Visa və Accounting.Az arasında yeni əməkdaşlıq: sahibkarlar üçün ödənişsiz vergi və mühasibat məsləhətləri

Hizmet

Visa və Accounting.Az arasında qurulan yeni strateji əməkdaşlıq çərçivəsində Azərbaycanda fəaliyyət göstərən sahibkarlar və biznes subyektləri üçün mühüm dəstək xidməti istifadəyə verilir. Bu əməkdaşlığın əsas məqsədi Visa kart istifadəçisi olan sahibkarlara vergi, mühasibat və maliyyə sahəsində peşəkar və əlçatan konsultasiya xidmətləri təqdim etmək, onların biznes fəaliyyətini daha effektiv və risksiz şəkildə idarə etmələrinə dəstək olmaqdır.

Layihə çərçivəsində Visa Platinum BusinessVisa Signature Business kart sahibləri üçün xüsusi üstünlüklər nəzərdə tutulmuşdur. Belə ki, qeyd olunan kart istifadəçiləri Accounting.Az tərəfindən təqdim edilən bir sıra konsultasiya və mühasibat xidmətlərindən ödənişsiz şəkildə faydalana biləcəklər. Bu təşəbbüs sahibkarların maliyyə qərarlarını daha əsaslandırılmış şəkildə vermələrinə, vergi öhdəliklərini düzgün yerinə yetirmələrinə və ümumilikdə biznes proseslərini daha sistemli şəkildə idarə etmələrinə imkan yaradacaqdır.

Xidmətlərə çıxış isə Visa Concierge çatbotu vasitəsilə təmin edilir. İstifadəçilər bu platforma üzərindən “Mühasib məsləhəti” xidmətini seçərək suallarını yönləndirə və Accounting.Az mütəxəssislərindən cavab ala bilərlər.

Əməkdaşlıq çərçivəsində təqdim edilən xidmətlər iki əsas istiqaməti əhatə edir: bəyannamələrin hazırlanması və təqdim edilməsi, həmçinin geniş əhatəli konsultasiya xidmətləri.

Bəyannamə xidmətləri sahibkarların vergi öhdəliklərini vaxtında və düzgün şəkildə yerinə yetirmələrini təmin etmək məqsədi daşıyır. Bu xidmətlərə bəzi vergi bəyannamələrinin hazırlanması və təqdim edilməsi daxildir. Həmçinin, hər bir bəyannamə üzrə kameral məktubun cavablandırılması və dəqiqləşmiş bəyannamənin təqdim edilməsi də bu paketə daxildir. Bu isə sahibkarların vergi orqanları ilə münasibətlərində operativ və düzgün kommunikasiya qurmasına imkan verir.

Konsultasiya xidmətləri isə sahibkarların gündəlik biznes fəaliyyətində qarşılaşdıqları praktiki məsələlərin həllinə yönəlib. Bu çərçivədə vergi, mühasiabt və maliyyə ilə bağlı mövzular xidmət paketinə daxildir.

Əməkdaşlıq həmçinin sahibkarlar üçün rəqəmsal proseslərin sadələşdirilməsinə xidmət edir. Accounting.Az-ın ekspert komandası tərəfindən təqdim olunan bu dəstək xidmətləri bizneslərin daha şəffaf, effektiv və qanunvericiliyə uyğun fəaliyyət göstərməsinə imkan yaradır.

Visa və Accounting.Az arasında qurulan bu tərəfdaşlıq Azərbaycanda sahibkarlıq mühitinin inkişafına töhfə verməklə yanaşı, maliyyə savadlılığının artırılmasına və bizneslərin dayanıqlı inkişafına yönəlmiş mühüm addım kimi qiymətləndirilir.

Ətraflı: https://www.visa.com.az/az_az/visa-offers-and-perks/accountingaz/177412

whatsapp
error: Content is protected !!