Konsaltinq xidməti nədir?
Şirkətlər rəqabət qabiliyyətini, bazar paylarını artırmaqda maraqlıdırlar. Bəzən daxili resurslar, şəxsi təcrübə buna kifayət etmir. Bu zaman kənar mütəxəssislərin təklif etdiyi konsaltinq xidmətləri köməyə gəlir. Kənar məsləhətçi yaxud konsaltinq şirkətləri çatışmayan resurs və təcrübəni qısa zamanda əldə etməyə yardım edirlər.
Mahiyyətcə konsaltinq məsləhət verilməsidir, amma, xidmətin əhatəsi yalnız bununla bitmir. Onun köməyi ilə bir sıra məsələlər həll edilir, məsələn — biznesin rəqabət qabiliyyətinin artırılması. Daha dar çərçivədə, konsaltinq xidmətinə mühasibat uçotu sahəsində problemlərin həlli yaxud vergi qanunvericiliyi üzrə sualların cavablandırılmasını nümunə göstərmək olar.
Konsaltinq xidmətləri dedikdə, bir qayda olaraq, müştərinin cari problemlərinin həllinə autsorsinq şirkəti mütəxəssislərinin cəlb edilməsi başa düşülür. Məsləhətçi müəyyən müddət ərzində:
Konsaltinq şirkətləri konsaltinq xidməti göstərən ixtisaslaşmış müəssisələrdir.
Bizim autsorsinq əsaslı xidmətlərimizin geniş çeşidi ilə daha ətraflı +99412 310 09 29 yaxud +99412 598 37 98 nömrələrimizə zəng edib tanış ola bilərsiniz.
Adətən konsaltinq şirkəti aşağıdakı istiqamətlərdə xidmətlər təklif edir:
Hüquq konsaltinqi — buraya qanunvericiliklə bağlı məsələlərin həlli, normativ aktlara əməl olunması, onların konkret vəziyyətlərdə tətbiqi daxildir. Bu xidmət şirkətin fəaliyyətini qiymətləndirilməsi zamanı, vasitəçilər yaxud tərəfdaşlarla müqavilələr bağlayarkən, müəssisə genişləndirildikdə, yeni biznes layihələrin icrasına başladıqda düzgün qərarlar qəbul etməyə imkan verir.
Maliyyə konsaltinqi — vəsaitlərin, investisiyaların səmərəli idarə edilməsi, təşkilatın öz büdcəsinin bölüşdürülməsi zamanı tətbiq edilir. Bu cür xidmətlər:
“Accounting.az” konsaltinq şirkəti tərəfindən təklif olunan “Mühasibat konsultasiyası” və “Vergi konsultasiyası belə xidmətlərdəndir.
Mühasibat konsaltinqi sahibkarlara, menecerlərə, mühasiblərə qanunvericilik aktlarında olan dəyişikliklərdən xəbərdar olmağa, düzgün hesabatlar tərtib etməyə, vergi müfəttişlərinin iddialarından qaçmağa kömək edir.
Vergi konsaltinqi vergi qanunvericiliyi, Vergi Məcəlləsində olan mürəkkəb və spesifik məsələləri başa düşməkdə kömək edir.
İT konsaltinqi informasiya texnologiyalarından istifadə ilə bağlı xidmətdir. Buraya maliyyə, mühasibat, vergi, kadr uçotu üçün proqram təminatının seçilməsi və tətbiqi, kompüter avadanlığının düzgün işləməsi, müxtəlif biznes proseslərdə avtomatlaşdırılmış sistemlərdən istifadə, həmçinin məlumatların mühafizəsi sahəsində konsaltinq xidmətləri aiddir.
Kadr konsaltinqi çərçivəsində konsaltinq şirkətləri işçilər arasında daxili əlaqələrin qurulması, onların peşə səriştələrinin artırılması, yeni mütəxəssislərin seçilməsi üzrə müxtəlif məsləhətlər verə bilər.
Konsaltunq şirkətləri həmçinin, müəssisələrin marketinq, idarəetmə, tədris sahəsində də konsaltinq xidmətinə ehtiyacını təmin edə bilər.
Azərbaycanda konsaltinq xidmətləri bazarının tərkibi genişdir. “Aaccounting.az” konsaltinq şirkəti bu bazarın təcrübəli iştirakçılarındandır.
İlkin müraciət üçün telefon nömrələri yuxarıda verilib. Əgər hər hansı səbəbdən zəng alınmasa WhatsApp-a (+99450 225 82 05) yazın yaxud pulsuz “Geriyə zəng” sifariş edin.
Bakıda konsaltinq xidmətləri göstərən “Accounting.az” müştərilərə xidmətlərin geniş spektrini təklif edir. Bizim konsaltinq şirkəti öz xidmətlərini aşağıdakı formada həyata keçirir:
“Accounting.az” konsaltinq şirkəti aşağıdakı istiqamətlərdə öz xidmətlərini sizə təklif edir.
Konsaltinq xidmətlərini əhatə edən layihə işləri bir neçə müqavilə əsasında həyata keçirilə bilər. Müştərilərə layihə üzrə:
“Accounting.az” konsaltinq şirkəti əməkdaşları müştərilər lə təcrübələrini bölüşməyə hazırdırlar. İnformasiyaların qorunması, məxfilik öhdəlikləri konsaltinq xidməti göstərilməsinə dair müqavilədə öz əksini tapır, onlara ciddi əməl olunur.
Xidmətlər üzrə qiymətlər fərdidir, işin həcminə, sərf edilən vaxta görə qarşılıqlı razılaşma əsasında müəyyən olunur.
Bizim “Əlaqə” səhifəmizə keçid alın, sizin problemləri müzakirə edək, hər birimizə sərfəli şərtlərlə əməkdaşlığın əsasını qoyaq.
a