Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı və onların dövlət reyestrinin aparılması 12 dekabr 2003-cü il tarixli 560-IIQ saylı respublika qanunu ilə tənzimlənir. Eyni zamanda, bu qanunun tələblərinə görə, hüquqi şəxslərin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə qeydə alınmış faktların sonrakı dəyişikliyinin də qeydiyyatı aparılmalıdır.
9 fevral 2026-cı il tarixindən qüvvəyə minmiş son dəyişikliyə görə (30 dekabr 2025-ci il tarixli 336-VIIQD saylı Azərbaycan Respublikasının Qanunu) kommersiya hüquqi şəxsləri, xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və ya filialları təsis sənədlərində və qeydə alınmış faktlarda dəyişikliyin olub-olmaması barədə hesabat tərtib etməlidirlər. Forması Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən müəyyən edilən hesabat kağız və ya elektron formada, təqvim ili bitdikdən sonra, növbəti ayın 31-dək Dövlət Vergi Xidmətinə təqdim edilir.
Hüquqi şəxslərin dövlət reyestrinin aparılması zamanı reyestrə daxil edilən fakt və məlumatların tərkibi Qanunun 14-cü maddəsi və AR NK-nın 2005-ci il 13 aprel tarixli, 70 nömrəli qərarı ilə təsdiq edilmiş Qaydalar əsasında müəyyən edilir.
Qanunun tələblərinə görə hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınmış faktların hər bir sonrakı dəyişikliyi, habelə onların təsis sənədlərinə edilən hər bir dəyişiklik qeydiyyata alınmalıdır. Yeni tələbə görə hər bir dəyişiklik haqqında illik hesabat hazırlanmalı və təqdim edilməlidir.
Mövcud qanunvericilik dövlət reyestrinə qurumlar barəsində aşağıdakı məlumatların əks etdirilməsini tələb edir:
Şirkət qeydiyyatı üçün bizə müraciət edin!
Yuxarıdakı faktlar və məlumatlara əlavə olaraq hüquqi şəxslərdən, habelə xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarından digər məlumatların da dövlət reyestrində əks olunması üçün təqdim etməsi tələb olunur:
Qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatları üçün təqdim edilən məlumatların tərkibi Qanunun 14.2.4 və 14.2.5 maddələri ilə tənzimlənir.
Dövlət qeydiyyatına alınmış kommersiya qurumları təsis sənədlərində dəyişikliklər edə, dövlət reyestrində qeydə alınmış faktlarda sonradan dəyişiklik apara bilər – qanunvericilik buna icazə verir. Əsas tələb reyestrdə dəyişikliklərin yenidən qeydiyyatı üçün onların Dövlət Vergi Xidmətinə təqdim edilməsidir.
9 fevral 2026-cı il tarixindən hüquqi şəxslərin dövlət qeydiyyatı və onların dövlət reyestrinin aparılması qaydalarına edilmiş dəyişiklik kommersiya hüquqi şəxslər, xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və ya filialları üçün yeni öhəlik yaradır: onlar bu dəyişikliklərin olub-olmaması barədə təqvim ili bitdikdən sonra müvafiq qaydada hesabat verməlidirlər.
Dövlət Vergi Xidmətinə təqdim ediləcək bu və ya digər sənədlərin təqdim edilməsində çətinliyiniz varsa, Accounting.AZ şirkəti ilə əlaqə saxlayın, bizim mütəxəssilər sizə kömək edər.