“İşgüzar ünsiyyətdə elektron vasitələrdən istifadə” kursu

Kursun mahiyyəti  

Müəssisələrin fəaliyyətini işgüzar ünsiyyətsiz təsəvvür etmək mümkün deyil. İşgüzar ünsiyyət qərarların müzakirəsi, qərar qəbulu prosesində işçilərə dəstək olur, tərəfdaşlarla, dövlət qurumları ilə normal əlaqələr qurmağa kömək edir. Hər hansı biznes problemin həllində, qərarların qəbul prosesində yazışmalar, toplanmış məlumatlar, qəbul edilmiş informasiyanın keyfiyyətli emalı əhəmiyyətli rol oynayır. 

İnternetin yaranması və iyirmi birinci əsrdə texnologiyanın inkişafı ilə ünsiyyət anlayışı qlobal dəyişikliklərə məruz qalmışdır. İşgüzar ünsiyyət prosesinin aşağıdakı 4 əsas tərkib hissəsini fərqləndirə bilərik:

  • göndərən — ideyalar yaradan yaxud məlumat toplayan, onu ötürən şəxs;
  • mesaj, məlumat — simvollardan istifadə etməklə kodlaşmış informasiya;
  • kanal — məlumat ötürmə vasitəsi;
  • alıcı — məlumatları alan, onu şərh edən şəxs.

Virtual işgüzar ünsiyyət İnternet, kompüter, telekommunikasiya sistemləri vasitəsi ilə həyata keçirilir. 

Bütün bu məlumat ötürmə vasitələrini elektron işgüzar ünsiyyət vasitələri də adlandıra bilərik. Keyfiyyətli elektron məlumat ötürmə vasitələri, onlarla iş bacarıqları olmadan  keyfiyyətli işgüzar ünsiyyətdən danışmaq mənasızdır. 

“İşgüzar ünsiyyətdə elektron vasitələrdən istifadə ” kursu sizi işgüzar ünsiyyət üsulları, virtual ünsiyyət proqramları, məlumatların idarə edilməsi qaydaları ilə tanış edəcək, sizdə elektron vasitələrlə iş bacarıqları formalaşdıracaqdır.

Kurs hansısa ilkin hazırlıq nəzərdə tutmur. Siz bu kursla yanaşı  “Accounting.az” konsaltinq şirkətinin mühasibat, vergi, əmək qanunvericiliyi sahəsində təklif etdiyi müxtəlif kurslara da yazıla bilərsiniz.  

Kursun məqsədi

  • dinləyicilərin ümumi humanitar və peşəkar bacarıqlarının müasir tələblərə uyğunlaşdırılması;
  • peşəkar işgüzar ünsiyyətdə müasir elektron vasitələrinin tətbiq imkanlarının araşdırılması;
  • peşəkar münasibətlərin tənzimlənməsi üçün müxtəlif üsul və texnologiyaların tətbiqi üzrə praktiki bacarıqları inkişaf etdirilməsi.

Kursun proqramı

“İşgüzar ünsiyyətdə elektron vasitələrdən istifadə ” kursu aşağıdakı mövzuları əhatə edir.

Peşə sahəsinə aid ünsiyyət üsulları

  • müəssisədə istifadə edilən səciyyəvi ünsiyyət üsulları;
  • effektiv şifahi ünsiyyət;
  • yazılı ünsiyyət nümunələrindən istifadə;
  • peşə sahəsinə aid materialların təhlili və qiymətləndirilməsi.

Virtual ünsiyyət proqramları 

  • məlumat mübadiləsi üçün internetin fərdi və korporativ e-mail sistemini gündəlik fəaliyyətdə tətbiqi;
  • ani mesaj mübadiləsi sistemləri haqqında ümumi məlumat (whatsapp,  facebook messenger, google hangouts, google duo); 
  • onlayn ünsiyyət proqramları (skype, zoom, google meet) vasitəsillə işgüzar görüşləri idarə edilməsi.

Virtual mühitdə məlumatları idarə edilməsi

  • İnformasiya axtarışı zamanı axtarış sistemlərinin  əmrlərindən istifadə, məlumatların bulud texnologiyasında idarə edilməsi, məlumatları paylaşması;
  • Elektron informasiya sistemləri (elektron hökumət portalı, məşğulluq altsistemi və sair);
  • Sənədləri hazırlayarkən  İnternetin imkanlarından istifadə.

Elektron imzalama vasitələri

  • mühasibat kargüzarlığı haqqında ümumi məlumat; 
  • rəqəmsal formatlı sənəd, elektron imza, elektron sənəd; 
  • elektron imza vasitələri (güclndirilmiş elektron imza);
  • elektron imzalama proqramları.

Müxtəlif dövlət qurumları ilə elektron formada məlumat mübadiləsinin hüquqi əsasları

  • elektron sənədə çevrilmənin hüquqi əsasları  https://edn.by/blog/buhgalterskijedo/
  • İVİ-də “Onlayn kargüzarlıq” sistemindən istifaə
  • Dövlət vergi orqanı ilə işgüzar münasibətlər,məktublar, arayışlar 
  • Elektrob kameral uyğunsuzluq məktubları 

                     

Necə? Nə vaxt? Harada? Kim?

“İşgüzar ünsiyyətdə elektron vasitələrdən istifadə ” kursu hazırlıq mərhələsindədir. Saytımızı izləyin! 

Biz sizə peşə yeni peşə bacarıqları əldə etmək, bilik və bacarıqlarınız artırmaq üçün digər təlimlər də təklif edirik.  

Bizim digər kurslarla tanış olmaq üçün şəxsən müraciət edə bilərsiniz. Ofisimiz Bakıda rahat məkanda yerləşir. Ünvanımız:  Cəfər Cabbarlı 44, Caspian Plaza 2.

Bizimlə əlaqə:
+994502258205 
+994123100929
+994125983798

whatsapp