Accounting.Az ilə Vergi kursları

Ümumi

Praktiki bəyannamə və hesabatların hazırlanması kursu

Vergi bəyannamələri və hesabatların təqdim edilməsi bütün dövrlərdə həmişə aktual olub və olacaq. Onları necə təqdim etməyi öyrənmək üçün isə əksəriyyətimizin sadəcə vaxtı, enerjisi yaxud həvəsi yoxdur. Buraya Vergi Məcəlləsinə tez-tez edilən dəyişiklikləri  əlavə etsək vergilər üzrə mütəxəssis olmağın önəmi daha da aydın olar.

 “Praktiki bəyannamə və hesabatların hazırlanması” kursu bu sahədə bilik, bacarıqlar əldə etmək istəyənlər üçün hazırlanıb. Bu kursu bitirdikdən sonra siz, asanlıqla aşağıdakı bəyannamələri hazırlayıb təqdim edə  biləcəksiniz:

  • Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığortası, işsizlikdən sığorta, icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı) – Vahid bəyannamə;
  • Sadələşdirilmiş vergi üzrə bəyannamələr;
  • Ödəniş mənbəyində tutulan vergilər (ÖMV) üzrə bəyannamələr;
  • Gəlir vergisi bəyannaməsi;
  • Mənfəət vergisi bəyannaməsi, ona əlavələr;
  • ƏDV bəyannaməsi;
  • Torpaq, əmlak, mədən vergiləri üzrə bəyannamələr;
  • Digərləri.

Kursda həmçinin “Bəyannamə Tərtibat Proqramı”ndan (BTP) istifadə edilməsi, statistika hesabatının tərtibi və göndərilməsi qaydalarını da öyrənəcəksiniz.

Kurs  “Accounting.az” konsaltinq şirkəti tərəfindən hazırlanıb. “Accounting.az”  Bakıda vergi kursları təklif edən, mühasibat, vergi uçotu mütəxəssisləri hazırlayan qabaqcıl şirkətlərdən biridir.   

Tərəfimizdən köməkçi fayl və cədvəllər təqdim ediləcək. Məzunlara iş prosesində bəyannamələrlə bağlı yaranan suallarla bağlı  3 ay ərzində məsləhətlər veriləcək. 

Qeydiyyat linki: https://form.cubics.pro/form/F6dDCzuQ9nH9n9K5T

Əlavə dəyər vergisi üzrə nəzəri və praktiki təlim

Nələri öyrənəcəksiniz?

  • Əlavə dəyər vergisi anlayışı, ödəyicilər, vergi tutma obyekti, qeydiyyat, qeydiyyatın ləğvi;
  • ƏDV hesablanacaq əməliyyatların dəyərinin təyini, dövriyyənin dəqiqləşdirilməsi;
  • ƏDV güzəştləri, azad olmalar, “0” dərəcə ilə əməliyyatlar;
  • vergi tutulan əməliyyatın vaxtı, əməliyyatın aparılma yeri;
  • qeyri-rezidentin ƏDV-si üzrə vergi tutulan əməliyyatın vaxtı və dəyərinin müəyyən edilməsi;
  • agent üzrə əməliyyatların vergiyə cəlb edilməsi;
  • ƏDV əvəzləşdirilməsi, artıq ƏDV-nin qaytarılması;
  • bəyannamənin tərtib edilməsi;
  • EFP proqram təminatına əvəzləşdirilən ƏDV məbləğinin yüklənməsi.

Təlim mühasiblər, mühasib köməkçiləri, tələbələr, Dövlət Vergi Xidməti Orqanlarına işə qəbulla əlaqədar imtahanlarda iştirak etmək istəyənlər üçün nəzərdə tutulmuşdur.

Təlimin gedişatını əks etdirən kiçik video rolikə buradan baxa bilərsiniz. 

Əlavə dəyər vergisinin hesablanması,  ƏDV bəyannaməsi üzrə bilik və bacarıqlara malik mütəxəssislərə həmişə yüksək tələbat var. Kursumuzun məzunlarının əksəriyyəti uğurlu karyera qurur, işəgötürənlər tərəfindən hörmətlə qarşılanır.

Mənfəət vergisi və bəyannaməsi üzrə nəzəri və praktiki təlim

Kurs kimin üçün faydalıdır?

  • baş mühasiblərə – dəyişikiliklərdən, yeni tələblərdən xəbərdar olmaq üçün;
  • bilik və bacarıqlarını artırmaq istəyən baş mühasibin müavinlərinə;
  • vergilər üzrə mühasiblərə – iş prosesində yaranan suallara cavab tapmaq vergi risklərini azaltmaq üçün;
  • fəaliyyətində müəyyən fasilə yaranmış mühasiblərə  – bilikləri yeniləmək və səhvsiz işləmək məqsədi ilə;
  • tələbələrə, dövlət vergi xidməti  orqanlarına işə qəbulla imtahanları hazırlaşanlara.

Təlim prosesində hansı suallara cavab tapacaqsınız?

  • mənfəət vergisini kimlər ödəyir;
  • kim vergi ödəmir;
  • gəlir, xərc nədir, vergi məbləği necə hesablanır;
  • gəlir və xərclərin müəyyən olunma tarixi;
  • vergi dərəcəsi, avans ödənişlər;
  • gəlir, xərc və mənfəət (zərər) üzrə mühasibat uçotu:
  • hesabat dövrü, vergi bəyannaməsi;
  • 2022-ci ildə vergi bəyannaməsində olan yeniliklər var və sair.

Kursun tam proqramına aşağıdakı keçiddən baxa bilər yaxud kompüterinizə yükləyə bilərsiniz.

Mənfəət vergisi və bəyannaməsi üzrə nəzəri və praktiki təlimin iştirakçıları hər mövzu üzrə təlim materialları ilə təmin olunurlar.

Ofisimiz Bakıda rahat məkanda yerləşir. Ünavanımız:  Cəfər Cabbarlı 44, Caspian Plaza 2.

Bizim autsorsinq əsaslı xidmətlərimizin geniş çeşidi ilə daha ətraflı aşağıdakı nömrələrimizə zəng edib tanış ola bilərsiniz.

+994125983798

+994123100929

+994502258205 

whatsapp