Bəyannamələrin hazırlanması nə üçün lazımdır?
“Vergi hesabatlarının hazırlanması zəruridirmi?” sualını verməyə dəyməz: hər bir fiziki yaxud hüquqi şəxs, heç bir fəaliyyəti olmasa belə, bunu etməyə borcludur. Ancaq dövlətlə münasibətin bu məsuliyyətli, həyəcanlı anının üçüncü tərəfə etibar edilməsi haqqında sual anlaşılandır: heç də hər bir mühasibat şirkəti (xüsusilə də, özü öyrənmiş bir mühasib) vergi bəyannamələrinin keyfiyyətinə, habelə vaxtında təqdimatına zəmanət verə bilməz.
“Accounting.Az” konsaltinq şirkəti müştərilərə Dövlət Vergi Xidməti orqanlarına veriləsi hesabatların hazırlamasını iki xidmət çərçivəsində təklif edir:
- maliyyə hesabatlarının hazırlanması xidməti;
- vergi hesabatları və bəyannamələrinin hazırlanması xidməti.
Birinci, şirkətimiz tərəfindən “Mühasibat xidmətləri”nin bir qolu kimi təklif edilir. Sonuncu o deməkdir ki:
- siz fəaliyyət göstərmirsiniz, dövlət vergi xidməti orqanlarına “sıfır” hesabat verir, yaxud;
- əsas uçotu özünüz aparırsınız, hesabatların, bəyannamələrin hazırlanmasında köməyə ehtiyacınız var.
Autsorsinq əsasında fəaliyyət göstərən şirkətimiz ilkin mühasibat uçotu sənədləri əsasında aylıq, rüblük, illik hesabatları, bəyannamələri hazırlamağa, onları Dövlət Vergi Xidmətinin orqanlarına təqdim etməyə hazırdır. Eyni zamanda, dövlət vergi xidməti orqanlarına göndərmək üçün ərizə, məlumat, arayışların hazırlanması da peşəkar komandamız tərəfindən həyata keçirilə bilər.
Hesabatlılığın tərkibi sizin fəaliyyətin hüquqi forması, habelə mövcud vergi rejimi əsasında müəyyən edilir. Vergi hesabatlarını vaxtında deyil, vaxtından qabaq, cərimələr, müvafiq qurumların iradları olmadan təhvil veririk.
Əlavə suallara cavab almaq istəsəniz nömrələrimizə zəng etməyi tövsiyə edirik. Bizim peşəkarlar sizi həvəslə cavablandırar!
Unutmayın, vaxtında verilməyən hesabatlar cərimələr şəklində əlavə xərc, maliyyə itkiləri deməkdir. Sizi hətta cinayət məsuliyyətinə də (qəsdən vergidən yayınma) cəlb edə bilərlər! Bizim vergi bəyannamələrinin hazırlanması xidməti sizin risksiz və cəriməsiz biznesinizə təminat verir!
Biz nə edirik?
- hesabat dövründə maliyyə-təsərrüfat fəaliyyətini həyata keçirməyən şirkətlərə, fərdi sahibkarlara “sıfır hesabat” hazırlayırıq;
- vergi sisteminə uyğun bütün bəyannamələrin hazırlanması və regional ərazi vergi idarəsinə yollanmasın təmin edirik;
- vergi hesabatları, arayış və məlumatları tərtib edir, kağız yaxud elektron informasiya daşıyıcısında göndəririk;
- vergilərin hesablanması, ödənilməsi, tutulması ilə bağlı digər sənədləri tərtib edirik;
- bəyannamə tərtibi proqramını (BTP) sizin kompüterlərə yükləyir, iş qaydasını öyrədirik;
- vergi hesabatlığı, bəyannamə tərtibi haqqında konsultasiyalar təşkil edirik.
Bunları necə edirik?
- Vergi Məcəlləsinə uyğun ilkin vergi hesabatını hazırlayırıq: belə olduqda, siz hesabat dövrü üçün təxmini vergi ödənişi məbləğini biləcək, biz isə qənaət etmək imkanlarını araşdıracağıq.
- Vergi bəyannamələrini hazırlayıb təqdim edəcəyik: buraya sadələşdirilmiş vergi, rüblük vahid bəyannamə, ƏDV, mənfəət vergisi bəyannaməsi, dövlət rüsumunun tutulması haqqında hesabat, cari vergi ödəmələrinin hesablanması haqqında arayış, digərləri aiddir. Bizim vergi hesabatları və bəyannamələrin hazırlanması xidmətinin əhatə etdiyi sənədlərin tam siyahısı Vergi Məcəlləsinin tələblərinə uyğundur.
- Üzləşdirmə aparırıq: İnternet Vergi İdarəsi ilə əlaqənin qurulmasına kömək edir, hesabatların qəbul olunmasını təmin edir, vergi ödəmələri, büdcəyə digər ödənişlər üzrə borcların olmamasına nəzarət edirik.
WhatsApp-a yazın yaxud “Geriyə zəng” xidmətindən istifadə edin. Sizinlə biz əlaqə saxlayaq!
Bizimlə əməkdaşlığın üstünlükləri