Əlavə məzuniyyətlərə görə kompensasiyanın ödənilməsi əhəmiyyətli dəyişikliklərə səbəb olacaq

istifadə edilməmiş məzuniyyət, əmək müqaviləsinə xitam, məzuniyyət kompensasiyası, pul təzminatı
Ümumi

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu 18 fevral 2026-cı il tarixdən əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya haqqında yeni qaydalar müəyyən edib. Mütəxəsislərin fikrincə bu qərarın tətbiqi məzuniyyət üçün pul təzminatının ödənilməsində əhəmiyyətli dəyişikliklərə səbəb olacaq.

Yeni qaydalar haqqında sualları Accounting.Az MMC-nin İnsan Resursalrı üzrə mütəxəssisi Gülnar Ramazanova cavablandırır.

Bu qərara qədər əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hansı qaydada verilirdi?

Hər bir işçinin istirahət hüququ Azərbaycan Respublikasının Konstitusiyanda təsbit edilmiş əsas hüqulardan biridir. Əmək müqaviləsi ilə işləyənlərin istirahət vaxtı və məzuniyyət hüquqları AR Əmək Məcəlləsinin V bölməsinin maddələri ilə tənzimlənir. Məcəllə ödənişli əmək məzuniyyətini əsas və əlavə məzuniyyət kimi iki kateqoriyyaya ayırır. 114-cü maddəyə görə ödənişli əsas məzuniyyət 21 təqvim günündən az olmamalıdır. Bəzi kateqoriya işçilər üçün bu müddət 30 təqvim günü kimi müəyyən edilib.

Əlavə məzuniyyətlərə aşağıdakılar aiddir:

  • əmək şəraitinə və əmək funksiyasının xüsusiyyətlərinə görə əlavə məzuniyyət (115-ci maddə);
  • əmək stajına görə əlavə məzuniyyət (116-cı maddə);
  • uşaqlı qadınların əlavə məzuniyyəti (117-ci maddə);
  • Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əlavə məzuniyyəti (118-1-ci maddə).

Təhsil, yaradıcılıq, sosial məzuniyyət kimi digər məzuniyyə digər növlərindən fərqli olaraq bu əlavə məzuniyyətlər işçilərə birbaşa onun əmək fəaliyyətinin müddəti və xarakteri ilə bağlı verilir.

Əmək Məcəlləsinə 144-cü maddəsinə görə işçinin əmək müqaviləsinə xitam verilərkən, ona istifadə edilməmiş məzuniyyətlər üçün kompensasiya (pul əvəzi) verilməlidir. Qərardan əvvəl kompensasiya istifadə edilməmiş əsas məzuniyyət günlərinə görə hesablanırdı, 144-maddənin 3-cü hissəsi 115 – 117-ci və 118-1-ci maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə görə pul təzminatının verilməsini məhdudlaşdırırdı.

Məzuniyyət kompensasiyası haqqında yeni qaydaların tətbiqi ilə bağlı Konstitusiya Məhkəməsi Plenumunun qərarını aktual edən şərtlər hanslar idi?

Bu şərtlər qərarın mətnində ətraflı şərh olunub. AR  Konstitusiya Məhkəməsinin qərarının tam mətni ilə buradan tanış olmaq olar-red.). Qısa olaraq qeyd edək ki,  Əmək Məcəlləsinin 144-cü maddəsinin 2 və 3-cü hissələrinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılması təşəbbüs ilə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) çıxış edib. Konstitusiya Məhkəməsi Milli Məclisi Aparatının mülahizəsini, dövlət təşkilatlrının, Vəkillər Kollegiyasının,  elmi qrumların rəyini, mövcud nörmativ hüquqi aktları araşdırmışdır.

Nəticədə 144-cü maddənin 3-cü hissəsinin bərabərlik prinsiplərinə uzlaşmadığı, ödənişli əmək məzuniyyəti hüququnu qeyri-mütənasib şəkildə məhdudlaşdırdığı qərarına gəlinmişdir. Qərarda 144-cü maddənin 3-cü hissəsindəki “bu Məcəllənin 115–117 və 118-1-ci maddələrində nəzərdə tutulmuş əlavə məzuniyyətlərə görə kompensasiyanın verilməməsi” müddasının tətbiqin dayandırlımış, 2 və 3-cü hissələrin Konstitusiyanın uyğunlaşdırılmasının vacibliyi qeyd ounmuşdur.

Əlavə məzuniyyətlərə görə kompensasiyanın ödənilməsi haqqında qərar insan resursları üzrə mütəxəsislərin fəaliyytində əhəmiyyətli dəyişikliklərə səbəb olacaq

Qərar hansı tarixdən qüvvəyə minir?

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya verilməsi barədə qərarı 18 fevral 2026-cı il tarixdən etibarən qüvvəyə minib. Həmin tarixdən də tətbiq edilməlidir. Eyni zamanda həmin tarixdən sonra məzuniyyət üçün pul ödənişləri ilə bağlı yaranan münasibətlər, hazırda məhkəmələrin icraatında olan müvafiq işlər məhz bu yeni qaydalar çərçivəsində araşdırılmalıdır.

Bəlkə qərarı bir nümünə əsasında izah edəsiniz, bu HR-lər və mühasiblər üçün maraqlı olardı.

Əmək Məcəlləsinin 115 və 116-cı maddələrində göstərilən əlavə məzuniyyət hüququ işçinin əmək funksiyalarının icra etməsi nəticəsində qazanılır.  Məsələn, 115-ci maddəyə görə yeraltı işlərdə çalışan, əmək şəraiti zərərli və ağır olan işçiyə müddəti 6 təqvim günündən az olmayan əlavə məzuniyyət verilməlidir. Təsavvür edək ki, işçi öz xahişi ilə işdən azad olmaq istəyir. Konstitusiya Məhkəməsinin bu qərarınadək əmək müqaviləsinə xitam verilərkən istifadə edilməmiş məzuniyyətə görə kompensasiya hesablanarkən əlavə məzuniyytin bu növü nəzrə alınmırdı. Yeni qaydaya görə isə əsas və əlavə məzuniyyət günləri cəmlənməli, ondan istifadə edilməmiş günlər müəyyən edilməli və pul əvəzi verilməlidir.

whatsapp