Əmtəə nişanı nədir, şirkətə niyə lazımdır, əmtəə nişanının qeydiyyatı necə aparılır

Accounting.az konsaltinq şirkətinin Bakıda əqli mülkiyyətin, əmtəə nişanının qeydiyytaı üzrə xidmətləri
Ümumi

Əmtəə nişanı nədir?

Əmtəə nişanı müxtəlif sahibkarların əmtəə və ya xidmətləri arasında fərqi təmin etmək məqsədi illə istifadə edilən işarədir, qorunan əqli mülkiyyət hüquqlarından biridir. Azərbaycanda əmtəə nişanının qeydiyyatı “Əmtəə nişanları və coğrafi göstəricilər haqqında” qanunun tələblərinə uyğun aparılır. Qeydiyyat onun hüquqi mühafizəsini təmin edir. Bu qanunun 1-ci maddəsinə görə o, “sahibkarın əmtəələrini və ya xidmətlərini digər sahibkarın əmtəələrindən və ya xidmətlərindən fərqləndirən və qrafik təsvir edilən nişan və ya nişanların hər hansı bir uzlaşmasıdır (kombinasiyasıdır)”.

Əmtəə nişanına qeydiyyata alınmış müstəsna hüquq 10 il qüvvədə olur. Nişan sahibinin ərizəsi əsasında, müvafiq haqq ödənməklə hər dəfə bu müddət 10 il artırmaq olar.

Nələr əmtəə nişanı kimi qeydə alına bilər?

Bu yuxarıda qeyd edilən qanunun 4-cü maddəsində təsbit edilib. Buraya aiddir:

  • sözlər, şəxsi adlar, hərflər, rəqəmlər;
  • təsviri elementlər ,
  • əmtəələrin forması, qablaşdırılma;
  • rənglərin və yuxarıdakıların hər hansı kombinasiyası.

Qeydiyyatdan imtinanın əsasları qanunun 5 və 6-cə maddələrində şərh olunub.

Əmtəə nişanının qeydiyyatı hansı üstünlükləri verir?

  1. Qeydiyyatın verdiyi ən vacib üstünlük sahibkarın qoyduğu sərmayənin təhlükəsizliyinə zəmanətdir. Belə ki, o, öz brendini tanıtmalıdır, bunun üçün isə reklam, qablaşdırma üçün pul qoyur. Zaman keçdikcə brend tanınmağa başlayır. Əgər siz onu əmtəə nişanı kimi qeydiyyatdan keçirməmissinizsə bunu bir başqası öz adına edəcək və ondan pul qazanmağa başlayacaq. Brendin tanınması onun sahibi üçün əlavə gəlir deməkdir,
  2. Qeydiyyat ona müstəsna hüquq əldə etmək, onun hüquqi mühafizəsi deməkdir, bu halda yalnız onun sahibi nişandan istifadəyə icazə verə bilər (françayzinq əsasında). Həmçinin bu müstəsna hüququ pozanlardan məhkəmə vasitəsilə təzminat almaq olar.
  3. Əmtəə nişanının qeydiyyatı brendi şirkətin qeyri-maddi aktivinə çevrə bilir, bu da şirkətin dəyərin artırır. Habelə qeyri-maddi aktiv kimi sahibi tərəfindən lisenziya sazişi əsasında başqasına verilə bilər.
  4. Qeydə alınmış əmtəə nişanı yüksək keyfiyyətindən xəbər verməklə, keyfiyyətə təminat kimi də çıxış edə bilər. Bu da saxta məhsulların çıxdaş edilməsinə kömək edir, istehlakçıların inamını artırır.

Qeydiyyat üçün hara müraciət etməli?

Əmtəə nişanının qeydiyyatı iddiaçının təqdim etdiyi iddia sənədi əsasında Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən aparılır. İddiaçı sənədləri agentliyə:

  • bilavasitə; yaxud,
  • patent müvəkkili vasitəsilə təqdim edə bilər.

Xaricdə yaşayan fiziki şəxslərin nümayəndələri yaxud xarici hüquqi şəxslər (xarici iddiaçılar) qeydiyyatla bağlı müraciət və bununla bağlı digər hüquqi işləri yalnız Əqli Mülkiyyət Agentliyində qeydə vasitəsilə aparır.

Müraciəti “PƏNAH” onlayn sistemi vasitəsi ilə də etmək olar

Qeydiyyat üçün hansı sənədlər lazımdır?

Azərbaycanda əmtəə nişanının qeydiyyatı üçün iddia sənədi qeydiyyat üçün ərizədən və ona əlavə edilən zəruri sənədlərdən ibarətdir. İddia sənədi hər bir əmtəə nişanı üçün hazırlanır. Əmtəə nişanlarının qeydə alınması barədə iddia sənədinin verilməsi və ekspertizası Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalar əsasında aparılır.

Qeydiyyat üçün ərizədə bunlar əks olunur:

Əmtəə nişanının qeydiyyatı ərizəsinə əlavə edilən sənədlər bunlardır:

  • patent müvəkkilinin (nümayəndə təyin edildikdə nümayəndənin) səlahiyyətlərini təsdiq edən sənəd ( etibarnamə);
  • kollektiv nişanın nizamnaməsi, kollektiv nişanı öz adına qeydə almağa vəkil edilmiş subyektin adı, kollektiv nişandan istifadə hüququ olan subyektin bütün üzvlərinin siyahısı, bu nişanın aid ediləcəyi əmtəələrin və ya xidmətlərin siyahısı, onların vahid keyfiyyət və digər xüsusiyyətləri;
  • nişanının ilkinliyini təsdiq edən sənəd (zərurət olduqda);
  • sərgi ilkinliyini təsdiq edən sənəd (zəruri halda);
  • əmtəə nişanının qeydiyyatı üçün müəyyən edilmiş haqqın ödəniş sənədi.

Ərizə Azərbaycan dilində, digər məlumatlar isə Azərbaycan dilində yaxud başqa dillərdə verilə bilər. Müddətin hesablanması iddia sənədinin verildiyi gündən başlayır. Başqa dildə verilmiş məlumatlar 2 ay ərzində Azərbaycan dilinə tərcümə edilərək təqdim olunur. Əks halda iddia sənədi verilməmiş sayılır.

Qeydiyyat üçün iddia sənədi təqdim edildi, bəs sonra?

Qeydiyyat üçün Agentliyə təqdim edilmiş iddia sənədi qanunvericiliyin tələblərinə uyğun gəldikdə qeydə alınır və iki mərhələli ekspertizaya təqdim olunur.

İlkin ekspertiza, birinci mərhələdir, 1 ay ərzində aparılır. İlkin ekspertiza prosesində iddia sənədinin məzmunu, ərizəyə qoşulan zəruri sənədlərin mövcudluğu, tələblərə uyğunluğu yoxlanılır.

İlkin ekspertizanın nəticələrinə uyğun olaraq iddia sənədi baxılmaq üçün ya qəbil edilir, ya da rədd edilir. Bu haqda iddiaçıya bildiriş göndərilir və iddiaçı tərəfindən uyğun düzəlişlər aparıldıqdan sonra yenidən ekspertizaya təqdim edilir.

İddia olunan nişanın (işarənin) mahiyyəti üzrə ekspertizası ikinci mərhələdir, ilkin ekspertiza başa çatdıqdan sonra altı ay müddətində aparılır. Müvafiq xidmət haqqı (hazırda bu məbləğ 120 manatdır) ödənilərsə ekspertiza sürətli (bir ay) aparıla bilər.

Mahiyyət üzrə ekspertiza zamanı iddia edilən nişanın qanunvericiliyin tələblərinə uyğunluğu yoxlanılır və onun ilkinliyi müəyyən edilir.

Əmtəə nişanının qeydiyyatı barədə müsbət qərar qəbul edildikdə, iddiaçı tərəfindən 4 ay müddətində dövlət rüsumu ödənildikdən sonra (hazırda 45 manatdır) qeydiyyat aparılır, uyğun məlumat dərc edilir və şəhadətnamə verilir.

İddia edilən nişana rədd qərarı qəbul edildikdə, bu haqda qərar iddiaçıya 10 gün ərzində göndərilir. İddiaçı qanunvericiliyin müvafiq tələblərinə əməl etməklə müvafiq düzəlişlər edir yaxud qərara etiraz bildirir.

Göründüyü kimi, əqli mülkiyyətin qeydiyyatı, ekspertizası, mühafizəsi ilə bağlı hüquqi işlərin aparılması zamanı bir sıra dövlət rüsumları, habelə Əqli Mülkiyyət Agentliyinə ödəniləcək haqlar nəzərdə tutulub. Bu ödənişləri vaxtında və düzgün ödəməmək qeydiyyat zamanı vaxt itkisinə, bəzən isə qeydiyyatdan imtinaya səbəb ola bilər.

Pulunuza və vaxtınız qənaət etmək öcün bizim “Əmtəə nişanının qeydiyyatı xidməti”-nə  müraciət edin. Accounting.Az MMC-nin əməkdaşları sizə problemlərin sadə həll yolunu göstərər.

Qeydiyyatdan keçirilmiş əmtəə nişanı başqalarına istifadəyə verilə bilərmi?

Əqli Mülkiyyət Agentliyində qeydiyyata alınmış əmtəə nişanının sahibi  ondan istifadə hüququnu başqasına verə bilər. Bu Agentlikdə qeydiyyata alınmış və haqqında məlumatlar Agentliyin rəsmi “Sənaye Mülkiyyəti”  bülletenində dərc edilmiş lisenziya müqaviləsi əsasında həyata keçirilir. Lisenziya müqaviləsinin qüvvəyə minməsi üçün yuxarıda qeyd edilən şərtlərlə yanaşı, uyğun məbləğdə (hazırda 120 manat) xidmət haqqı da ödənməlidir.

Əmtəə nişana dair hüquqlar müqavilə əsasında həmin nişana aid əmtəə və ya xidmətlər üzrə bütünlüklə yaxud bir hissəsi üzrə başqasına verilə bilər. Müqavilənin Agentlikdə qeydiyyatı üçün ödənilməli dövlət rusumu hazırda 60 manatdır.

Hüquqların verilməsi əmtəə nişanının qeydiyyatı üçün verilmiş iddia sənədləri üzrə də aparıla bilər. İddia sənədi üzrə belə əməliyyat üçün dövlət rüsumu bir ədəd əmtəə nişanı üçün hazırda 35 manatdır.

whatsapp