Accounting.Az Dövlət Vergi Xidməti ilə keçirilən görüşdə iştirak edib

kameral vergi yoxlamaları, bəyannamələr,
Haberler

Dövlət Vergi Xidməti ilə biznes nümayəndələri arasında növbəti görüş keçirilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) biznes mühitinin təkmilləşdirilməsi və sahibkarların vergi sahəsində qarşılaşdıqları çətinliklərin müzakirəsi məqsədilə biznes nümayəndələri ilə dialoq formatında növbəti görüş keçirib.

Bəyannamələr və kameral vergi yoxlamaları” mövzusuna həsr olunan görüşdə konsaltinq şirkətlərinin nümayəndələri, mühasiblər və ekspertlər iştirak ediblər. Görüşdə Accounting.Az şirkətinin rəhbəri Ramin Ramazanov da iştirak edib.

Müzakirələr əsasən vergi inzibatçılığı, uyğunsuzluq kontrolları və rəqəmsal sistemlərdə mövcud olan məsələlər ətrafında aparılıb. Kameral vergi yoxlamaları zamanı yaranan texniki və metodoloji çətinliklər, vergi bəyannamələrinin və əlavələrin təkmilləşdirilməsi, NKA və fiskal çek məlumatları ilə bağlı texniki məsələlər, eləcə də Dövlət Vergi Xidmətinin informasiya sistemləri ilə inteqrasiya müzakirə olunub.

Görüş zamanı mühasiblərin praktiki fəaliyyətdə qarşılaşdıqları çətinliklər də diqqətə çatdırılıb və bir sıra məsələlərlə bağlı zəruri düzəlişlərin qısa müddətdə həyata keçirilməsinin nəzərdə tutulduğu bildirilib.

DVX nümayəndələri yaxın dövrdə sadələşdirilmiş bəyannamə formalarının yaradılması, proseslərin avtomatlaşdırılması və bəyannamələrin əvvəlcədən doldurulması (pre-filling) sisteminin tətbiqi istiqamətində işlərin aparıldığını qeyd ediblər.

Accounting.Az olaraq vergi və mühasibatlıq sahəsində biznes nümayəndələri ilə dövlət qurumları arasında açıq dialoqun inkişafını və praktiki məsələlərin birgə müzakirəsini müsbət qiymətləndiririk.

Vergi və mühasibatlıq məsələlərində peşəkar dəstəyə ehtiyacınız varsa, Accounting.Az-ın xidmətlərindən yararlanın



whatsapp