Əməyin mühafizəsi xidmətinin autsorinqi

Əməyin mühafizəsi məsələləri kadr kargüzarlığı ilə sıx bağlıdır. Çox vaxt onları bir-birindən ayrı  nəzərdən keçirmək çətin olur. Məhz bu səbəbdən ACCOUNTİNG.AZ konsaltinq şirkəti kompleks kadr xidmətləri çərçivəsində autsorsinq əsaslı əməyin mühafizəsi xidmətini təqdim edir.

Əməyin mühafizəsinin tənzimləyən hüquqi aktlar

Azərbaycan qanunvericiliyi əməyin mühafizəsi sahəsində müəssisələrə, onların rəhbərlərinə yüksək tələblər müəyyən edir. Təhlükəsiz əmək hüququ Azərbaycan Respublikasının Konstitusiyasında (maddə 35), işəgötürənlərin təhlükəsiz iş şəraitini təmin etmək öhdəlikləri  Əmək Məcəlləsində (maddə 215) təsbit edilib. Bu sahədə pozuntular şirkətin fəaliyyətinin dayandırılmasına, vəzifəli şəxslərin cəzalandırılmasına qədər inzibati və cinayət məsuliyyətinə səbəb olur.

Bizim şirkətin kadr xidmətləri çərçivəsində təqdim etdiyi əməyin mühafizəsi xidməti sizi əlavə maliyyə itkisindən və hüquqi nəticələrdən qoruyar.

Nəzərə alın ki, təşkilatda təhlükəsiz iş şəraitinin yaradılması qanunvericilik normalarına riayət etməklə yanaşı, işçilərin gözündə şirkətin imicini qaldırır, uzunmüddətli rəqabət qabiliyyətini təmin edir.

Əməyin mühafizəsi tədbirləri həm şirkətin özü tərəfindən, həm də kadr xidmətləri çərçivəsində yaxud sərbəst formada əməyin mühafizəsi xidməti göstərən konsaltinq şirkətin cəlb edilməsi ilə həyata keçirilə bilər.

“Accounting.az” konsaltinq şirkəti sizə sərfəli, keyfiyyətli, sizi qoruyan əməyin mühafizəsi xidməti təklif edir.

Əlavə suallara cavab almaq istəsəniz bizə zəng edin. Bizim peşəkarların kompleks kadr xidmətləri sizi inzibati və cinayət məsuliyyətindən qoruyar.

+994123100929

+994125983798  

Əməyin mühafizəsi autsorsingi nədir və nə üçün lazımdır?

İşçilərin sayı 50-dən çox olan müəssisələrdə əməyin mühafizəsi xidmətinin yaradılması məcburidir. Əməyin mühafizəsi işlərinin həcmi o qədər də böyük olmayan kiçik müəssisələrdə  bu işin təşkilində autsorsinqdən istifadənin iki danılmaz üstünlüyü var:

1.Kadr xidmətləri çərçivəsində yaxud sərbəst formada autsorsinq əsaslı əməyin mühafizəsi xidmətinin təşkili üçün ixtisaslaşmış kənar mütəxəssislərin cəlb edilməsi, əməyin mühafizəsi üzrə tam ştatlı ixtisaslı mütəxəssisin işindən daha ucuzdur. Belə mütəxəssis:

  • sizə metodiki dəstək göstərəcək;
  • qabaqcıl təcrübələr təqdim edəcək;
  • operativ məsləhətləşmə üçün hər zaman yanınızda olacaq.

Eyni zamanda kənar mütəxəssis sizin müəssisədə əməyin mühafizəsini tam təmin etmək üçün öz iş vaxtının bir hissəsini sərf edir və ödənişi buna görə edirsiniz. 

2.Əvəzçilik əsasında işləyən daxili əməkdaş autsorsinqlə eyni məbləğə başa gələ bilər. O,  çox güman ki, əmək, təhlükəsizlik və sağlamlıq məsələlərində zəif məlumatlı bir işçi (çox vaxt kadr xidmətləri üzrə əməkdaş yaxud mühasib) olacaq. Lakin həmin işçi öz əsas vəzifəsi ilə kifayət qədər yüklənmişdir, onun üçün əməyin mühafizəsi xidmətinin təşkili ikinci dərəcəlidir. Bu vəziyyətdə, sizi Dövlət Əmək Müfəttişliyinin və digər dövlət tənzimləyici orqanlarının iddialarından qoruyan sistemin qurulması çətindir, bu isə cərimələrlə yanaşı, məhkəmə çəkişmələri, hətta cinayət məsuliyyəti deməkdir.

Bizə zəng edin, biz kömək edərik. Əgər zəng edə bilmirsinizsə yazın yaxud  “Geriyə zəng” xidmətindən istifadə edin. Biz sizə zəng edə bilərik.

+994502258205 

Biz əməyin mühafizəsi xidməti çərçivəsində nə təklif edirik?

Kadr xidmətləri ilə birgə yaxud sərbəst formada təqdim edilən bu xidmət çərçivəsində biz nə təklif edirik:

  • Müəssisənin əməyin mühafizəsi xidmətinin yaxud əməyin mühafizəsi müfəttişinin vəzifə və funksiyalarının yerinə yetirilməsi. Birinci halda söhbət ştatı 50 nəfərdən çox olan müəssisələrdən, ikinci də isə işçilərin sayı 50 nəfərdən az olan müəssisələrdən gedir;
  • Əməyin mühafizəsi sahəsində məsləhət xidmətlərinin göstərilməsi. Əməkdaşlarımız sizə və SƏTƏM-ə cavabdeh olan əməkdaşlarınıza mövcud qanuni tələblər barədə məsləhət verəcək və dəyişikliklər barədə sizi operativ məlumatlandıracaqlar. 
  • Əmək məcəlləsi üzrə pozuntularını və əmək şəraitinin normativ hüquqi aktlara uyğunsuzluğunu aşkar etmək üçün kənar auditdən istifadə.

“Accounting.Az” konsaltinq şirkəti autsorsinq xidmətlərinin icrası zamanı cavabdeh şəxslər üçün əməyin mühafizəsinə dair vəzifə təlimatı hazırlayır, iş yerlərinin attestasiyasını aparır, əməyin normalaşdırılmasını həyata keçirir. Həmçinin kollektiv müqavilənin tərtibi, razılaşdırılması, qəbulu prosesini də bizim peşəkarlara həvalə edə bilərsiniz.

Biz bütün kadr xidmətlərini müqavilə əsasında aparırıq, qiymətlər fərdidir, sifariş ediləcək işin həcmindən asılıdır.

Xidməti sifariş etmək, xidmətin baza qiymətini dəqiqləşdirmək üçün Əlaqəsəhifəmizə keçid almaq kifayətdir.

whatsapp