Microsoft Excel 2019 kursları

Excel –in  8 səviyyəsi + Power BI + və sairlər

Bu gün, demək olar ki, hər bir ofis işçisi Microsoft Excel-dən istifadə edir. Ancaq əksər istifadəçilər, təəssüf ki, Excel-in tətbiq imkanlarının miqyasını təsəvvür belə etmirlər. “Accounting.az” konsaltinq şirkətinin “Excel təlimi” kurslarında siz elektron cədvəllər, düsturlar, diaqramlar və s. ilə peşəkar şəkildə işləməyi öyrənəcəksinz.

 “Accounting.az” Microsoft Excel üzrə baza və daha yüksək səviyyə 10-dan çox proqram və kurslar hazırlayır. Kurslar aşağıdakı istiqamətləri əhatə edəcək:

Baza səviyyə

  • Səviyyə 1: Microsoft Excel 2019/2016 ilə işləmək
  • Səviyyə 2. Excel-in genişləndirilmiş xüsusiyyətləri

Yeni başlayanlar üçün nəzərdə tutulub, proqramın funksionallığını mənimsəməyə, iş vaxtından səmərəli istifadəyə kömək edir. Bu səviyyə kurslarında Excel-in interfeysini, sadə hesablamaları, cədvəllərlə iş, onların dizaynını,  məlumatların daxil edilməsini və s. öyrənəcəksiniz.

Peşəkar səviyyə

  • Səviyyə 3: Excel-də verilənlərin analizi və viziullaşdırılması
  • Səviyyə 4: VBA-da makroslar
  • Səviyyə 5: VBA təkmil proqramlaşdırma
  • Səviyyə 6: Microsoft Excel-də Power Query
  • Səviyyə 7: DAX və Excel Power Pivot-in təkmil öyrənilməsi
  • Səviyyə 8: Verilənlərin Excel alətləri ilə analizi

Təkmil kurslarda siz istənilən mənbədən məlumatların yüklənməsini, viziuallaşdırılmasını, dinamik hesabatların və mürəkkəb məlumat modellərinin hazırlanmasın öyrənəcəksiniz.

Microsoft-la biznes analitika

  • Power Pivot, Power Query və 3D Map vasitəsi ilə biznes analitika
  • Microsoft platformasında Data Mining (Excel + SQL Server)
  • Power BI ilə biznes analitika

Excel üstqurumları, onunla inteqrasiya olunan proqramlar vasitəsi ilə  Microsoft proqramlarının biznes analitika imkanları araşdırılır. 

“Microsoft Excel 2019/2016 ilə işləmək – başlanğıc səviyyə” təlimi

Bu kurs Excel kurslarından birincisidir, yeni başlayanlar üçün nəzərdə tutulub, digər kursları daha dolğun mənimsəmək üçün vacib olan iki kursdan biridir.

Proqramı bilmək sizə lazımi məlumatları vaxtında almağa və onları vizual formada təqdim etməyə imkan verəcək ki, bu da müasir ofisdə elektron cədvəllərlə işləyərkən son dərəcə vacibdir.

Kursun proqramı aşağıdakı mövzuları əhatə edir:

Modul 1. Excel kitabın vərəqləri ilə işləmək. Məlumatların daxil edilməsi

  • Microsoft Office Excel 2019-un interfeysi, fayl bölməsi, cəld giriş alətlər paneli
  • Kitabın quruluşu. Vərəqlərlə əməliyyatlar: adını dəyişmək, daxil etmək, silmək, köçürmək, surətini çıxartmaq
  • Vərəq elementləri ilə əsas hərəkətlər: xanalar, sətırlar, sütunlar
  • Məlumatların daxil edilmə xüsusiyyətləri. Redaktə prosesi, məlumatların formatları, məzmunun və formatların təmizlənməsi
  • Vərəq xanalarının verilənlərlə avtomatik doldurulması:  ədədi və həndəsi silsilələr, siyahılar

Modul 2: Microsoft Excel-də hesablamalar

  • Düsturların hazırlanması və redaktəsi edilməsi, düsturların sürətinin çıxarılması
  • Hesablamada müxtəlif növ istinadlardan istifadə: nisbi istinadlar, mütləq istinadlar, digər vərəqlərdəki xanalara istinadlar
  • Düsturlarda adlı xanalardan istifadə
  • Excel daxili funksiyaları: IF məntiqi funksiyası, riyazi və statistik funksiyalar: SUM, MIN, MAX, AVERAGE, COUNT
  • Düsturlarda səhvləri: səbəblər və düzəlişlər

Modul 3. Cədvəllərin qurulması. Diaqramlar 

  • Xanaların tərtibatı: ədədlərin formatı, haşiyələr, rəngləmələr, məlumatların düzləndirilməsi
  • Cədvəllər üçün avtoformatlar, şərti formatlaşdırma
  • Xanalara qeydlərin əlavə edilməsi. Qeydlərin dəyişdirilməsi, köçürülməsi, baxış və əks edilməsi
  • Xana formatlarının köçürülməsi. Formatların təmizlənməsi
  • Diaqramlarla iş:
  • Hazırlanma: tövsiyə edilənlər, birləşdirilmis diaqramlar
  • Fərdiləşdirilmə: diaqram elementləri, diaqram üslubları, sıra və kateqoriya üzrə filtrasiyası
  • Diaqramın redaktə edilməsi və silinməsi

Modul 4. Cədvəlin emalı və çapı

  • Cədvəllərin sürətli təhlili: formatlaşdırma, diaqramlar, yekunlar, cədvəllər, sparklaynlar
  • Məlumatların çeşidlənməsi: bir sütuna görə və çoxsəviyyəli çeşidləmə, məlumatların filtrasiyası (seçimi)
  • Sətirləri/sütunları ekranda daimi olaraq göstərmək üçün sahələri sancaqlanması
  • Çap üçün hazırlıq:
  • Alt bilgilər(kolontitullar) : hazırlanması, format edilməsi.
  • Səhifə parametrlərini tənzimləyin: sahələr, ölçü, oriyentasiya
  • Sətırlər/sütunlar vasitəsilə çap edin, çap sahəsini tənzimlənməsi ,cədvəl və diaqramları çapı

Modul 5. Praktik tətbiqlər

Kurs hazırlıq mərhələsindədir. 

Digər xidmət və kurslarımızla bağlı bizimlə əlaqə saxlaya bilərsiziniz 

Ofisimiz Bakıda rahat məkanda yerləşir. Ünvanımız:  Cəfər Cabbarlı 44, Caspian Plaza 2.

Bizimlə əlaqə:
+994502258205 
+994123100929
+994125983798

whatsapp