Mənfəət vergisi və bəyannaməsi üzrə nəzəri və praktiki təlim

Kursun xüsusiyyətləri

Mənfəət vergisi üzrə nəzəri və praktik məsələlərin tədrisini əhatə edən kurs,  Azərbaycan Respublikası vergi qanunvericiliyinə əsasən mənfəət vergisinin hesablanması, vergi bəyannaməsinin təqdimatı və vergi borclarının ödənilməsi mexanizmlərini şərh edir. Mənfəət vergisi və bəyannaməsi üzrə nəzəri və praktiki təlimdə əldə edilən səriştələr biznesin inkişafı strategiyasını seçməkdə də faydalı ola bilər. 

Kursda:

  • vergitutma və mühasibat uçotunun qarşılıqlı əlaqəsi;
  • mənfəətin formalaşma bazasının mühasibat uçotunda əks olunması xüsusiyyətlərini;
  • müxtəlif təsərrüfat əməliyyatlarının maliyyə nəticələrinə təsiri nəzərdən keçiriləcəkdir. 

Mənfəət vergisi üzrə təlimdə siz,  Vergi Məcəlləsi ilə işləməyi öyrənəcək, vergi bəyannamələrinin doldurulması bacarıqlarını əldə edəcəksiniz. Təlimdə Azərbaycan Respublikası vergi qanunvericiliyinin ən son tələblərini nəzərə alaraq, 2022-ci ildə mənfəət vergisinin düzgün hesablamağı və ödəməyi öyrənəcəksiniz.

Kursda praktiki nümunələrdən istifadə edilməklə: 

  • mənfəət vergisi hesablamalarına dair məlumatların mühasibat uçotunda formalaşma mexanizmi;
  • onların maliyyə hesabatlarında açıqlanması qaydası;
  • mənfəəti (zərəri) əks etdirən göstəricilər arasında qarşılıqlı əlaqə;
  • hesabat dövrü üçün vergitutma bazası başa düşülən və sadə formada izah olunur.

Kursa müraciət üçün kompüter və mühasibat uçotu üzrə baza  biliklərin olması arzu ediləndir.  Mühasibat üzrə baza biliklərə Bakıda mühasibat və vergi uçotu xidmətləri üzrə ixtisaslaşmış “Accounting.az” konsaltinq şirkətinin “Mühasibat uçotu” kursunda yiyələnmək olar. 

Kurs kimin üçün faydalıdır?

  • baş mühasiblərə — dəyişikiliklərdən, yeni tələblərdən xəbərdar olmaq üçün;
  • bilik və bacarıqlarını artırmaq istəyən baş mühasibin müavinlərinə;
  • vergilər üzrə mühasiblərə — iş prosesində yaranan suallara cavab tapmaq vergi risklərini azaltmaq üçün;
  • fəaliyyətində müəyyən fasilə yaranmış mühasiblərə  — bilikləri yeniləmək və səhvsiz işləmək məqsədi ilə;
  • tələbələrə, dövlət vergi xidməti  orqanlarına işə qəbulla imtahanları hazırlaşanlara.

Təlim prosesində hansı suallara cavab tapacaqsınız?

  • mənfəət vergisini kimlər ödəyir;
  • kim vergi ödəmir;
  • gəlir, xərc nədir, vergi məbləği necə hesablanır;
  • gəlir və xərclərin müəyyən olunma tarixi;
  • vergi dərəcəsi, avans ödənişlər;
  • gəlir, xərc və mənfəət (zərər) üzrə mühasibat uçotu:
  • hesabat dövrü, vergi bəyannaməsi;
  • 2022-ci ildə vergi bəyannaməsində olan yeniliklər var və sair.

Kursun tam proqramına aşağıdakı keçiddən baxa bilər yaxud kompüterinizə yükləyə bilərsiniz.

Necə? Nə vaxt? Harada? Kim?

Təlimin müddəti:  24 saat (1 ay 15 gün).

Qeydiyyat linki: https://form.cubics.pro/form/nQpeXoJJ6RNFzqYSF

Təlimçi:  Azər Qənbərov

Mənfəət vergisi və bəyannaməsi üzrə nəzəri və praktiki təlimin iştirakçıları hər mövzu üzrə təlim materialları ilə təmin olunurlar.

Ofisimiz Bakıda rahat məkanda yerləşir. Ünvanımız:  Cəfər Cabbarlı 44, Caspian Plaza 2.

whatsapp