Şahin Eldarov

Biznesin inkişafı üzrə icraçı | Tərəfdaş

18 Avqust 1972-ci ildə Bakıda anadan olub. Azərbaycan Dövlət İqtisad Universitetinin “Mühasibat uçotu və audit” fakültəsində tam ali təhsil alıb.

BUE Caspian Ltd-də Maliyyə meneceri, Momentum Engineering LLC-də Maliyyə və inzibati menecer, Hayat Clinic-də Baş direktorun müavini, STP-də Biznes inkişafı meneceri, İKMA Servises və Suvaran kimi şirkətlərdə Direktor vəzifəsində çalışmışdır.

Əsasən idarəetmə, beynəlxalq əlaqələr, korporativ maliyyə və biznesin inkişafı sahələrində ixtisaslaşıb. Çalışdığı şirkətlərdə idarəetmə, teambuilding, çoxşaxəli/kompleks fəaliyyət: istehsalat ya xidmət sahələrinin idarəolunması, müştəri məmnuniyyətinin qazanılması, beynəlxalq bazar liderləri ilə əlaqələrin qurulması, zəruri daxili prosedurların təmin edilməsi kimi sahələrdə effektiv fəaliyyəti olmuşdur.

SABİT (ABŞ), GİZ (Almaniya) kimi beynəlxalq biznes təlimlərində iştirak etmişdir.

Ailəlidir, 3 övladı var.

whatsapp