibat uçotu xidmətləri bazarında fəaliyyət göstərən bir sıra konsaltinq şirkətləri invertarizasiya xidmətləri də təklif edir. Xidmət vasitəsilə müəssisənin ofisində, anbarda, struktur bölmələrdə olan əmlak sayılır, onların faktiki mövcudluğu, habelə öhdəliklərin, hesablaşmaların, sair sərvətlərinin uçot məlumatlarına uyğunluğu yoxlanılaraq təsdiqlənir.

İnventarizasiya hansı hallarda aparılır?

İnventarizasiya müəssisə rəhbərliyinin təşəbbüsü əsasında könüllü yaxud məcburi aparılır. Onun məcburi keçirilməli olduğu hallar AR Maliyyə Nazirliyini “Aktivlərin və öhdəliklərin inventarizasiyası qaydaları”-da sadalanıb. Aşağıdakılar belə hallara nümunədir:  

  • illik maliyyə hesabatlarının hazırlanmasından əvvəl;
  • maddi məsul şəxslər dəyişdikdə;
  • oğurluq, sui-istifadə, habelə qiymətlilərin zədələnməsi faktları müəyyən edildikdə;
  • təbii fəlakətlər, yanğınlar, qəzalar zamanı;
  • qanunla müəyyən edilmiş başqa hallarda.

Bakıda mühasibat uçotu xidmətləri sahəsində ixtisaslaşan “AccountingAz” konsaltinq şirkəti müştərilərinə obyektiv, operativ, keyfiyyətə zəmanətli inventarizasiya xidmətləri göstərir. 

Bizimlə əməkdaşlığın faydaları

“AccountingAz” konsaltinq şirkətinin mütəxəssisləri kifayət qədər təcrübəyə, nəzəri bazaya malikdirlər. Onlar:

  1. əmlakın sayımın operativ, keyfiyyətli  həyata keçirir;
  2. muhasibat uçotunun tamlığını, etibarlılığını yoxlayır;
  3. mövcud durumun muhasibat məlumatları ilə qərəzsiz müqayisə edir; 
  4. mühasibatlığa invertarizasiyanın nəticələri əsasında məsləhətlər verir;
  5. yoxlama aktlarına əsasın sənədlərdə peşəkar düzəlişlər aparır. 

İnventarizasiya nəticəsində müəyyən edilən artıqlara, çatışmazlıqlara müxabirləşmə verilməsi mütəxəssisdən yüksək  muhasibat bilikləri tələb edir. Bakıda mühasibat uçotu xidmətləri bazarında özünəməxsus yeri olan “AccountingAz” konsaltinq şirkətinin əməkdaşları sizə səhvsiz, dəqiq yekun sənədlər hazırlayacaq. 

Biz yüksək peşəkarlığa, müqavilə öhdəliklərinin dəqiq yerinə yetirilməsinə, prosedurun maksimum səmərəliliyinə zəmanət veririk.

+99412 310 09 29  yaxud  +99412 598 37 98 nömrəli tlelfonlara zəng edərək daha geniş məlumat ala bilırsiniz. “Geriyə zəng” xidmətindən yararlanın, sizə biz zəng edərik.

 

İnventarizasiya xidmətlərinin tərkibinə nələr daxildir?

Əmlakın tam inventarizasiyası – ildə ən azı bir dəfə keçirilən məcburi prosedurun vaxtında, peşəkarcasına bitməsini istəyirsinizsə, bizə müraciət edin.  

Anbar sayımı  – bütün mal-material qalıqlarının mühasibat uçotu məlumatları ilə müqayisə etmək üçün inventar siyahıları hazırlanır.

Daşınmaz əmlakın invertarizasiyası  – binaların, tikililərin, torpaq sahələrinin (tikili altında yaxud onunla birgə) vizual, ölçü, sənəd əsasında yoxlanmasıdır. Sahibkarlıq subyekti rəhbərliyinin təşəbbüsünə uyğun istənilən yerdə keçirilə bilər.

Material ehtiyatlarının sayımı – müəssisənin dövriyyə vəsaitlərinin – xammalın, materialların, hazır məhsulların, yarımfabrikatların, məişət avadanlıqlarının və s. yoxlanması əhatə olunur. 

Mağaza sayımı – malların yenidən sayılması vaxt aparan, məsuliyyətli işdir. Bizim mütəxəssislər əsəblərinizə, vaxtınıza qənaət edəcək, işinizi xeyli asanlaşdıracaq. 

Aptekdə invertarizasiya –  bütün əmlak, ayrı-ayrı qruplar yenidən hesablanır, əmtəə siyahıları, müqayisə hesabatları tərtib olunur, muhasibat sənədlərində düzgün düzəlişlər edilir.

Öhdəliklərin inventarizasiyası  zamanı faiz xərci yaradan kreditlər, qiymətli kağızlar üzrə sənədlər, əməkdaşların işdən çıxma müavinəti, digər ödənişlər, kreditor borcların tərkibi, gələcək dövrün gəlirlərinin strukturu, sair öhdəliklər yoxlanılır. 

Bakıda mühasibat uçotu xidmətlərinin tam çeşidini təklif edən “AccountingAz” konsaltiq şirkəti:

  • qeyri-maddi aktivlərin;
  • təbii sərvətlər üzrə məsrəflərin;
  • investisiyaların;
  • debitor borcların;
  • digər maliyyə aktivlərinin inventarizasiya xidmətini də həyat keçirə bilər.

Mütəxəssislərimiz inventarızasiyanı  düzgün təşkil etməkdə sizə kömək edəcək, habelə nəticələri muhasibat uçotu registrlərində əks etdirəcəklər. 

Bunlar bizim xidmətlərin hamısı deyil. AccountingAz –ın peşəkar mühasibləri qısa müddətdə rüblük, illik maliyyə hesabatları hazırlaya bilərlər.  Həmçinin,  autsorsinq əsasında muhasibatlığı bizə həvalə edə bilərsiniz: mühasibat uçotu xidmətlərinin keyfiyyəti zamanla yoxlanılıb. 

Qiymətlər necə müəyyən edilir?

İnventarizasiya xidmətlərinin qiymətləri fərdidir, obyektdən, onun yerləşdiyi məkandan, işin həcmindən, müddətdi, bu kimi başqa amillərdən asılıdır. 

Xidməti necə sifariş etmək olar?

E-mailimizə (info@accounting.az), onlayn messengerlərdə yazın, bizimlə əlaqə saxlayın. Ofisimizə gəlin, istəklərinizi, onlara uyğun qiyməti birgə müzakirə edək. Əlavə sualları  yaranarsa WhatsApp-da  (+99450 225 82 05) müraciət edin, bizim mütəxəssislər sualları həvəslə cavablandırar. 

whatsapp